Aşağı büdcə,
blokbastersayağı ekran...
Dünya kinematoqrafiyası məzmunu,
dramaturji strukturu, personajlarının protoqanistliyi
və antoqonistliyi, stilistik həlli, plastikasına görə iki qismə ayrılır.
Ötən əsrin 50-ci illərində
meydana gələn kütləvi mədəniyyət
sonralar mainstream olaraq adlandırılmağa başladı
ki, bu da
Hollivudla Avropa kinosu arasında ziddiyyətlərin meydana çıxması ilə
nəticələndi. Avropa kinosu
ekrandakı hərəkəti
daha çox metafora və rəmzlər sistemi ilə göstərməyə
çalışır, ən
sadə mövzunu belə beynin düşünmə imkanlarına
cəlb edərək,
ekzistensializmin təminatçısına
çevrilir. Görkəmli kino nəzəriyyəçisi
Andre Bazen yazırdı
ki, kinoda rəmzlərin meydana çıxması səssiz
kinonun imkansızlığından
necəsə yaxa qurtarmaq tələbindən
irəli gəlirdi".
Səsli
kinonun meydana gəlməsi isə -
1927-ci ildə çəkilmiş
ilk səsli film "Caz
müğənnisi" adlanırdı
- həm müəllif,
həm də kütləvi mədəniyyət
üçün nəzərdə
tutulmuş filmlərin
qarşısında geniş
imkanlar açdı.
Obyektiv gerçəkliyin bərqərarı,
həqiqilik prinsipinə
tamaşaçını inandırmaq
cəhdi, dünya kinosunun yeni mərhələyə qədəm
qoymasına işarə
idi. Səsli kino hətta
horror, mistika, fantastika
janrlarında lentə
alınan filmlərdə
cərəyan edən
hadisələrə belə
inandırmaq bacarığının
möhkəmlənməsinə xidmət edir. Lakin bu məsələnin bir tərəfidir. Digər tərəfdən eksperimental
filmlərdə olduğu
kimi meynstrimdə də filmin hansı büdcə ilə çəkiləcəyi
sual doğurur. Müəllif kinosunda büdcə
anlayışı bir
o qədərdə əhəmiyyət
daşımır, vacib
olan ideyanın ekranda əks etdirilməsidir. Avtomobil ötüşmələri,
kaskadyor tryukları, güclü partlayışlar,
qan, əcaib varlıqlara çevilmə,
və digər xüsusi effektlər meynstrimin bəlkə də ən aşağı qatında
formalaşsa da, bunları heç də təkcə Hollivud kinosu blokbasterlərinə aid etmək
düzgün olmazdı.
Yüksək büdcə,
tanınmış aktyorların
iştirakı ilə
çəkilən filmlər
1975-ci ildən etibarən
Amerika Birləşmiş
Ştatlarında blokbaster
adını qazandı
(Stiven Spilberqin həmin il
ekranlara vəsiqə qazanan "Çənələr"
oyun filmindən sonra).
Amma sadaladığımız
xüsusi effektlər heç də yalnız blokbasterlərin istehsalat üsuluna aid deyil. Əslən İran
mənşəli olan
amerikalı kinorejissor,
prodüser və aktyor Toni Zarindast "Los-Ancelos Times" qəzetinin
08 avqust 1999-cu il tarixli sayında dərc edilən "The
Last (Low-Budget) Action Hero" başlıqlı
müsahibəsində qeyd
edir: "Zorakılıq
təbliğ edən boeviklərin ölkənin hüdudlarından
kənarda satılması
heç də problem deyil".
Toni Zarindast ABŞ-da, Norvalkdakı Kolleci əla qiymətlərlə
bitirdikdən sonra Con Yanq, Stenli Kremer və Martin Skorsezenin rəhbərliyi altında
kinorejissorluq ixtisası
üzrə təhsil alır. Buraxılış işi kimi
"Orion Pictures" tərəfindən istehsal edilən "Aleksi öldür, öldür!" filmi oldu. Universiteti bitirdikdən və magistr dərəcəsinə
sahib olduqdan sonra Toni bir neçə il ərzində
Hollivudda montajçı
kimi çalışmağa
başlayır. MGM studiyalarının nəzdində
özünün şəxsi
film şirkətini açan
Toni tezliklə "Qəfəsdə
kipişik" filminə
imza atır. Film 1979-cu ildə Misirdə keçirilən
Qahirə Beynəlxalq
Film Festivalının mükafatını
qazanır. "Qəfəsdəki pişik"
yarımistik, yarı gerçək yanaşma üzərində bərqərar
olan oyun filmi kimi yüksək
kassa gəlirlərinə
sahib olmuşdu."Hollivud
əhvalatı" adı
altında 1991-ci ildə
Moskva Beynəlxalq Film
Festivalında təqdim
olunan film, 1991-ci ildə
Festivalın Fəxri Diplomu ilə təltif edilir.
