Sumqayıtda bədii qiraət müsabiqəsi keçirilib

 

MÜSABİQƏ XALQ ŞAİRİ FİKRƏT QOCANIN POEZİYASINA HƏSR OLUNUB

 

 

Sumqayıt şəhərindəki S.Vurğun adına mərkəzi kitabxanada Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.

 

Tədbir Sumqayıt şəhər Mədəniyyət Turizm İdarəsinin, AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə reallaşıb.

 

Sumqayıt şəhər Mədəniyyət Turizm idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan iştirakçılara Fikrət Qocanın yaradıcılığı müsabiqənin qaydaları haqqında məlumat verib. Sonra fəal oxucular şairin müxtəlif illərdə vətənpərvərlik ruhunda yazdığı şeirləri səsləndiriblər.

 

Xalq şairinin özünün daxil olduğu münsiflər heyəti qalibləri müəyyənləşdirib. Birinci yerə layiq görülən Elçin Əliyev Əli Həsənov fəxri fərman, kitab disklə mükafatlandırılıb. Digər qaliblərə şairin kitabları fəxri fərmanlar təqdim olunub.

 

Qeyd edək ki, qaliblər S.Vurğun adına mərkəzi kitabxananın, mərkəzi uşaq kitabxanasının, gənclər kitabxanasının, 14 17 saylı kitabxana filiallarının oxucularıdır.

 

Tədbirin sonunda Xalq şairi Fikrət Qoca yaradıcılığı barədə söhbət açıb, oxucuların suallarını cavablandırıb.

 

525-ci qəzet.- 2016.- 26 aprel.- S.7