Pedaqoji Universitetdə Qəşəm
Nəcəfzadə ilə görüş
Azərbaycan Dövlət Pedaqoji
Universitetində tanınmış
şair Qəşəm
Nəcəfzadə ilə tələbələrin
görüşü keçirilib.
Tədbiri Filologiya fakültəsinin
dekanı, professor Buludxan Xəlilov açıb:
"Bu tədbir tələbələrin
arzusu ilə keçirilir. Burda hamı sərbəstdir.
Yaxşı sual və cavablar, oxunan şeirlər haqqında maraqlı fikirlər şair və oxucu dialoqunda üzə
çıxacaq. Ona görə ki, dəvət etdiyimiz şair “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir,
müasir ədəbi
prosesin içindədir”.
Sonra tədbirin gedişi tələbələrin ixtiyarına buraxılıb.
Tələbələr əvvəlcə
şairin şeirlərini
əzbər söyləyiblər,
sonra suallarını
ünvanlayıblar. Onların arasında
öz şeirlərini
oxuyanlar da olub. Şair həmin şeirlər
haqqında fikirlərini
söyləyib.
Heca və sərbəst şeirin bugünkü vəziyyəti,
“qafiyə sindromu”, modernizm və postmodernizm məsələləri
tələbələri ən
çox düşündürən
suallar kimi diqqəti çəkib.
Bununla bağlı şairin fikri tələbələrin
ürəyincə olub:
“Nədən yazırsansa
yaz, amma gözəl yaz”.
Tədbirin sonunda Q.Nəcəfzadə
yeni şeirlərini oxuyub və “Adı Qəşəm” şeirlər kitabını
tələbələrə hədiyyə edib.
M.ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 30 aprel.- S.13