Otuz il əvvəl Çernobıla baş tutmayan ezamiyyət

 

YAXUD YENİ BİR "ÇERNOBIL"IN QONŞULUĞUNDA YAŞAMAQ DƏRDİ...

 

 

1986-cı il aprelin sonunda növbəti günüm çalışdığım Dövlət İnformasiya Agentliyinin - indiki "AzərTAc"ın - ictimai-siyasi şöbəsinin müdiri Leonid Qoldşteynin otağına çağırışla başladı.

 

O mənə Ukraynaya - adını ilk dəfə eşitdiyim Çernobıl şəhərinə ezam olunacağımı bildirdi barmağını havaya qaldıraraq bunun yuxarıların tapşırığı olduğunu vurğuladı. "Yuxarı" dedikdə o, Mərkəzi Komitəni nəzərdə tuturdu. Şöbə müdirinin dediyinə görə, orada baş verən qəzanın nəticələrini aradan qaldırarkən Ramiz adında bir nəfər azərbaycanlı qəhrəmanlıq göstərmiş xəstəxanaya düşmüşdü. Ezamiyyətin məqsədi elə həmin azərbaycanlı haqqında təcili material hazırlamaq idi. Doğrusu, o zaman bir çoxları kimi, bu qəzanın nədən ibarət olduğunu şöbə müdirim, mən anlaya bilmişdik. Sadəcə, bu, mənim təcrübəmdə Azərbaycandan kənara ilk ezamiyyətim olmalı idi Kommunist Partiyasının üzvü olmasam da, partiya tapşırığı kimi bir etimad sayılırdı. Ona görə bir qədər həyəcanlı, bir o qədər sevincək olmuşdum. Bir neçə saatdan sonra, daha doğrusu, Ukraynaya zəngdən sonra Ramiz adlı şəxsin Tatarıstanda doğulduğu aşkar olundu mənim Çernobıla ilk ezamiyyətim baş tutmadı. Təbii ki, bir qədər məyus olmuşdum. Lakin çox sonralar biləcəkdim ki, əslində haqqında yazmalı olduğum qəhrəmanın Azərbaycanda doğulmaması məni ən azından Çernobıl əlili olmaqdan qurtarmışdı...

 

Bəs əslində həmin gün baş vermişdi? Çox sonralar öyrənəcəkdim ki, 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhərinin 104 kilometrliyində yerləşən Çernobılda əsrin faciəsi baş verib - Atom Elektrik Stansiyasında dünyanı lərzəyə gətirən nüvə partlayışı olub.

 

Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya, bir hissəsi isə Şərqə doğru istiqamətlənərək, Yaponiyaya Amerikaya gedib çatmışdı. O zaman tələm-tələsik şəkildə AES-in 4-cü enerji blokunda baş vermiş qəzanı aradan qaldırmaq üçün keçirilən "Sarkofaq" əməliyyatında iştirak etmiş 7 mindən çox Azərbaycan vətəndaşı da müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalmışdı.

 

O zaman sonralar keçmiş SSRİ məkanını faciələr, təlatümlər meydanına çevirəcək Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən bir il ötürdü "yenidənqurma"nın   "aşkarlığ"ın   qızğın vaxtı olmasına baxmayaraq, Sovet rəhbərliyinin faciəni ört-basdır etməyə çalışması minlərlə insanın həyatı bahasına başa gəldi. Bəlkə Çernobıl faciəsi ilə bağlı qeydlərimə burda son qoya bilərdim. Əgər taleyin hökmu ilə bizimlə qonşu olan düşmən Ermənistanın ərazisindəki Metsamor Atom Elektrik Stansiyası (AES) olmasaydı...

 

Sovet hakimiyyəti dövründə qapalı obyekt hesab olunsa da, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının təhlükəsizliyi məsələsi ilk dəfə Çernobıl faciəsindən sonra gündəmə gəldi. Lakin həmin vaxt deyilənlərə məhəl qoyulmasa da, nəhayət, 1988-ci ildə atom stansiyasından vur-tut 75 km aralıda yerləşən Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən sonra onun fəaliyyəti dayandırıldı sonradan 1995-ci ildə yenidən istifadəyə verildi. Beləcə, fərqində olmasaq da, elə biz özümüz hazırda Çernobılın qonşuluğunda yaşamağa məcburuq. Çünki istismar müddəti bu il başa çatan Metsamor AES doğulub boya-başa çatdığım Tovuz rayonunun beş addımlığında yerləşir. Üstəlik Ermənistan rəhbərliyi hakimiyyət kürsüsünü əldən verməmək üçün indiki böhran şəraitində onun xidmətindən, necə deyərlər, sonadək istifadə etmək niyyətindədir. Lakin bu istəyin yaxşı sonluqla bitəcəyi sual altındadır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin aprel ayında  ABŞ-da  keçirilən 1V Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışında Ermənistandakı köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının bütövlükdə Cənubi Qafqaz regionunda necə dəhşətli bir təhlükə mənbəyi olmasını xüsusi vurğulamışdı: "Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir region üçün təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən, Ermənistanın özü növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması beynəlxalq ictimaiyyətin gözlədiyi qayda prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin".

 

Göründüyü  kimi, Azərbaycan dövlətinin başçısı ən mötəbər beynəlxalq tribunadan regionumuzu gözləyən yeni qlobal təhlükədən xəbər verir. Ümid edirik ki, bu həyəcan təbili, ümumiyyətlə, son 25 ilə yaxın müddətdə təcavüzkar Ermənistanın işğalçılıq siyasətini dayandırmağı "bacarmayan" dünya birliyini, nəhayət,  hərəkətə gətirəcək".

 

Hələlik isə bizi Allah saxlasın. Deyəsən, saxlayır da...

 

Akif ƏHMƏDGİL

525-ci qəzet.- 2016.- 26 aprel.- S.5