"Yeni tatar şeiri antalogiyası" çapdan çıxıb

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən “Yeni tatar şeiri antologiyası” çap olunub.

 

AZƏRTAC xəbər verir ki, kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üzü görüb.

 

Nəşrin məsləhətçiləri AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin sədri Rafis Qurban və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqalarıdır.

 

Yeni antologiyanın tərtibçisi, şair-publisist Əkbər Qoşalıdır.

 

Milli Məclisin deputatı Cavanşir FeyziyevinÖn söz” yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb.

 

Kitabda azərbaycanlı oxucuya Tatarıstanın 23 istedadlı gənc şairinin şeiri təqdim olunub.

 

525-ci qəzet.- 2016.- 26 aprel.- S.7