Estrada nömrəsinin struktur özəllikləri haqqında qeydlər
Çox
zaman estrada
artistlərinin çıxışlarını
izləyənlər, onu
müasirliyin təqdim
etdiyi bir incəsənət növü
kimi qəbul edirlər. Halbuki, estradanın kökləri
çox-çox uzaq dövrlərə gedib çıxır...
Qədim
Misirin, Yunanıstanın,
Romanın antik sənət nümunələrində
də estradanın kiçik miniatürlərini
sezmək olar. Onun elementləri səyyar komediantların -
skomoroxların, şnilmanların
(orta əsrlər Almaniyasında: gəzəri,
çalğıçı - xanəndə), janqlyorların
oyunlarında da özünü göstərib.
Azərbaycanda da ta qədim
zamanlardan müxtəlif
növ sənət çıxışçılarımız estradaya üstünlük
veriblər. Pəhləvanların,
kəndirbazların, ağır
daşqaldıranların, sazəndələrin,
bir sözlə, öz istedad və bacarığını
nümayiş etdirmək
istəyənlərin hamısı
estrada meydanına
can atıblar.
"Estrada" - deyəndə, çoxşaxəli incəsənət
növündən istifadə
edə bilən "meydan" gəlir gözlərimiz önünə. Həqiqətən bu "meydan" hər hansı bir kiçik klubda, kino-konsert zallarında, mədəniyyət
saraylarında, hətta
idman zalları, stadionlarda da yaradıla bilər.
Estrada səhnəsində müxtəlif
həcmli konsert-tamaşalar
hazırlanır: tələbələrin
solo konsertlərindən tutmuş,
miniatür teatrı, sirk nömrələri - gözbağlayıcılar, akrobatlar,
illüziyaçılardan ibarət
çıxışlar, hətta
iri həcmli musiqili rəqsli vodevillər, muzikxollar, operettalar və sairə.
Konsert-tamaşa zallarının seçiminə
gəlincə, bu da təbii ki,
təqdim olunan estrada proqramının
növündən, həcmindən
və çıxışçılarının
sayından asılıdır.
Təlxəyin sarayda varlığı sarayın gündəlik ab-havasını tənzimləməklə
bağlı idi. Səhərdən axşamacan çalıb-oxumaq,
fokus göstərmək,
rəqs eləmək,
kəndir üstə gəzmək, heyvan oynatmaq mümkün deyil, həm də adamı bezdirər. Lakin təlxək sarayda
və cəmiyyətdə
baş verən hadisələrə öz
münasibətini bildirir.
Estrada janrının özülündə
qəhrəmanın monoloqu,
şən nəğmələr,
akrobatik hərəkətlər,
etüdlər, kobud sözlər, gözlənilməyən
hərəkətlər durur. Bu janrın aktyorunu müxtəlif manevrlərdə
görmək olar.
Ancaq digər janrlarda olduğu kimi estradada da realizm
başlıca yer tutur.
Bütün janrlarda olduğu
kimi estrada
janrında da özünəməxsus özəllik
və maraqlı cəhətlər gözə
çarpmaqdadır. Bu janrı tarix durduqca araşdırmaq, müsbət və mənfi cəhətlərini
üzə çıxarmaq
hər bir nəzəriyyəçi üçün
maraqlı olar. Bu janrı araşdırarkən
biz peşəsindən asılı
olmayaraq hər bir insanla, sənətkarla
üz-üzə gəldik.
Estrada janrı digər janrlardan fərqli olaraq tamaşaçını daha
çox düşünməyə
vadar edir, özündə hər kəsə aid olan nöqsan və qüsurları tamaşaçıya
təqdim edir. Hər bir insan bu
janrda ilk növbədə
özünü görür.
Bu janrın özəl
spesifikası da məhz bundan ibarətdir.
Estrada aktyoru bütün
peşələrdən xəbərdar
olmalı, öz oyununda hər şeyi dəqiqliklə icra etməlidir. Bu aktyorlar lazım gələrsə rəqqas,
musiqiçi, molla, süpürgəçi, barmen də
olmalıdırlar. Və hər
obraza da bir şirinlik, duzluluq qatmağı lazımi şəkildə
bacarmalıdırlar.
Azərbaycanda bu sənətin inkişafı son əsrə
daha çox təsadüf edir. Son dövrlərdə bu sənətə böyük
maraq və diqqət var.
Tanınmış estrada aktyoru Qorxmaz Əlilicanzadə 1990-cı ildə
Azərbaycanda ilk Estrada Teatrını
yaratmışdır. O, bu
teatrın bədii rəhbəri və direktorudur.
Qorxmaz Əlilicanzadənin Azərbaycanda
gənc istedadlıların
aşkara çıxarılmasında
çox böyük əməyi var. Onun təşkilatçılığı ilə uzun illər
keçirilmiş "7-17" müsabiqəsində və
özünün "Şou
Əlili"adlı əyləncəli
proqramında xeyli gənc müğənni aşkara çıxarılmışdır.
Bu gün bir
çox gənc müğənni məhz həmin müsabiqələrdə
formalaşmış və
tamaşaçıların rəğbətini qazanmışdır.
