“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
I cild (noyabr 1918 - aprel 1920)
Noyabrın 27-də deleqasiya Şuşaya və Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyət ümum qəza əhalisinə əmin və asayişlə yaşamalarını
təkliflə xəbər
verdi ki,
ingilislər və onların müttəfiqləri
heç vəqt xəta və ixtişaşa razı olmayacaqlardır.
Bir neçə gün Şuşada qaldıqdan sonra deleqa heyəti
Zayox denilən yerə gedib ki, haman
yerdə müharibə
oluyordu. İngiltərə nümayəndəsi Andronikin yanına gedib məktubu vermiş və bildirmişdir ki, asayiş bərpa edilməsə bütün
məsuliyyət onun öhdəsinə düşəcəkdir.
Bundan əlavə sair adamlara da teleqraf
çəkmişdi. Çünki
o zaman ermənilər
çox yerdə baş qaldırıb Gəncə, Qazax, Cavanşir və Cəbrayıl qəzalarında
quldur dəstələri
kibi iş görüyorlardı.
Andronikə yazılan məktubu bən görməmişəm. Amma özlərinin dediklərinə görə haman teleqraflar məzmununda imiş (teleqrafları oxuyur). Sonra Tomson Şuşadakı deleqatlara teleqraf çəkərək Tərtər, Qazax və sair yerlərə də getmələrini tövsiyə etmiş və filhəqiqə onlar da Şuşadan sonra oralara gəlmişdilər. Bu işdən sonra bir neçə gün tam sakitlik oldu. Qəzalardan şikayət xəbəri gəlmədi. Fəqət üç-dörd gün sonra yenə teleqraf, teleqraf üstündən yağmağa başladı ki, Andronik öz dəstələri ilə hərəkata davam ediyorlar. Çünki müsəlmanlar ingilis heyətinə inanıb səngərlərindən çıxmışlar və ermənilər haman saat fürsətdən istifadə edərək başlamışlar kəndləri yandırıb arvad uşaqları dağlara, meşələrə salmağa. Bu xəbər yetişən kibi biz əlimizdə olan hər növ tədbirləri gördük və dekabrın 3-də Tomsona böylə bir məktub yazdım (oxuyur). Aldığımız teleqrafların da surətini göndərdim. Biz əskəri qüvvə göndərməklə bərabər Tomsondan da xahiş etdik ki, tədbir görsün. Tomson Zəngəzura yeni bir heyət göndərməgi lazım bilib xəbər verdi ki, bu səfər heyət əskəri surətdə olmalıdır. Bu heyət 15-ə qədər ingilis əskər və zabiti, 2 zirehli avtomobil və bir nəfər bizim nümayəndəmizdən ibarət idi. Şuşaya getmişlərdir. Fəqət heyət hələ qayıtmamış və nə etdikləri barəsində bir xəbər yoxdur. Şuşadan o tərəfə getmələri həqqində məlumatımız yoxdur.
Heyət gəldikdə, yaxud cavab alındıqda sizə bəyanat verməgə özümü borclu biliyorum. Qəzetələrdə bir xəbər vardı ki, guya general Tomson tərəfindən əvvəl dəfə Andronikə məktub göndərildikdə Qarabağın ümuri-idarəsi guya Andronikə tapşırılmış imiş. Şübhəsizdir ki, böylə olsaydı hökumətimizin kökünə əl atmış olardılar. Əgər böylə olsaydı Azərbaycanın hüququna təcavüz edilmiş olurdu. Halbuki biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəgik ki, kənardan gəlib Azərbaycanın hüququna təcavüz etsinlər (gurultulu alqış). Aşkardır, hökumət laqeyd baxa bilməzdi ki, başqaları gəlib Azərbaycanda hakim olsun. Bu xəbərləri eşitdikdə bən təhqiqata başladım. Bən əmin idim ki, mədəni hökumət hüququmuzu təpikləyib əlimizdən almazlar. Zənnim doğru çıxdı. Buna bir çox sübutlarım da var. Əmin olunuz ki, Tomson tərəfindən Andronikə qəzetələrdə denilən kibi məktub yazılmamışdır. Bən heyət gedən zaman Tomsona dedim ki, Qafqasiya çox heyətlər görmüşdür. Söz ilə degil başqa yol ilə icrayi-təsir etmək lazımdır.
