Dövlətçilik tariximizdə ulu öndər Heydər Əliyev irsinin müstəsna yerirolu

 

 

"İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox görməlidir.

 

Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialından səmərəli istifadə etməli, həm öz gələcəyi haqqında düşünməlidir".

 

Heydər Əliyev

 

Azərbaycanın 1960-cı illərin sonundan başlanan XXI əsrdə davam edən şanlı tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət xalqımızı bir millət kimi tarixin mürəkkəb sınaqlarından çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır.

 

Respublikamızın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri rolu var. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi olan Heydər Əliyev öz müdrik fəaliyyəti ilə çağdaş Azərbaycan tarixinin ən şanlı parlaq səhifələrini yaradıb. Ulu öndər Azərbaycanı dünyaya tanıdıb, onun etibarlı nüfuzlu tərəfdaş olduğunu sübut edib. Bu dahi şəxsiyyət  bir qərinəni əhatə edən dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi böyük bir dövlətin ali rəhbərlərindən olub. Böyük öndər hakimiyyətinin birinci dövrü haqqında öz müsahibələrindən birində belə deyirdi: "14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən yenə Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işini daha da irəliyə aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm".

 

14 iyul 1969-cu il Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan KP MK-nın məhz həmin gün keçirilən plenumunda partiyanın birinci katibi vəzifəsinə Heydər Əliyev təyin edildi. Bu təyinatdan cəmi 20 gün sonra keçirilən Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumu respublikada əvvəlki illərdə baş verən nöqsanların tənqid olunduğu dönüş plenumuna çevrildi. Məlum olduğu kimi, 1969-cu ilin iyuluna qədər keçmiş İttifaqın bu müttəfiq respublikasının iqtisadi vəziyyəti ürəkaçan deyildi. Kənd təsərrüfatında sənayedə vəziyyət daha kəskin hal almışdı. Yığılıb qalmış problemlər yeni gələn hər hansı rəhbərin vəziyyətini heç ürəkaçan etmirdi.

 

Mən böyük rəhbərimiz Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimiulu öndərin irsini, həyat və fəaliyyətini dərindən araşdıran tarixçi-alim kimi bu illərdə bir çox maraqlı faktların üzə çıxarılmasına nail olmuşam. Ümummilli liderin hakimiyyətinin birinci dövründə respublikamız, iqtisadiyyatımız tənəzzüldən inkişafa doğru istiqamət götürdü.Həmin dövrün statistikasına nəzər salanda bunu aydın görmək olar. Məsələn, 1971-ci ildə respublikanın neftçıxarma tarixində ilk dəfə olaraq neft istehsalı milyon tona çatdırılmışdır. Pambıq istehsalı 1971-ci ildə 381,6 min ton idisə, 1981-ci ildə 1 milyon tona, üzüm istehsalı 381,9 min tondan 1 milyon 616 min tona, taxıl istehsalı 211,9 min tondan 1 milyon 150 min tona çatmışdı.Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə (yəni cəmi 14 ildə) iri sənaye müəssisələrinin sayı 1048-ə çatdırılmışdı. Əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimyaneft kimyası sənayesi inkişaf etdikcə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilirdi. 1982-ci ildə kimyaneft-kimya sənayesinin,  maşınqayırma    metal  emalının,  yüngül    yeyinti  məhsulları sənayesinin xüsusi çəkisi sənayenin strukturunda 1913-cü ildəki 14,8 faizə qarşı 75,6 faiz təşkil edirdi.

 

Həmin dövrdə ən kəskin problemlərdən biri də əmək qabiliyyətli əhalinin işlə təmin olunması, eləcə də əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsi idi. 1970-ci ildən başlayaraq bu problemin həlli yollarında ardıcıl olaraq görülən işlər, atılan addımlar heç bir effekt vermirdi, ortakiçik şəhərlərdə, kənd yerlərində əlavə yerləri açılması hesabına fəhlə, qulluqçu və kolxozçuların orta illik sayı 813 min nəfər, yaxud 1,5 dəfə artaraq, 1985-ci ildə 2 milyon 360 min nəfərə çatmışdı.

