Bakı Dövlət
Universitetində beynəlxalq elmi konfrans keçirildi
Bakı
Dövlət Universitetində Heydər Əliyevin anadan
olmasının 93-cü ildönümünə həsr
olunmuş gənc alimlərin və tədqiqatçıların
“Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI
beynəlxalq elmi konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rektor,
akademik Abel Məhərrəmov
Heydər Əliyevin vətən və xalq
qarşısındakı xidmətlərindən, təhsil və
elmin inkişafındakı rolundan bəhs edib. Gənc
alim və tədqiqatçılar üçün böyük
əhəmiyyəti olan konfransın
işinə uğurlar arzulayan
rektor onun iki gün davam
edəcəyini bildirib. Qeyd
edib ki, konfransda Türkiyə, Albaniya,
İran, Qazaxıstan, Özbəkistan, Çexiya və Rusiyada da daxil olmaqla
ümumilikdə 108 məruzə dinləniləcək. Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin çıxışından sonra konfrans işini “Bitki
fiziologiyası, Biokimya, Biofizika
və Molekulyar Biologiya”,
“Zoologiya”, “İnsan və
Heyvan Fiziologiyası və Genetika”,
“Botanika və Mikrobiologiya”
bölmələrində davam etdirib.
Vəfa Məmmədli
525-ci qəzet.- 2016.- 28 aprel.- S.3.