Adımı kim qoyubdu
Bu yerlər nə gözəlmiş,
bu yerlər meşə imiş;
buz bulaqlar yan-yana,
dərədən döşə imiş;
adımı kim qoyubdu,
sinəm oyuq-oyuqdu;
məni bir ah ovutdu,
ahım bir şüşə imiş;
ruhum min illərdi var,
həsrətim divar- divar;
dərvişəm, diyar- diyar,
ruhum bənövşə
imiş;
yollar, uzaqdı yollar,
qardı, sazaqdı,
yollar;
gəlməsən ruhum
solar,
sevgi bir təşnə imiş;
dağla rın başı qardı,
payızı, yazı
vardı;
ömrün bir nazı vardı,
dünya nə qəşəyimiş.
Onsuz da yaz gəlir
qışdan o yana
dəmir quru olur, yaş dəmir olmur,
nə qədər döysən də daş dəmir olmur;
dərd elə gəlir ki, səs-s əmir olmur,
dərdi-azarı da əfv eyləmişəm;
ömür solub gedən ağac imiymiş,
qocalıq bələkdə
çağa kimiymiş;
cığırın sonu da bağa kimiymiş,
hələ bir ömrü də nəf eyləmişəm;
elə çox yürüdüm, axından
qaldım,
getmədim, uzaqdan-yaxından
qaldım;
şirin arzuların
çoxundan qaldım,
hardasa, hardasa səhv eyləmişəm;
gedib ötmək olmur, daşdan o yana
gəl
qayıt, bu ötən yaşdan o yana;
onsuz da yaz gəlir qışdan o yana,
heyif ki, bir azca səfehləmişəm;
dəryanın dibinə
enim, qayıdım,
oddanım, alışım,
sönüm qayıdım;
yolların başından
dönüm, qayıdım,
desinlər həmişə
kef eyləmişəm;
hələ axır
demə, axır uzaqdı,
dağlara od düşüb, naxır uzaqdı,
ürəyim içimdən
baxır, uzaqdı,
uzaq dünyaları kəşf eyləmişəm.
Bir nəğməli bulağam
bir nəğməli
bulağam,
sular bəstələr
məni;
bir ağı oxuyaram,
bir dərd üstələr məni;
od tutdum öz odumdan,
adım çıxır
yadımdan;
bir mələk qanadından
atıb ütsəl ər məni;
bu nə dərddi Allahım,
dağda od tutub ahım;
yüz yerə qaçdı ruhum,
gələn dəstələr
məni;
qış gəlir
qarı-qarı,
gedib incitdim yarı;
yuxumdan gecə yarı
anam səsdənər
məni;
axı nə bilim, kiməm,
dərd boylanır içimmən;
nə loğman, nə həkiməm,
asar xəstələr
məni
Ötdü yaz, addadı payız
ötdü yaz, addadı payız,
deyən qış
yenidən gəlir;
daha heç nəyi gözləmir,
həsrətim indidən
gəlir;
hanı, gözümün
yuxusu,
artıb canımın
ağrısı;
anamın şirin
qoxusu,
saçlarıma dən-dən
gəlir;
yollar ağrı, dağlar ağrı,
ötüb gedən
çağlar ağrı;
ürək tab eləmir,
axı,
ayrılıqlar nədən
gəlir;
fələk, çalışırsan
yenə,
tor qurursan, sinə-sinə;
nə gəlir, bilmirəm mənə,
nə gəlirsə, səndən gəlir.
Dünya
əzəldən belədi
dünya əzəldən
belədi,
payızından qış
asılıb;
dərd çıxıb
getmək istəmir,
ayağından daş asılıb;
ağırdı çiynimin
yükü,
qışım şaxta,
yayım bürkü;
yoruldu gözümün
kökü,
kipriyimdən yaş asılıb;
könlüm qalıb
uzaq köydə,
qulağım yanıqlı
neydə;
bulud öləziyib göydə,
göydən ölü
quş asılıb;
dünyanın tağı
qarışıb,
əli, ayağı qarışıb;
üstümə yağı
darışıb,
dörd yandan bayquş asılıb;
dəli ruhum havalıdı,
havalıdı, davalıdı;
fələk ah çəkib
lalıdı,
fələkdən qarğış
asılıb.
