Dəli sevda şairi
GÜLNAR SƏMANIN “GÜL” KİTABINA ÖN SÖZ
Gülnar Qasımlı mənim doktorantımdır. “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında poema
janrının inkişaf
yolu və xüsusiyyətləri” mövzusunda
namizədlik dissertasiyası
üzərində işləyir.
Ən azı ayda 2-3 dəfə yanıma məsləhətə
gəlir. İnanıram ki, yaxın
gələcəkdə bir
tənqidçi - ədəbiyyatşünas
kimi öz sözünü deyəcək.
Onun şeir
yazdığını bilirdim,
amma bircə misrasını belə oxumamışdım. Həm də ərkyana məsləhət
görmüşdüm ki, öz elmi işinlə məşğul ol, şeirlə sonra qonuşarsan. Amma bir gün televiziyada
Gənclər günü
münasibətilə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı ona təqdim olunanda qətiyyən hirslənmədim,
sevindim. Və bir gün çəkinə-çəkinə mənə zəng edib “Vaqif müəllim, “aybKitab” layihəsi üzrə şeirlərimi
çap etdirmək istəyirəm, ön söz yazarsınızmı?” - deyə
soruşdu. Dedim ki, oxuyaram, xoşum
gəlsə, mütləq
yazaram. Gülnarın şeirlərini oxudum və etiraf edim ki, belə gözləmirdim.
Zənn edirdim ki, bu
gün özündə
məsuliyyət hiss etmədən
ədəbiyyata gələn,
şeirlərinin və
kitablarının sayı
“şairliyinin” müqabilində
qat-qat artıq gözə dəyən yazarlardan biridir Gülnar. Amma Gülnar mənim bu təsəvvürümə
xətt çəkdi
və sanki hər şeirində qışqırtıyla yox,
utana-utana dedi ki; “Mən şairəm!”
Gülnar Qasımlı özünə
Səma təxəllüsünü
götürüb. Böyük riskdir
bu. Səma bütün
göy üzüdür.
O Səmada günəş
yanır, dünyaya işıq saçır.
Mən şair görmüşəm
ki, özünə Dərya təxəllüsü
götürüb, amma
onun şeirləri dəryanın heç bircə damlası deyil. Mən şair görmüşəm
ki, özünə Muğan, ya Şirvan, ya da Qobustan təxəllüsü
seçib, amma yazdığı şeirləri
və özünü
nə Muğanda, nə Şirvanda, nə Qobustanda tanıyırlar.
Gülnarın Səma təxəllüsünə
hələlik heç
bir etirazım yoxdur, çünki mən onun şeirlərində
səma təmizliyini,
saflığını gördüm. Buludunu, yağışını,
günəş zərrələrini
gördüm. Mən gənc
şairi tərifləyib
ərşi-əlaya qaldırmaq
niyyətində deyiləm.
Təbii
ki, iki şeir
kitabı çıxsa
da, Gülnarın axtarışları davam edir. (Məgər
şair bütün ömrü boyu axtarışda deyilmi?)
Deməli, Gülnar Səma
adını doğrultmalıdır.
Gülnar nədən yazır?
Onun bir mövzusu var- sevgi. Bu sevgi kitablardan gəlmir, özünün
yaşadığı,ürəyində
əmanət saxladığı
hissdir, duyğudur.
Bu sevgi yollarda düşüb qaldısa,
Məhəbbət deyilən dili laldısa,
Ayrılıq əbədi bir vüsaldısa,
Mən buna məhəbbət deyə bilmərəm.
Ay sevgi, peşimi burax sən artıq
Daha heç
toruna düşən
deyiləm.
Ağac
əyiləndə sındı
deyirlər,
İgidlər ölərsə, niyə əyiləm?
Mən sənə dünyanı bağışlayardım,
Sən mənə
bir dünya bağışlasaydın.
Bu misralar sevən
bir qəlbin əzablarından doğur. Amma bu əzabın özü də qəm-qüssə gətirmir,
işığa can atır
o qüssədən uzaq
olmaq istəyən ürək. Gülnarın o balaca səmasını
təkcə sevgi duyğuları ilə məhdudlaşdırmaq olmaz.
Orada az da olsa , vətən ağrıları da var, yurd itkisindən
doğan ağrılar
da. Amma hamısında nikbin
xallar görürəm.
Şair fikirlə hissin vəhdətini əks etdirir və bu vəhdət
duyulmazsa, yəni bu iki məfhum-
şair üçün
hava və su kimi gərəkli
olan bu iki
konponent bir-birindən
ayrı düşərsə,
o zaman şeir “ağıllı ürəyin”
ifadəsinə çevrilə
bilməz.
Gülnarın bir sıra şeirlərində bu vəhdət özünü
hiss etdirir. Amma çox arzu edərdim ki, o, bir az mövzu məhdudluğundan
xilas olsun. Sevgini, həsrəti təkcə
bir rəngdə görməsin, həyata, gerçəkliyə geniş
nəzərlərlə baxsın.
Mən Gülnar Qasımlıya- Səmaya uğurlar arzulayıram. Onun da atasının adı Vaqifdir, elə mən də onun şeirlərinə mənəvi Ata xeyir-duası
verirəm.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2016.- 30 aprel.- S.23