Multikulturalizm ocağı Şəmkirdən kilsə ruhlu reportaj

 

 

Saf açıq niyyət

 

Şəmkirdə oldum. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin maarifləndirmə missiyasına Şəmkir Heydər Əliyev Mərkəzi böyük dəstək verir.

 

Bilik Fondu ilə Heydər Əliyev Mərkəzi arasında Niyyət protokolu imzalanıb. Əsas niyyətdir. Saf açıq niyyət bütün işlərdə uğura çatmağın yeganə yoludur. "Multikulturalizm ili"ndə bu yolla gedib, Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsinə çıxdıq. 

 

Şəmkirdə almanların ruhu qarşısında ehtiram tədbiri

 

1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi 32 il kilsə, daha sonra isə mədəniyyət müəllimlər evi, eləcə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Hazırda yüksək zövqlə təmir olunaraq, əsl kilsəyə çevrilib. Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş "Homerin siklopu ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu - "Kitabi-Dədə Qorqud" Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının məhz bu kilsədə təqdimatı tam mistik qanunauyğunluq idi. Azərbaycanın mənəviyyat dastanını ilk  dəfə dünya elminə tanıdan alman diplomatın ruhu qarşısında ehtiram göstərdik.

 

Rayon rəhbərliyindən həssas münasibət 

 

Tam kilsə sakitliyi, əsrarəngiz bir ortam. Tədbiri Şəmkir Heydər Əliyev Mərkəzinin nümayəndəsi Səbinə Hüseynova aparırdı. İlk olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov söz aldı. Elə səlis, elə ətraflı, elə orijinal danışdı ki, düşündüm: görəsən mən necə çıxış edim ki, heç olmasa bir cümləm yadda qalsın. Başçı rayon ərazisində 16 xalqın yaşadığına diqqət çəkərək, bu xalqların hər bir təmsilçisinin özünü məhz azərbaycanlı hiss etdiklərini bildirdi: "Şəmkirdə yaşayan müxtəlif xalqların nümayəndələrinin böyük vətənləri Azərbaycandır. Onlar burda doğulub, burda yaşayırlar. Bircə fakt belə göstərmək mümkün deyil ki, Azərbaycanda yaşayan başqa xalqların nümayəndələri ilə hansısa gərginlik yaşanıb. Bu, mümkün deyil. Dünyanın multikultural dəyərlərdən imtina etdiyi bir vaxtda Azərbaycan bütün xalqları bir arada rahat xoşbəxt yaşadan bir diyara çevrilib. Azərbaycanın multikulturalizm siyasəti dünyaya nümunədir. Cənab Prezident İlham Əliyevin kəlamı ilə desək, multikulturalizm azərbaycanlıların həyat tərzidir. Onsuz da sonda bütün ölkələr bu həqiqəti anlayacaqlar - insan başqasına xoş münasibətdə insandır. Azərbaycanlı bütün xalqların insanların yüksək hörmət dəyər bəsləyir. Özümüzə qarşı da bu hörməti dəyəri gözləyirik".

 

A.Məmmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bilik Fondunun Şəmkirdə çox dəyərli layihələr həyata keçirdiyini bildirərək, Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının, o cümlədən,  "Homerin siklopu ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu - "Kitabi-Dədə Qorqud" Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının məhz Kilsədə şəmkirlilərə təqdim olunmasını unudulmaz hadisə adlandırdı.

 

Şəmkir həmişə Bilik Fondu ilə bir yerdədir

 

Bilik Fondunun mətbuat katibi olaraq, qonaq qismində mən bir-iki söz dedim. 25 dildə nəşr olunan kitabın yaranması mahiyyəti barədə açıqlama verdim.  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun Şəmkir Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi təqdimat mərasiminə Şəmkir İcra Hakimiyyətinin dəstəyini, rayon rəhbərinin tədbirdə iştirakını "Multikulturalizm ili"nə verilən böyük dəyər kimi qiymətləndirdim. 

