Koroğlu” dərgisinin yeni sayı Sabir Rüstəmxanlıya həsr olunub

 

 

Türkiyədə işıq üzü görənKoroğludərgisinin may sayı Azərbaycanın usta ədiblərindən olan Xalq şairi Sabir Rüstəmxanlıya həsr edilib.

 

Ön söz yerinə redaksiyadan oxuyuculara ünvananlanan müraciətdə bir qayda olaraq dərginin məramı diqqətə çatdırılır, mövzu istiqamətləri barədə ümumi konturlar cızılır. Türk dünyası ədəbiyyatının bir arada nəşri, ədəbi əlaqələrin güclənməsi yönündə görülən işlərdən bəhs edilir, onların vacibliyi vurğulanır:

 

Dərgimizin səhifələri arasında bahar seli kimi yatağından daşan, tanınmış türk şairi Sabir Rüstəmxanlını müsafir etməyin sonsuz həzzi, bəxtiyarlığı içindəyik. İndiyə qədər hər sayımızda siz oxucularımızı Türk Dünyasının müxtəlif diyarlarına aparmağı qarşımıza məqsəd qoyduq. Budəfəki səfərimiz isə Azərbaycanadır. Qardaş ölkənin məşhur ədiblərindən olan Sabir Rüstəmxanlını sizə tanıtmaq, 70 illik yubileyini birgə qeyd etmək istədik”.

 

Bundan başqa, ön sözdə S.Rüstəmxanlının azadlıq fədaisi olduğu, meydan hərəkatındakı önəmli rolu önə çəkilir:

 

Sabir Rüstəmxanlı bir şair, fikir adamı olaraq önə çıxsa da, təməldə mücadilə adamıdır. O, sənətini, ömrünü millətinə həsr edib, bu məqsədləsöz”ü bayraq edərək millətin ruhundakı ən yüksək bürcə sancıb.

 

Başqalarının söz deməyə cəsarət etmədiyi bir dönəmdə kommunizmin son dişlərini sökən, azadlıq yolunda qorxmadan irəliləyən, Azərbaycan səmasına müstəqillik bayrağı çəkən söz, sənət adamı, inqilabçı ruhlu şairlə qarşınızdayıq”.

 

Daha sonra dərgi Sabir Rüstəmxanlının geniş tərcümeyi-halı ilə davam edir. Şairin həyat yaradıcılığına işıq tutulur, maraqlı faktlar oxucuların diqqətinə çatdırılır. Türkiyə-Azərbaycan siyasi ədəbi əlaqələrinin möhkəmləndirilməsində yubilyarın gördüyü işlər qeyd olunur.

 

Ardınca şairin türk dilinə çevrilmiş şeirləri oxuculara təqdim edilir. O cümlədən, müxtəlif vaxtlarda, müxtəlif insanlarla, müxtəlif tədbirlərdə çəkilən şəkillər jurnalda yer alır.

 

Bundan başqa, dərgidə Sabir Rüstəmxanlıya həsr olunmuş yazılar, müxtəlif ölkələrdən olan yazarların fikir təbrikləri yer alıb. Bu sırada İmdat AvşarınDağlar türkün ruhudur”, Ataol BəhramoğlununSabir Rüstəmxanlıya Türkiyədəki qardaşından salam”, Yavuz AkpınarınBir şeirin işığında Sabir Rüstəmxanlı”, Yavuz Bülənd BakilərinAyıbdır! Ayıb! Ayıb!”, Əjdər Olun “O, insanları böyük həqiqətlərə inandırmaq gücünə sahibdir”, Musa Yaqubunİçindən keçdiyim kitab”, Məmməd İsmayılınSabiri uğura aparan səbriadlı yığcam yazıları var. Aygün AttarınTürk dünyasının böyük oğlu, Azərbaycanın Xalq şairi, milli azadlıq hərəkatının fəalı, böyük ustad, professor Sabir Rüstəmxanlıya”, Yəhya AkəngininDavasının şairi Sabir Rüstəmxanlı”, Çətin ElmasınQoca çinar Sabir Rüstəmxanlı”, Aslan Quliyevin “Ana dilində çağırın onu”, Zeynəlabidin Makasınİki adam yerinə”, Yusif GədiklininÇoxyönlü şəxsiyyət Sabir Rüstəmxanlı”, Hüseyn AdıgözəlinNeçə uzun illərə, Sabir bəy!”, İsa MuğannanınSabir Rüstəmxanlı bizim ən dəyərli ziyalılarımızdan biridir”, İsmayıl ŞıxlınınSabir Rüstəmxanlı mücadilədən əsla vaz keçməz”, Süleyman RəhimovunPapaq altında necə oğullar varmışbaşlıqlı fikirləri dərgidə öz yerini tutub.

 

Anarın “Millət və tarix qarşısında məsul olmaq”, Cəmil Həsənlinin “Bütöv Azərbaycan”ı ürəyində yaşadan şair”, Rafael Hüseynovun “Səbrsiz sabirlər”, Hidayətin “O bir söz inqilabçısıydı”, İsa Həbibbəylinin “Xalq şairi Sabir Rüstəmxanlı”, Əkrəm Əylislinin “Sabir Rüstəmxanlı ilə düşmən ola bilməzsiniz”, Afaq Məsudun “Dost”, Rüstəm Behrudininİçi işıqla dolu adam, yaxud son mogikan”, Cavanşir YusiflininMilli şair”, Hüsame bin Sərxanın “Dörd rəmzdən biri” adıyla təqdim olunan fikirləri də S.Rüstəmxanlı haqqında dolğun təəssürat yaradır.

 

Əlibala Hacızadənin “O sözünü həmişə cəsarətlə söylədi”, Əhməd ŞmideninAlmaniyadan gələn bir məktub”, Mind Kösenin “Qaqauzların da ömür kitabı yazılacaq”, Güllü YoloğlununTürk dünyasının kitabı, türk dünyasının şairi”, Sibney Temin “Bizə bu kitablar lazımdır”, Teymur Kərimlinin “Ayrılıq buluduqovuşma ümidi”, Elxan Zal Qaraxanlının “Ömrün yeni kitabı və ya on üçüncü boy”, İntiqam Mehdizadənin “Sabir Rüstəmxanlının itmiş şeiri”, Vniyaeslav Ar-SerqininSabir Rüstəmxanlı Azərbaycandır”, Azər Abdullanın “Hamarkənd yüksəkliyi”, Əhməd Şəfəqin “Bir bilgə ziyalı: Sabir Rüstəmxanlı”, Sevil Piriyeva Qaramanın “Türkçülük üçün doğulan insan”, Seyfullah TürksoyunBir aksion şairi: Sabir Rüstəmxanlı” başlığı altında verilən düşüncələri görkəmli ədibin şəxsiyyətinə və yaradıcılığına aydın güzgü tutur.

 

Qeyd edək ki, dərginin bu sayının tərtibçisi, redaktoru, şeirlərin və yazıların tərcüməçisi Azərbaycan ədəbiyyatının yaxın dostu İmdat Avşardır.

 

Cavid QƏDİR

525-ci qəzet.- 2016.- 30 aprel.- S.16.