Ümumiyyətlə, Zarindastı Hollivuda gətirib çıxaran əsas səbəb, onun hələ uşaq vaxtlarından Hollivud filmləri və televiziya şoularını mütəmadi
olaraq izləməsi idi. Hələ uşaq yaşlarından
asudə vaxtını
İranın kiçik
bir güşəsində
Hollivudun saysız-hesabsız
məhsullarını seyr
etməklə keçirən
Zarindastın ən böyük arzusu məşhur dünya ulduzlarının iştirakı
ilə ekran əsərinə quruluş
vermək idi. 1980-ci ildə Zarindast
yaxın Şərqdə
neft aşkar etmiş iki texaslının əhvalatından
bəhs edən "Silahlar və qəzəb" oyun filminə quruluş verir. Bu artıq
Şərqdən Qərbə
köç edərək,
Şərqə Qərbli
gözü ilə baxan Şərqlinin düşüncəsi idi.
Əslində "Şərqdə neft və qan"
fəlsəfəsini ekranda
yeni çalarları ilə təqdim edən Zarindast, batal səhnələrlə
zəngin olan ekran işini heç də böyük olmayan büdcə ilə ərsəyə gətirmişdi.
Filmdə baş rolun
ifaçısı, Amerika
Televiziya Şəbəkəsində
məşhur olan
"Yerinə yetirilməmiş
missiya" şousunun
qəhrəmanı Piter
Qrevysidi. Sonralar
Toni bu barədə yazırdı: "Piter Qreyvz mənə əlçatmaz idi. Mən onu Kameron Mitçel,
Mayk Ansar və Albert Salmi ilə birlikdə Qahirəyə gətirdim.
Onlar əfsanədir. Filmin təqdimatı
Texasda baş tutdu və gözəl
rəylər aldıq".
Zarindastın 1996-cı ildə lentə aldığı "Çevrilmə" (Werewolf) hororoyun filmi cəmi 350.000 dollara başa gəlmişdi. Mistik ekran əsəri təkcə bir il ərzində Amerika Birləşmiş Ştatlarında 1,5 milyon dollar kassa gəliri toplamış, ölkənin hüdudlarından kənarda isə gəlirlər 1 milyon dollar təşkil etmişdi. Zarindast "Los-Ancelos Times" qəzetinin 08 avqust 1999-cu il tarixli sayında dərc edilən "The Last (Low-Budget) Action Hero" başlıqlı müsahibəsində filmin məşhurluğu barədə qürurla qeyd etmişdi: "Bu film bütün dünyaya satılmışdı".
Zarindast az büdcəli filmlərinin uğurunu bir sıra amillərdə görür. "Senzuranın sərt qanunlarına baxmayaraq, iri Hollivud studiyaları yüksək rəqabətə malik əcnəbi ölkələrdə müstəqil kinematoqrafçılar öz kəşf üsullarının və sağlam işgüzar düşüncəsini işə salmalı və bununla da bu- günki, kino bazarında dayanış gətirməlidirlər". Zarindastın filmləri nəhəng Amerika kino şəbəkəsinin tərkib hissəsi kimi həm kinoteatr nümayişi, həm video kasset satışı, həm də əcnəbi ölkələrdə nümayişdən 2,3 milyard dollar toplamağa nail olmuşdu. Zarindastın təklif etdiyi "Aşağı büdcə ilə yüksək gəlir əldə et!" prinsipi özünü doğrultsa da, onun ərsəyə gətirdiyi filmlərin meynstrimə aid olması, müəllif-eksperimental filmlərin bir mənalı şəkildə bundan uzaq olduğunu sübuta yetirir. Meynstrim hər kəsin anladığı dildə danışır, meynstrimdə düşünməyə ehtiyac yoxdur, ekran tamaşaçının əvəzinə düşünür. Müəllif kinosu isə cəbr-həndəsə sistemi kimi mürəkkəb və düşündürücüdür. Ekran burada bütün məsuliyyəti tamaşaçının ixtiyarına buraxır. Tamaşaçı isə təsvirin tələb etdiyi dəqiq mənanı axtarıb tapmalıdır. Bu gün filmləri aktual olmasa belə, Toni Zarindast sübut etdi ki, elə meynstrim - kütləvi mədəniyyətində də əsas büdcənin yüksək olmasında deyil, məzmunun sosial sifarişi yerinə yetirməsi funksiyasından irəli gəlir.
Kamran QASIMOV
ADMİU-nun Kinoşünaslıq kafedrasının müəllimi
525-ci qəzet.-
2016.- 3 may.- S.8