 

Multikulturalizm həm ədəbiyyatda, həm siyasətdə, həm fəlsəfədə

 

Şəmkir Heydər Əliyev Mərkəzinin nümayəndəsi Səbinə Hüseynova "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabından danışdı, nəşrdə əks olunan əsərlərdən, onların mövzularından söz açdı. Bildirdi ki, kitab "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasına aiddir,  "Azərbaycan multikulturalizminin siyasi qaynaqları" "Azərbaycan multikulturalizminin fəlsəfi qaynaqları" da nəşr olunacaq. Bir daha məlum olacaq ki, multikulturalizm azərbaycanlının həm ədəbiyyatında, həm siyasətində, həm fəlsəfəsində söykəndiyi əsas mənbədir. 

 

Şəmkir Rus icmasının rəhbəri: "Azərbaycan adlı vətənimiz üçün heç nəyi əsirgəməmişik, əsirgəmərik "

 

Kilsədəki görüşdə iştirak edənlər arasında Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, məscidin icma rəhbəri Məşədi Natiq, Rus icmasının sədri Valeriya İvanovna, Gəncə şəhər Nevski kilsəsinin keşişi, Varsolemey Ata da var idi. Onlar çıxışçıların multikulturalizmlə bağlı səsləndirdikləri fikirləri birmənalı olaraq təsdiqləyirdilər. Öz həyatında bu dəyəri hiss edən yaşayan insan əlbəttə ki, təsdiqləməliydi .

 

Rus icmasının rəhbəri Valeriya İvanovna Şəmkirdə olduqca rahat atmosferdə yaşadıqlarını bildirdi. Heç vaxt milli, dini ayrıseçkiliklə qarşılaşmadıqlarını deyərək qeyd etdi ki, rayon rəhbərliyi onlara xüsusi diqqət qayğı ilə yanaşır: "Azərbaycan bizim vətənimizdir. Vətənimiz üçün heç nəyimizi əsirgəməmişik, əsirgəmərik ".

 

Valeriya xanım çıxışında həm rus, həm Azərbaycan dilində danışırdı. Onun Azərbaycan dili rus dili kimi mükəmməl idi.

 

Məscidin icma rəhbəri Məşədi Natiq islam dininin multikultural dəyərlər üzərində bərqərar olduğunu diqqətə çatdırdı. Qurani-Kərimin ayələrindən sitatlar gətirən axund Azərbaycanda yaşayan müxtəlif millətdən dindən olan insanların bir ali inanc - təkallahlıq ətrafında birləşmələrini multikulturalizmin ən bariz təcrübü nümunəsu adlandırdı.

 

Şəmkir rayon İrmaşlı kənd orta məktəbinin direktoru, Qarabağ müharibəsi iştirakçısı Ceyhun Məmmədov rəhbərlik etdiyi təhsil ocağında şagirdlərə geniş şəkildə multikulturalizm ənənəsinin təbliğ olunduğunu bildirdi.

 

Görüşdə arqanın müşayəti ilə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabından nümunələr oxundu.

 

Tədbirdən sonra Heydər Əliyev Mərkəzində fikir mübadiləsi apardıq. Bilik Fondunun dəstəyi ilə pulsuz fəaliyyət göstərəcək rusingilis dili kurslarında təhsil alacaq dinləyicilərlə söhbətləşdik, yeni yaradılan Multikulturalizm klubunun ilkin fəaliyyət planını hazırladıq.

 

Şəmkirin bəzi tarixi yerlərini gəzməyə də imkan tapdıq. Rayon rəhbəri böyük həvəslə görülən işlərdən danışdı, əhali ilə qurduğu səmimi ünsiyyətin bariz nümunəsini göstərdi. Şəmkir səliqə-səhmanı, gözəl abidələri, asfalt yolları ilə göz oxşayır. Şəhərdə zövq incidən heç nəyə rast gəlmədim. Şəmkirlilərlə danışdım. Rahat yaşadıqlarını dedilər, əsasən də vətəndaş məmur baryerinin birmənalı olaraq aradan götürülməsi, xeyli sayda sənaye müəssisələrinin açılması, işsizliyin sürətlə aradan qaldırılması onlarda yüksək əhval-ruhiyyə yaratmışdı.

 

Ceyhun MUSAOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi

525-ci qəzet.- 2016.- 29 aprel.- S.5