Günahkar axtarma
Bir dəli quyuya bir daş tullayır,
Yüzlərlə ağıllı çıxara bilmir.
Bir haqsız haqlıya şər, böhtan atır,
Bir el yığılsa
da, qurtara bilmir.
Bəs niyə belədir dünyanın işi,
Dünyamı günahkar, yoxsa Yaradan?!
Dinlə
sözlərimi, qulaq
as, kişi,
Səni çıxartmasın yolundan
şeytan.
Heç
zaman günahkar sanma dünyanı,
O, yarpaq üstündə şeh damcısıdır.
Haqqı
tapdalama, əyri söz demə,
Düz söz hər bir kəsin
haqq qamçısıdır.
Lərzəyə gətirən sözdü
dünyanı,
İsidən ocaqdı, közdü
dünyanı,
Ağrılar, acılar üzdü
dünyanı,
Elə bil dünyamız qəm bağçasıdır.
Axtarma günahkar bu dünyada sən,
Günahkar nə dünya, nə yaradandır.
Hər şeyə cavabdeh sənsən, bir də mən,
Qanmaza nə var ki,
yanan qanandır...
Gecikmiş peşmançılıq
Deyirdin kaş
Dönəydim mən
Ömr ün ötən çağlarına,
Əldə hökm,
Var dövlətin
Bol-bol olan vaxtlarına...
Xam xəyala düşmüsən
sən,
İllər ötdü,
Geri dönməz...
Bu yollarda
Dönüş yoxdur.
Tale səni ucaldanda
Sanırdın ki,
Eniş yoxdur?
Sənin
kimi bir acgözə
Gözü dolu hər nə versən
Deyər
azdır...
Bu dünyanın naz-nemətin
Yedizdirsən
Yenə
acdır...
Yadındadır?
Bir zaman sən
Haqdan çevirdin üzünü,
Demədin sözün düzünü.
Hərəyə bir tənə yazdın
Quyusunu enli qazdın, dərin qazdın
Kefin çox kök,
Özün sazdın
Bəs nə oldu?
Deyəsən sən
Qazdığına özün düşdün.
Bəd əməlin atəşinə
Özün bişdin?
Artıq
bitib sənin vaxtın,
Heç gətirmir, yatıb baxtın.
İndi
gözləyirsən
Ömrünə fərman,
Onu da verəcək,
Uca yaradan!
Artıq
peşmançılıq
Faydasızdı bil,
İstər bu halına
Ağla,
istər gül...
PIÇILTI
Bir külək ki,
Necə
gəldi əsəcək,
Xəncər kimi,
Üzü-gözü kəsəcək
Heç əsməsin o külək.
lll
Bir bahar ki,
Tumurcuqsuz
olacaq,
Gül-çiçəkdən,
Qanqalı bol olacaq,
Heç gəlməsin o bahar.
lll
Qışda qar ki,
Bərəkət yox, bəlasa,
Çaylar donub,
Ellər
susuz qalarsa,
Heç gəlməsin o qışı.
lll
Bir payız ki,
Toysuz-düyünsüzdüsə,
Bərəkəti
Qeybə
çəkilibdisə
Heç gəlməsin o payız.
lll
Bir yayın ki,
Gündən çoxdu buludu,
Buz bulaqlar
Axmaz oldu, qurudu,
İstəmirəm o yayı.
lll
Bir ağac ki,
Kökü yerdə olmasa,
Bar-bəhrəsi,
Bol meyvəsi olmasa
Heç olmasın o ağac.
lll
Bir ürək ki,
Sevgi ilə vurmasa,
Məhəbbətdən
Bir yuvacıq qurmasa
Nəyə lazım o ürək.
lll
Bir insan ki,
Haqqa meydan oxuyur,
Çəpərini
Nadanlıqdan toxuyur,
Nəyə lazım o insan.
lll
Bir tale ki,
Gətirməsə, gəlməsə,
Arzulara,
istəklərə yetməsə
Yazılmasın o tale.
lll
Bir dünya ki,
İşıqdan çox zülmətsə,
İnsanların
Üzü-gözü gülməzsə,
Heç
olmasın o dünya!
Heç
olmasın o dünya!
Sükutun adı
Xoş günlərin birində
Dənizin sahilində,
Oturmuşduq üz-üzə,
Gözlərimiz göz-gözə.
Nə danışa bilirdik,
Nə gözlərdə kədəri,
Sevinci
hiss edirdik.
Əlimiz,
ayağımız,
Həm canımız, qanımız
Tilsimə düşmüş təki,
Yox olmuşdu
elə bil.
Yox olmuşdu canımız
Yox idi varlığımız,
Aman Allah, bu
nədi?
Yoxsa yuxu görürük?
Bəlkə heç bilmirik
biz,
Bu dünyadan köçmüşük?
Bir aləmdi bu yerlər,
Göm-göy suları təmiz,
Ümmana
bənzər dəniz,
Sahilləri bəzənib
Heyran edir hər kəsi.
Elə bil toy qurulub.
Hər tərəfdən ucalır,
Mahnıları, bəstəsi.
Sevgililər oturub
Ağac
altda, kölgədə,
Xısın-xısın danışır.
Top dalıyca qaçışan,
Uçan
qağayılara,
Əl yelləyib qışqıran,
Körpə fidan balalar,
Elə bil ki, yarışır.
Burda güllər, çiçəklər,
Bir-birini
çağırır
Bülbüllərin avazı,
Qəlb oxşayır, can alır.
Burda hamı canlıdır,
Hamı
danışır, gülür,
Yerlə
göy arasında
Özünü xoşbəxt bilir.
Biz də bu məkandayıq,
Dənizin sahilində.
Oturmuşuq, üz-üzə,
Amma nə kədərliyik,
Nə gülürük, nə şadıq...
Sükut ağuşunda biz
Buz kimiyik, donmuşuq.
Elə bil dünya bizi,
Biz dünyanı yormuşuq.
Allah, görən bu nədir?
Heykələ dönmüşük biz...
Milyon illərdən bəri
Heç görüşməmişik biz ?
Gendən
baxanlar deyir,
Yəqin bunlar dəlidir.
Bəlkə bu günə salan,
Onları dərd-səridir.
Yox, nə dərddir, nə də sər,
Bu buzlaşmış baxışa,
Tanrı
vuran naxışa
Eşq deyilib əzəldən
İnsan
yerə gələndən,
Həsrət dolu o gözlər,
Buza dönmüş o sözlər
Sevgi ilə isindi.
Bu hal nəymiş bilindi:
O sevgidi, o sevgidi, o sevgi...
Akif
TƏVƏKKÜLOĞLU
525-ci qəzet.- 2016.- 29 aprel.- S.7