 

Beləliklə, XX əsrin 70-ci illərindən etibarən möhtəşəm quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev cahanşümul uğurlara imza atmaqla, ölkənin gələcək müstəqilliyinin əsaslarını yaratmağa başladı. Onun uzaqgörənmüdrik siyasəti sayəsində güclü kadr potensialı yaradılmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsi qoyuldu. Azərbaycanda  ali  təhsilin  inkişafı  üçün  70-ci  illərdə çox böyük  mühüm işlər görülmüşdür. Həmin müddətdə yeni ali məktəblər - Naxçıvanda, Xankəndində pedaqoji institutlar, İnşaat Mühəndisləri  İnstitutu, Rus dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, Gəncə Texnologiya İnstitutu açıldı. Ali məktəblərin maddi-texniki  bazasının inkişafı üçün böyük işlər görüldü: Azərbaycan Dövlət Universiteti, Neft-Kimya  İnstitutu, Tibb İnstitutubaşqa ali məktəblər üçün binalar, tələbələr üçün yataqxanalar tikildi, müxtəlif ləvazimatlar alınıb gətirildi. Bütün bunlar Heydər Əliyevin Azərbaycanda ali təhsilin inkişafına verdiyi diqqət və qayğının təzahürü idi.

 

Ulu öndər özünün bütün şüurlu həyatı boyu, daim şəxsi nümunəsi ilə sübut etmişdir ki, o, maarif və mədəniyyətimizin, elm və təhsilimizin inkişafı keşiyində dayanmışdır. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 35 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar müxtəlif mərhələlərdə, xüsusən 70-80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir.

 

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın Sovet dövründə qazandığı ən böyük nailiyyət ondan ibarətdir ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmış oldu.

 

Kommunist Partiyasının 1969-1982-ci illərdə keçirilən XXVIII, XXIX və XXX qurultaylarının, 55 plenum, 447 Büro və 101 Katiblik iclasının protokol materialları və stenoqrammaları, eləcə də çoxsaylı zona müşavirələrinin, fəallar yığıncaqlarının, müxtəlif görüş və tədbirlərin sənədlərinin təhlili göstərir ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar, nailiyyətlər qazanılmış, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, yeni, müasir istehsal sahələri yaradılmış, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

 

Ulu öndərin fədakar əməyi və təşkilatçılıq bacarığı sayəsində iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş ittifaq respublikaları ilə müqayisədə xeyli yüksək olmuşdur. 1970-1982-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə bütün İttifaq respublikaları arasında lider olaraq, plan və tapşırıqların bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsinə nail olmuşdur.

 

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, Heydər Əliyev mərkəzdəki nüfuz və səlahiyyətindən istifadə edərək respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin bir çox mühüm qərarlarının qəbul edilməsinə nail olmuşdur.Bunlardan1970-ci il iyulun 23-də "Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirlərihaqqında"; 1970-ci il iyulun 25-də "Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında"; 1975-ci il iyulun 9-da "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında"; 1976-cı il iyulun 27-də "1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsinin təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində"; 1979-cu il fevralın 22-də "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" və s. bu kimi qərarları göstərmək olar. Onu da qeyd edək ki, bu qərarların hər birinin yerinə yetirilməsini təmin etmək üçün rəsmi Moskvadan Azərbaycana xeyli miqdarda dövlət büdcəsi vəsaitləri ayrılmışdı.

 

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi.Heydər  Əliyevin  SSRİ  rəhbərliyindən  uzaqlaşdırılması,  hər  şeydən öncə, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi.

 

Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasının səbəbləri və xalqımız üçün ağır nəticələri tezliklə aşkar oldu. O, bu haqda demişdir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbeqyan Parisdə keçirdiyi bir mətbuat  konfransında  "Dağlıq  Qarabağ Ermənistana  verilməlidir"  -  demiş,  bu  məsələ  ilə  əlaqədar  Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmışdı, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

 

Ulu öndər Vətənin ağır günlərində xalqının yanında olmağa qərar verdibu məqsədlə də Azərbaycana qayıtdı. 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqunluqla qarşıladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi kimi: "Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi".

 

Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu isə böhranlı həddə çatmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana olan biganə münasibəti nəticəsində muxtar respublikanın acınacaqlı durumu son nöqtəyə gəlib çatmışdı. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmişdi, insanlar onun timsalında öz böyük xilaskarlarını tapmışdılar. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur. Muxtar respublikanın əhalisi müxtəlif şəhər və kəndlərdən ümummilli liderimizin ziyarətinə gəlirdilər, onun ətrafında sıx birləşmək arzusunda olduqlarını bəyan edirdilər.

 

Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən - 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev Sovet rəhbərliyini kəskin şəkildə ittiham etdiSovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu. "Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaqancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm", - deyən ulu öndər xalqın ən ağır günündə onun yanında oldu. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə Heydər Əliyevin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: "Mənim başlıca arzum Azərbaycanı siyasiiqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir".

 

(Ardı var)

 

İradə HÜSEYNOVA

BDU-nun "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü

525-ci qəzet.- 2016.- 26 aprel.- S.6