Sonra yenə alınan teleqrafları oxuyaraq nitqinə davamla Rəisi-Vükəla həzrətləri diyorlar ki, bu surətlə müttəfiqlər ilə lazım olan tədbirləri görmüşəm. Bunlardan başqa öhdəmizdə xüsusi vəzifəhlərimiz də vardır. Əskəri qüvvəmizin silah gücü ilə hərəkət etməsi həqqində əmr verilmişdir. Bu xüsusda müfəssəl məlumat vermək istəmiyoram. Andronikin və çətəsinin məqsədi Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb Ermənistana mülhəq etməkdir. Bunların müqabilinə əskəri qüvvə göndərildikdə bir qədər sakit olub sonra yenə fürsət tapan kibi işə başlıyorlar. Azərbaycan keçmişdə və hazırda heç vəqt ixtilaflı məsələləri silah gücü ilə həll etmək istəməmişdir. Hərgah böylə məsələlərin həlli üçün silaha sarılmaq lazım gəlmişsə məcbur olmuşuq. Hər bir ixtilaflı məsələyi sülh ilə həll etməgə çalışaraq qonşularımıza da böylə təklif etmişik. Azərbaycan hökuməti erməni, müsəlman və sairənin qanı tökülməmək üçün var qüvvəsilə çalışmışdır. Yenə bu uğurda çalışmalıyız. Əgər silaha sarılmaq məcburiyyətində qalsaq hamı bilməlidir ki, bizi vadar və məcbur etmişlərdir. Hökumət namındən diyorum ki, biz bu məsələnin qansız, zərərsiz həllinə çalışır və çalışacağız. Əks surətdə hökumət silah qüvvəsilə Azərbaycan Cümhuriyyətini hər bir təcavüzdən mühafizə edəcəkdir (Mərkəzdən və soldan alqış).
Mabədi var.
Qarabağ əhvalı ətrafında
General Tomsondan Azərbaycan Rəisi-Vükəlası Fətəli xan Xoyski həzrətlərinə 20 qanuni-əvvəldə böylə bir məktub gəlmişdir:
Rəisi-Vükəla F. Xan Xoyskiyə
Dövlətli əfəndim!
“Znamya Truda” qəzetəsinin 17 qanuni-əvvəl tarixli nömrəsindəki - general Tomson tərəfindən Qarabağın mühafizəsi general Andronikə verildigi xəbəri həqiqətə müvafiq degil və əsasdan xalidir.
Bakı müttəfiqlər qoşunu komandanı naminə
General Tomson, “Azərbaycan”, 22 dekabr 1918, ¹70
Mövsuq - mötəbər
Əsəfnak - təəssüb ediləcək
Həmsayə - qonşu
İstizah - açıq izah tələb etmə
Filhəqiqə - həqiqətən
Azərbaycan Məclisi-Məbusanında 4-cü (fövqəladə) iclas (Mabəd)
Əhməd Cövdət - Əfəndilər! Bugünki iclasın təcili surətdə çağırılmasına səbəb iki məsələ həqqində Məclisi-Məbusan sədarətinə sosialistlər namindən verilmiş məktub olmuşdur. Bu iki məsələnin həlli bütün Zaqafqasiya zəhmətkeşləri üçün pək mühümdür. Biri Qarabağ hadisəsi, digəri gürcü-erməni müsadiməsidir. Qarabağ məsələsi mahiyyətcə ikinci məsələ ilə əlaqədar və şəkil cəhətdən bərabərdir. Məlumdur ki, Qarabağda 3-4 aydır sakitlik yoxdur. Andronik başına bir dəstə yığıb kəndləri dağıdaraq insanları məhv ediyor. Hökumət qoşunu və məhəlli əhali müqabilə və müqavimət etdikdə çəkilməgə məcbur olmaqla bərabər, sonra yenə öz işinə başlıyor. Bu işlər nə üçün oluyorlar? Bu dəstənin başında duran kimdir və məqsədi nədir?
Andronik məşhurdur:
Türkiyədə çətəbaşı idi. Osmanlıda uzun
müddət müharibə edərək müsəlman və
ermənilərin qanları tökülməsinə səbəb
olmuşdur. Avropa
müharibəsində Qafqasiya cəbhəsində
Türkiyə əleyhinə dava ediyordu. Hərb zamanı onun
hərəkəti müharibə tərzində olmayıb zülmü aləmə aşkar
olmuşdur. Sonra Andronik İrəvan, Naxçıvan və Ordubad mahallarına və oradan
İrana keçmişdir.
