Ulduzun aprel sayı

 

 

BugünlərdəUlduzjurnalının aprel sayı işıq üzü görüb. Jurnalın budəfəki eksperti Telli Pənahqızıdır.

 

Yaz yazısıadlı ekspert rəyində T.Pənahqızı jurnaldakı müsbət dəyişikliyi vurğulayıb: “Ondan başlayım ki, jurnalın siması xeyli dəyişib, özü sima deyəndə təkcə onun bədii tərtibatını nəzərdə tutmuram, imza müxtəlifliyi, mövzu genişliyi, özünü ifadə sərbəstliyi, yaradıcılıq manerasındakı çoxçalarlılıq, təbii ki, müasir oxucu üçün çox önəmlidir”.

 

Ekspert rəyini Ulucay AkifinÖzüylə söhbəti şeirləri izləyir.

 

Tribuna”da Vaqif YusifliGənc şairlər, sözüm sizədirdeyərək, müasir poeziyamızdan söz açır.

 

Şeir vaxtı”nda Vasif Zöhraboğlu Qələndər Xaçınçaylıya yer verilib.

 

Debüt”də Cahandar Aybər, Məhəmməd Turanın şeirləri Cahanxanım SeyidzadəninMüasir Türk ədəbiyyatında Əlif Şəfəqyazısı var.

 

Ziyadxan ƏliyevDünyaya gerçək baxışın poetikasıyazısında gənc rəssam Xaqan Bayramovun yaradıcılığından danışır.

 

Ovqat”da Hicran HüseynovanınMənim şeirim ağ-qarayazısı təqdim olunub.

 

Tərcümə saatı”nda Ayişə Nəbinin çevirdiyi Edqar Allan PonunOğurlanmış məktubhekayəsi verilib.

 

Bölgələrdən nasirlərrubrikasında Fərqanənin təqdimatında Afayət Afiq, Taleh Mansur, Vüsal Qasımov Cəlil Cavanşirin yaradıcılığı tanıdılır.

 

Nasir Əhmədli “Elman Tovuzun söz dünyası”ndan bəhs edir.

 

Trio”da Elvira Məmmədovanın nağılları, “Nəsr”də İlqar AtabəylininQəlpəhekayəsi təqdim olunub.

 

Professor Buludxan Xəlilov Nobel mükafatçısı İvan Buninin həyat yaradıcılığından yazıb.

 

Jurnalın bu sayında Fərid Hüseyninİsa Məsihin son ünvanı, Varavvanın sığınacağı - çarmıx”, Mina Rəşidinİydə çiçəyi kimiyazıları, şəhid Ülvi Bünyadzadənin 1988-ci ildə tərcümə etdiyi L.AveryanovunNecə məşhurlaşmaq olarhekayəsi verilib.

 

Qısa fikirlər xəzinəsiPəri Mirəliyevanın tərcümə etdiyi Pablo Pikasso, Pol Sezan Salvador Dalinin deyimlərindən ibarətdir.

 

Dərgidə kitablayihəsinin qonağı Elmin Nuridir.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 30 aprel.- S.13