“Aşıq sənəti və qərb şairləri” Fransada müzakirə edilib

 

 

Fransanın Müluz şəhərinin Yuxarı Alzas Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Fransadakı səfirliyimizin dəstəyi iləAşıq sənəti qərb şairlərimövzusunda beynəlxalq konfrans keçirilib.

 

Universitetin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi kafedrasında təşkil olunan konfransda azərbaycanlı mütəxəssislər xarici ekspertlər iştirak ediblər.

 

Tədbiri Yuxarı Alzas Universitetinin prezidenti xanım Kristin Qanqlof-Ziqler açaraq Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Ədəbiyyat, dil humanitar elmlər fakültəsinin dekanı, Nizami Gəncəvi kafedrasının müdiri xanım Qreta Komur-Tilua tədbirdə çoxsaylı mütəxəssislərin iştirakının Azərbaycan aşıq sənətinə olan böyük marağı əks etdirdiyini bildirib.

 

Səfirliyin əməkdaşı Ayaz Qocayev Yuxarı Alzas Universitetinin Azərbaycanın Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti ilə məhsuldar əməkdaşlığına görə universitet rəhbərliyinə təşəkkür edib. O, yaranmasından qısa vaxt keçməsinə baxmayaraq, belə mühüm tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi kafedrasının fəaliyyətini yüksək qiymətləndirib.

 

Yuxarı Alzas Universitetinin Məhsəti Gəncəvi zalında baş tutan konfransda ilk olaraq dünya şöhrətli alim, nizamişünas professor Maykl Bari çıxış edib. O, XI, XII, XIII əsrlərə aid Şərq və Qərb yazarlarının əsərlərində məhəbbət mövzusunun müqayisəli təhlilindən danışıb.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıqların söz, musiqi və hərəkət-davranış qaydaları, aşıq sənətinin yaranmainkişaf tarixi barədə məlumat verib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nümayəndəsi Sənubər Bağırova “Müasir Azərbaycan cəmiyyətində aşıqlar”, Akademiyanın Folklor İnstitutunun əməkdaşları İlhamə Qəsəbova “Aşıq sənətində ustad-şagird münasibətlərinin milli çalarları”, Aynur Qəzənfərqızı “Cəlili aşıq musiqisi”, Gəncə Dövlət Universitetinin müəllimi Məhərrəm Orucov “Azərbaycanda aşıq sənəti” və gənc hüquqşünas Aygün Zeynalova “Aşıq sənətində humanizm ideyaları və insan haqları” mövzusunda məruzələrlə çıxış ediblər.

 

İranlı aşıq, bəstəkar və araşdırmaçı Çingiz Mehdipur, əlcəzairli mütəxəssis Səlim Dada, Sorbon Universitetinin tələbəsi Linda-Navel Tebbani, digər mütəxəssislər aşıq sənəti ilə bağlı fikirlərini bildiriblər. Çıxışlardan sonra müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Tədbir Müluz şəhərinin bələdiyyə teatrında azərbaycanlı gənc müğənni Araz Hümbətlinin konsert proqramı ilə davam edib. Onun saznağara ilə müşayiət olunan və qərb rok musiqisi ilə sintez etdiyi musiqilər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

525-ci qəzet.- 2016.- 30 aprel.- S.12