Yolda müsəlman kəndlərini
dağıdıb xarabazara döndərmişdir.
Hər tərəfdən qovulduqdan sonra Qarabağa gəlmişdir.
Onun dedigi nədir?
Diyor ki, bən buranı Ermənistana tabe etmək istiyoram. Rəisi-Vükəlanın
buyurduğu kibi Andronikin kim
olduğu erməni hökumətindən sorulduqda
Ermənistan hökuməti
Androniklə əlaqədar
olmadığını, onu
quldur kibi tanıdığını bəyanla,
onunla necə bilirsiniz öylə rəftar ediniz - deyə cavab veriyor. Andronik bura erməniləri
ilə əlaqədar
olmadığından, yəni
tökülən qanlara
heyfi gəlmiyor.
Dağılan xanimanlara ürəyi
yanmıyor. Bən deyirəm
ki, Andronik insaniyyət düşməni
olmaqla bərabər yalnız müsəlman kəndləri degil, erməni kəndlərinin
də dağılmasına
bais oluyor. Burada gizli bir
məsələ vardır:
Qarabağ mahalının Azərbaycan
əlində qalmasına
mane olaraq orayı Ermənistana yapışdırmaq. Bu fikir ermənilərin baş firqəsi olan “Daşnaqsütyun”un məramıdır. Bu firqə hətta Petroqradda Qafqasiyanın təqsimi məsələsi
həll olunarkən bir layihə təqdimlə, Zəngəzurun
Ermənistana ilhaqını
tələb etmişdi.
Bu məsələyə Tiflisdə dübarə baxılıb nahiyə Mərkəzi Əmələ
və Əskəri Şurası tərəfindən
rədd edildi. O vəqt topraq və hüdud məsələlərinin həlli
üçün bir komissiya təşkil edilmişdi. O zaman millətlər ayrılmamış
olduqlarından məsələ
də ümumi idi. Şimdi isə burası
bir dövlət məsələsi olmuşdur.
Hərçənd erməni
hökuməti bizə
diyor: Qarabağla işimiz yoxdur, Qarabağı istəmirik
və Andronik ilə əlaqəmiz yoxdur. Lakin işin mahiyyəti
bundadır.
Əfəndilər, bizim firqəmiz və ümum sosialistlər cəmaətin
və bütün kəndlilərin mənafeyini
güdüyorlar. Biz hər
vəqt böylə məsələlərin silah
gücü ilə degil sülh ilə həll olunmasına çalışmışıq.
Bu məsələlər güzəşt və hökm vasitəsilə həll edilməlidirlər.
Bu gün bunca
qurban verilən cahan müharibəsi bitdi. Lakin ixtilaflı məsələlər
həll olunmadılar.
Bunların həlli üçün
hələ ümumi konfrans vaqe olacaqdır.
Bu gün hər
tərəf məsələnin
silah gücü ilə həllini zərərli görüyor.
Hərgah Ermənistan ilə Azərbaycan, ya Gürcüstan arasında
müharibə vüqu
bulsa bu millətlər məhv olarlar. Bu hərb, hərb degildir. Çünki müharibə edən
böyük dövlətlər
hərb qanununa riayət ediyorlar. Hərbdən sonra müharib millətlər
dost ola bilirlər.
Lakin Qafqasiyada müharibə millətləri zəhərləyib
olmazın fəlakətlərə
düçar ediyor.
Qafqasiya məsələsi rəsmi
müharibəyə bənzəməz.
Hazırda Qarabağda dava
olur. Ermənilər müsəlmanlar ilə vuruşurlar. Biz böylə müamilənin
bitirilməsini tələb
ediyoruz. Bizim fikrimizcə
məsələ sülh
ilə həll olunub orada yaşayan
millətlər hüsni-idarə
edilməlidirlər. Gərək erməni
və gərəksə
müsəlman üçün
Ermənistandamı ya
Azərbaycandamı yaşamağın
heç fərqi yoxdur. Əlbəttə bir millətdən
ötrü öz idarəsilə yaşamaq daha yaxşıdır.