Yüz illərdi yol gedirəm
yüz illərdi yol gedirəm,
gözüm açılandan
bəri;
başım od tutub alışır,
yandırır alnımın
təri;
həm buludam, həm küləyəm,
quş qanadında lələyəm;
bilmirəm niyə
beləyəm,
bir sümüyəm,
bir də dəri;
dərd sozalıb çözülmədi,
ağca sapa düzülmədi;
həsrət neçə
yüz ilmədi,
hanı həsrətimin
yeri;
dağlarım dərd-qəm
oylağı,
nədir fələyin
sınağı;
dörd yanım yağı yığnağı,
dörd yanım düşmən çəpəri;
günəş qürub
çağındadı,
dərd ölüm ayağındadı;
deyirlər lap yaxındadı,
arzularımın səhəri.
Gör nələr çəkirəm,
gülüm
bir mən var, mənim içimdə,
bir mən də məndən uzaqda;
gör nələr çəkirəm, gülüm
gör nələr, səndən uzaqda;
çiçəklər dağda
bürüşdü,
yaylar getdi, qışlar düşdü;
alnıma qırışlar
düşdü,
saçlarım dən-dən
uzaqda;
bu nə soydu, üstümdəki,
ömür soldu üstüm təki;
o dağların üstündəki
dumandan, çəndən
uzaqda;
bilmirəm nədi
pənahım,
dağlara çatmadı
ahım;
bu nə taledi, Allahım
dərd çəkir bəndən, uzaqda.
Əlim
saçına dəydi
elə yol tutub gedirdim,
yolum bir yaza çıxdı;
dərdim təkcə
səniydin,
dərdim ayaza çıxdı;
bu yaz döndü naxışdan,
bulud söndü yağışdan;
yıxıldım bir baxışdan,
baxışım naza çıxdı;
bilmədim bu nəyidi,
ruhum sənə əyildi;
əlim saçına dəydi
əlimdən qəza
çıxdı;
alışdım, sönə-sönə,
qayıtdım, dönə-dönə;
çata bilmədim
sənə,
sevgim bəyaza çıxdı.
Göy üzü dolu bir dəniz
göy üzü dolu bir dəniz,
buludları xonça-xonça;
uçub əriyən
ulduzlar,
göyün üzünü
oyunca;
alça ağacı
çiçəklər,
uçar qanadlı
“mələklər”;
düşüb yellənən
lələklər,
düzülər yollar boyunca;
bənövşələr açar-
açmaz,
hələ xırda
quşlar uçmaz;
duman dərələri
qucmaz,
yağış dağları
yuyunca;
yam-yaşıl dərələr
boyu,
ağ çiçəklər
boylu-boylu;
bulaqlar düyünlü,
toylu
mən təzədən doğulunca.
Ayrılıqlar gecə döndü
hər şey, hər şey ağ-appaqdı,
qara saçımdan o yana;
hələ yollar çox uzanır,
dərdin ucundan o yana;
ayrılıqlar gecə döndü,
ağrı çəkə-çəkə döndü;
bu dünya bir heçə döndü,
döndü, bacımdan o yana;
ilikdən, qandan axır dərd,
elə yandırır, yaxır dərd;
dünyada varmı, ağır dərd,
elin köçündən o yana;
ha üfürə, ələyə də,
dörd yanına çiləyə də;
dünya qalmaz fələyə də,
qalmaz heçindən o yana;
gözümün kökü yoldadı,
məni kim yorur, aldadır;
görən indi nə haldadı,
dağlar Laçından o yana.
Nazim ƏHMƏDLİ
525-ci qəzet.- 2016.- 30 aprel.- S.22