Lakin çox təəssüflə
qeyd etməliyik ki, son dövrlərdə aktyoru səhnədə çox az-az hallarda görürük.
Tanınmış sənətkarlarımız Arif Quliyev, Qorxmaz
Əlilicanzadə, Çingiz
Əhmədov, mərhum
Telman Adıgözəlov,
Məbud Məhərrəmov
bu sahədə uzun illər maraqlı oyunları ilə yadda qalıblar.
90-cı illərdə "Bakılı
oğlanlar", "Bu şəhərdə"
kimi qruplar yaradılaraq estrada
sənətinin inkişafına
təkan verdilər.
Bu sahənin aktyoru
digərlərindən tamamilə
fərqlənir. Buradakı aktyor müntəzəm
olaraq öz üzərində işləməli,
idman etməli, çoxlu mütaliə etməli və digər işləri dayandırmamalıdır. Əks təqdirdə öz sənətini itirə bilər.
Estrada janrı tamaşaçılara
zövq verir, tamaşaçı bu janrda olan konsertləri,
tamaşaları səbirsizliklə
gözləyir. Çünki bu tamaşalarda
həm gülüş
var, həm kədər var, həm rəqs, musiqi, parodiya və digər nüanslar var. Bu da tamaşaçının ləzzətlə
izləyib dincələcəyi
bir tamaşadır.
Azərbaycanı estrada janrında dünyada layiqincə təmsil edən "Bakılı oğlanlar" komandasını
hamımız tanıyırıq.
Estrada janrından misilsiz tamaşalar təqdim edən bu qrupun kollektivi
olduqca böyük şöhrət sahibi oldular. Onlar KVN kimi Sovetlər
Birliyində tanınaraq,
ən gözəl tamaşalarını təqdim
edib, birinciliyi əldə edirlər.
Bu qrupun ən
böyük özəlliyi
isə onda idi ki, buradakı
aktyor heyəti olduqca düzgün və biçimli şəkildə yığılmışdır.
Bütün aktyorlar bir-birlərini
tamamlayırdı. Qrupda mərhum
Anar Məmmədxanov,
Bəhram Bağırzadə,
Cabir İmanov, Tahir İmanov, Murad Dadaşov və digərləri iştirak edirdilər.
Bəzən onlar tanınmış
sənətkarların ifalarından
da öz tamaşalarında yararlanırdılar.
"Bu şəhərdə" də ölkəmizdə tanınıb sevildi. Onlar da öz tamaşaçısını
toplamağa müyəssər
oldular, tamaşaçı
qəlbini fəth etdilər. Bu qrup isə cəmi iki aktyordan - Rafael İsgəndərov
və Coşqun Rəhimovdan ibarətdir. Onların bir-birindən maraqlı və baxımlı tamaşaları var.
Bu yaxınlarda ölkəmizdə
Bakı Estrada Teatrı
da fəaliyyətə
başladı. Teatrın rəhbəri Vüqar
Əbdülovdur. Böyük ümidlə
işə başlayan
teatrın yaradıcılığının
uğurlu olacağına
ümid bəsləyirik.
Qeyd etdiyimiz kimi, estrada janrının struktur özəllikləri məhz bunlardan ibarətdir: maraqlı aktyor truppası, zövqlü tamaşalar, ölçülüb-biçilmiş mövzular.
Məşhur teatr nəzəriyyəçisi, rejissor və aktyor K.S.Stanislavski deyirdi: "Hər bir tamaşa tamaşaçıya nəsə yeni, maraqlı bir şey deməli, həyatın hansısa vacib bir tərəfini açmalıdır. Əgər bütün bunlar tamaşada yoxdursa, əgər tamaşa tamaşaçını düşündürə bilmirsə, o zaman bu tamaşa heç nəyə lazım deyil. Tamaşaçı bütün tamaşa boyu gülə bilər, ancaq tamaşadan çıxarkən bu gün boş bir tamaşaya baxdıq söyləyərlərsə, boş, yeni düşüncəsiz, zövqsüz tamaşalar tezliklə tamaşaçını gözəl zövqdən məhrum edə bilər".
Həqiqətən də belədir. Bizim araşdırma apardığımız estrada janrına bu daha çox şamil edilə bilər. Çünki bu elə bir janrdır ki, hər bir tamaşası fərqli, biçimli, baxımlı və zövqlü olmalıdır.
Şükürlər olsun ki, son dövrlərdə gənclər bu janra daha çox maraq göstərir, yeni-yeni tamaşalar hazırlamağa çalışırlar. Lakin bir nəsnəni də qeyd edək ki, bu janr üçün xüsusi yazılmış əsərlərin yoxluğu, rejissor çatışmamazlığı bu gəncləri geri aparır. Əgər tələb olunan əsərlər, professional rejissor və aktyor truppası olarsa, zənnimcə bir neçə ilə bizdə də yüksək səviyyəli estrada tamaşalarından söhbət gedə bilər.
Rəşidə MƏMMƏDOVA
ADMİU-nun "Kino vəteleviziya sənəti" fakültəsinin magistrantı
525-ci qəzet.- 2016.- 29 aprel.- S.8