Fəqət həyat məsələsi
gəldikdə böylə
fikirlərdən əl
çəkməlidir. Qarabağda yalnız müsəlmanlar
deyil, ermənilər də zərər görüyorlar. Bu gün
bir müsəlman kəndi, sabah
bir erməni kəndi dağılıyor.
Bunlarda yaşayanlar həp insanlardır. Hər iki
tərəf zərər
çəkib tələfat
veriyor. Bizim təklifimiz budur
ki, bu məsələ
silah gücü ilə degil, sülh ilə həll edilməlidir.
Fəqət əfəndilər, Andronikə bir quldur kibi baxmaq
olmaz. Onun müəyyən bir məqsədi var: erməni ünsürünü
Azərbaycandan ayırıb
Ermənistana tabe etmək.
Lakin bu surətdə də məsələyi sülh təriqilə həll etmək olardı. Amma o cür ki Andronik başlamışdır, böylə olamaz Rəisi-Vükəla buyurdu ki, deleqasiya göndərilməsindən bir faidə çıxmadı. Fəqət zənnimizcə bəzən ziyadəsilə faidə hasil oluyor. Madam ki, erməni cəmaətinin burada razılığı yoxdur, deməli heyəti-mürəxxəsə göndərilməsindən bir nəticə çıxar. Bir də vəqtilə Andronik ingilis xidmətində idi. Onlardan pul alıyordu. Bu surətlə ingilislər vasitəsilə Andronikə icrayi-təsir etmək olar. Onu Zəngəzur mahalından çıxarmaq lazımdır. Əks surətdə nə müsəlmanlar rahət ola biləcəklərdir, nə ermənilər. Lakin əfəndilər, biz böylə nümayəndələr göndərmək tərəfdarı olmaqla bərabər istəriz ki, bu məsələnin sülh ilə həlli həqqində ermənilər dəxi təşəbbüsatda bulunmuş olsunlar. Ancaq biz buna tərəfdar ikən Qarabağdakı tufana, evlərin dağılmasına, ailələrin kəsilməsinə göz örtüb duramayız. Qarabağda və sair yerlərdə erməni və müsəlman cəmaətinin müdafiə və mühafizəsi üçün hər vəqt hazır qüvvəmiz olmalıdır. (Alqışlar) Oraya iki danə ingilis zirehli avtomobili göndərilməsi azdır. Bir də ingilis qüvvəsinin getməsini biz istəməzdik. Biz istərdik oraya Azərbaycan qüvvəsi göndərilsin. (Alqış) Oraya gedən qüvvə cəmaətin öz içindən çıxmış olmalıdır ki, cəmaət də bilsin ki, gələn qüvvə onun hüququnu müdafiə edəcəkdir. Biz nə qədər hərb tərəfdarı olmasaq da bu vəqt Qarabağda qüvvəyi-cəbriyyə icrasını da rədd etməyib, biləks istiyoruz.
Bədə Mahmudov Mustafa bəy səs alaraq diyor:
Möhtərəm məbuslar!
Qarabağ məsələsi
həqqində o ki
lazım idi söylədilər. Bu məsələdə sizin
fikrinizi mühüm bir nöqtəyə cəlb ediyoram:
Rəisi-Vükəlanın və natiqlərin
nitqlərindən bu anlaşıldı ki, guya Andronik
ilə erməni hökuməti arasında bir
əlaqə yoxmuş. Andronik
Türkiyə təəbəsi olub, sənəti
çətə düzəldərək mübarizə etmək
imiş. Pəs böylə olanda o kimdir? (soldan - daşnaq). Bu bir quldur, bir asi imiş. Böylə isə onun tutulub
öldürülməsi lazımdır.
Lakin böylə bir adamla müttəfiqlər
nümayəndəsi arasında
irsal-mərsul varmış
və Qarabağ ətrafının mühafizəsi
ona tapşırılmış
imiş.
Sədr:
Rəisi-Vükəla o məzmunda
irsal olmadığını
bəyan etdi.
Mahmudov
- (nitqinə davamla) Çox gözəl! Arzu olunardı ki, böylə irsal-mərsul
olmasın. Bu böylə isə bu məsələ barəsində “Müsavat”
firqəsi parlamana böylə bir proqramla təklif ediyor (oxuyur).
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 30 aprel.- S.21