Oljas Süleymenova Fəxri doktor diplomu təqdim olunub
Azərbaycan Milli Elmlər Ajkademiyasinin (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutunun elektron akt zalında görkəmli Qazax yazıçısı və
ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub.
İnstitutdan 525.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə
AMEA-nın Əsas binasının foyesində
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət
ediblər.
Azərbaycan və Qazaxıstan
elmi ictimaiyyətinin nümayəndələri Akademiyanın
elmi-tədqiqat institutlarının
nailiyyətlərini əks
etdirən Elm sərgisi
ilə tanış
olublar.
Tədbiri AMEA-nın vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli qazax yazıçısı
Oljas Süleymenovun 80 illik yubileyinin qazax xalqının nümayəndələri ilə
birlikdə təntənəli
surətdə qeyd edilməsini əlamətdar
hadisə kimi səciyyələndirib, ədibin
elmi və ədəbi yaradıcılığından
ətraflı bəhs
edib. Görkəmli yazıçının əsərlərinin Azərbaycanda
da sevilə-sevilə oxunduğunu diqqətə
çatdıran akademik
İsa Həbibbəyli
Oljas Süleymanovun əsərlərinin Azərbaycan
dilində dəfələrlə
böyük tirajla çap olunduğunu qeyd edib.
Bildirilib
ki, yazıçının
«Az-ya» kitabı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin «Latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında» sərəncamına
əsasən 2007-ci ildə
25 min tirajla çap edilərək geniş ictimaiyyətə və oxuculara çatdırılıb.
Vaxtilə ulu öndər
Heydər Əliyevin yüksək dəyərləndirdiyi
görkəmli yazıçının
xidmətləri Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
də həmişə
qiymətləndirildiyini xüsusi
vurğulayan akademik İsa Həbibbəyli bü gün türk xalqlarının nümayəndələri içərisində
Oljas Süleymenovun xüsusi yerinin olduğunu diqqətə çatdırıb. Oljas
Süleymanovu qardaş
Qazaxıstanın dünya
şöhrətli şairi
və böyük mütəfəkkir
ziyalısı adlandıran
akademik İsa Həbibbəyli ədibin beynəlxalq miqyasda, dünya masştabında qəbul olunmuş ictimai xadim və
qədim tarixi ənənələrə malik
olan türk dünyasının müasir
epoxadakı görkəmli
nümayəndəsi olduğunu
bildirib. Akademik İsa Həbibbəyli
vurğulayıb ki, Oljas Süleymanovun Qazax ədəbiyyatının
və ictimai fikrinin qiymətli nümunələri olan əsərləri dünya
ədəbiyyatını, türk
xalqlarının ədəbiyyatını
zənginləşdirir.
Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Omaroviç Süleymanova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktoru elmi dərəcəsi verildiyini açıqlayıb. Bu münasibətlə institut rəhbəri “Fəxri doktor” diplomu və xüsusi hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edilib.
Sonra Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayeva, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, akademik Qalımqair Mutanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış edərək Oljas Süleymenovun zəngin yaradıcılığının müxtəlif istiqamətləri barədə ətraflı danışıblar.
Sonda görkəmli qazax mütəfəkkiri Oljas Süleymenov çıxış edərək səmimi qarşılandığına, ona göstərilən diqqət və qayğıya, “Fəxri doktor” elmi dərəcəsinə görə Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Tədbirdə qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim edilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, səfirlik əməkdaşları, elmi ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir boyu böyük qazax şairi Oljas Süleymenovun həyat yolunu əks etdirən video və fotoslaydlar nümayiş etdirilib.
525-ci qəzet.- 2016.- 27 aprel.- S.2.