Əbülfəs Qarayev:
“Bakı prosesi” artıq diplomatik
termin kimi dünya səviyyəsində qəbul olunub”
APA-nın məlumatına görə, bunu Azərbaycan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev BMT Sivilizasiya Alyansının Bakıda keçirilən 7-ci Qlobal
Forumu çərçivəsində
“Bakı prosesi: Qlobal mədəniyyətlərarası
dialoq üçün
yeni çağırışlara
cavab” adlı panel müzakirəsi zamanı deyib.
“Bakı prosesi müvəqqəti baxış
deyil. Azərbaycanda hər 8-ci vətəndaş
məcburi köçkün
statusu alıb. Böyük çağırış və
problemlərə məruz
qalıb. Lakin artıq
bu, keçib və tarixə çevrilib. Biz bunu bölüşməyə
hazırıq. Azərbaycan mədəniyyətinin
yeni vizyonunu artıq dünyaya nümayiş etdirmişik.
Biz Azərbaycan məsuliyyəti ilə fəxr edirik. Düşünürük ki, bu hisslər dünya ilə paylaşılmalıdır
və bu, mədəniyyətlərarası dialoqun bir hissəsidir.
Əlimizdən gələni etməliyik
ki, mədəniyyət
təşviq olunsun”.
BMT Sivilizasiya Alyansının
ali nümayəndəsi
Nasir Əbdüləziz
əl Naser isə bildirib ki, 2008-ci ildən başlayan “Bakı prosesi” konstruktuv məhsuldarlıq, tolerantlıq,
qarşılıqlı anlaşmanın
təşviqi baxımından
böyük prosesidir:
“BMT Sivilizasiya Alyansı
bu cür təşəbbüsləri dəstəkləyir.
Azərbaycan multikulturalizmi dövlət
siyasətinə çevirib.
Biz multikulturalizmi öz cəmiyyətlərimizdə
tətbiq etməliyik”.
İSESCO-nun
baş katibi Əbdüləziz əl Tüveycri isə deyib ki, insanları
bir araya gətirməklə, problemlər
çözülə bilər:
“Bundan sonra qarşılıqlı anlaşma
əsasında münasibətlərimizi
qura bilərək. Biz bir bəşəriyyətin
övladlarıyıq. İrq və din bizə baryer yaratmamalıdır, əksinə aramızda körpü rolunu oynamalıdır. Mən İSESCO-nun bu prosesə dəstəyini bir daha ifadə etmək istəyirəm”.
Panelin digər iştirakçısı
“Global Compas” təsisçisi
və baş icraçı direktoru Kristof Bas isə hər zaman insanlarla danışmağa,
ünsiyyətə meylli
olmağın vacibliyini
vurğulayıb: “İnsanlar
buna bir qədər çəkinərək
yanaşırlar. Biz insanlar arasında olan anlaşmanı təbliğ etmək istəyiriksə, lider və rəhbərlik tərəfdən ismarış
olmalıdır. Burada
vətəndaş cəmiyyəti
və iş adamlarının da aktivliyi olmalıdır”.
Öz növbəsində UNESCO-nun Mədəniyyətlərarası
dialoq departamentinin direktoru Belinda Peris “Bakı prosesi” ilə bağlı bəzi təkliflər verib: “Bu forumda dünyada nə baş verdiyi barədə danışırdıq.
Zorakılıqlar baş verir,
terror hadisələr törədilir.
Bunlar qorxu yaradır və biz bu fenomenlərə qarşı
mübarizə aparmalıyıq.
Eyni zamanda keyfiyyətli təhsil, iqtisadi problemlər, şəxsi ləyaqətə hörmət
məsələlərini həll
etməliyik. Bütün bunlar
bir-biri ilə bağlıdır. “Bakı prosesi” qlobal və uğurlu platformadır, uğurla fəaliyyət göstərir və yeni imkanlar təqdim
edir”.
525-ci qəzet.- 2016.- 28 aprel.- S.3.