Diqqət: şərh verilmir!
YAXUD "NO COMMENT"İ
ŞƏRHETMƏ CƏHDİ
Tamaşanın başlanma işarəsi veriləndə foyedə divardan asılmış rəsmlərə baxırdım.
Zala girəndə duruxdum, səhnə yox idi, səhnəni əvəz edən boş meydançada 3 süni gülüşlü
adam hamıya
baş əyir, qondarma təbəssümüylə
gülürdü. Adamlardan biri
də mənə baş əyib yalançı təbəssümünü
üzümə yapışdırdı.
Birtəhər üzümə təbəssüm
verməyə çalışaraq
nəyə uğradığımı
bilmədən, çaşmış
halda boş gördüyüm ilk yerdə
əyləşdim. Zal da çox kiçik idi, sonradan öyrənəcəkdim
ki, cəmi 40 tamaşaçı tutur.
İşıqlar söndü və
tamaşa başladı.
Başdan-ayağa ağ geyinib tənzif maska taxmış adam bayaqdan təzim edib yalandan gülümsəyən
adamların bir-bir düymələrini burdu.
Daha onlar da bizim kimi
idilər - quru, qaşqabaqlı və donuq...
Bir saatdan artıq davam edən tamaşada çığırtı
və qəhqəhədən
başqa səs yox idi, aktyorlar
susmaqda israrlı idilər, tez-tez sönən səhnə işıqları, dəyişən
səhnələr elə
tamaşaçıları da nəfəslərini içinə çəkməyə
məcbur etmişdi...
Mayın
ilk günü Azərbaycan Dövlət
Pantomima Teatrında
"No comment" tamaşası idi. İlk dəfə pantomima
tamaşasına baxdığımdan
məndə bir qədər qarışıq
və magik bir fikir oyatdı.
Tamaşada, teatrın aurasında
qəribə, sehrli harmoniya vardı. Sanki bu dəqiqə
nələrsə baş
verəcək, hər
şey kökündən
dəyişəcəkdi. Amma dəqiqələr ötür,
tamaşa öz axarında davam edirdi. Yer kürəsi də
hələ məhvərindən
qopmamışdı. Zalda "Tatar çölü" ab-havası
hökm sürürdü.
Bəhruz
Vaqifoğlunun quruluşunda
səhnələşdirilən "No
comment" adı kimi
özü də şərhə yer buraxmayan tamaşadır. İnsanların beyninin yuyularaq, zombiləşdirilməsi,
məcburi, mühitin təsirilə istəmədiyi
həyatı yaşayan
adamlar, əsrlər keçsə də insan irqinin dəyişməz
zalımlığı, narkotik
və alkoqolun dəhşətləri, müharibələr...
lll
Aktyor heyəti
də öz işinin öhdəsindən
bacarıqla gəldi, xüsusən, Nuridə Musabəyli, Bəhruz Vaqifoğlu, Cavad Nuriyevin oyunu diqqət çəkirdi.
Tamaşadan sonra təəssüratlarımızı
bölüşmək üçün
teatrın direktoru, Xalq artisti Bəxtiyar
Xanızadə ilə
söhbətləşdik. Rejissor bir qədər yorğun görünürdü,
deyəsən, təkcə
işi yox, illər də yorub onu...
- Teatrın tarixi barəsində, bilirsən,
nə qədər danışmışam? 22 ildir, danışıram.
Teatrımız 1994-cü il mayın 16-da yaranıb. Həmin vaxt Həsənağa
Turabovun rəhbərliyi
ilə Azərbaycanda
ilk pantomim festivalı
keçirilirdi. Təşkilatçı isə mən idim. Elə o vaxtdan davam
etdik.
- Komanda neçə aktyordan ibarətdir?
- 11 aktyor var, üstəlik,
yerimiz də kiçikdir.
- Tamaşa bitəndə kulisi soruşdum. Dedilər ki, bizdə kulis yoxdur.
- Hə, bəzi problemlərimiz var, amma kimdə yoxdur ki (gülür)...
Tamaşaya gəlincə, adı
"Şərhsiz"dirsə, nə şərh verim?! Hər adam nəsə
tapa bilər. Mənim şərhim artıq subyektivdi. Üstəlik, şərhsiz olmaqdan
çıxır. Şərhsiz odur ki, nə
görə bilirsən,
onu da görürsən.
Məsələn, səndə hansısa
münasibət formalaşmadı?
- Müəyyən münasibət formalaşdı, əlbəttə... Teatrdan filmə daha yaxınam, daha çox araşdırmışam. Filmdə obyektiv və subyektiv kamera anlayışı var, bildiyiniz kimi. Film kimi götürsək, rejissorun baxışı obyektiv kamera hesab olunur. Yəni obyektiv kamera olaraq rəy almaq istəyirəm. İstənilən halda aktyorun da rəyi, oyunu subyektiv kameradı. Tamaşaçı kimi mənim də baxışım subyektiv olacaq.
- Belə deyək, tamaşa var ki, rejissor öz fikrini şərh edir. Düzdür, istər-istəməz rejissor baxışı hər tamaşa və ya filmdə var. Sadəcə olaraq bəzi situasiyalarda onun finalını rejissor yozmur. Misal üçün sənə stul göstərir, onun təzəsini də göstərir, köhnəsini də, amma ondan nə anlamalı olduğunu demir. Eyni stulun köhnəsi, yaxud təzəsi səni haralara aparırsa, artıq o aparır, rejissor deyil. O, sadəcə bir stulun keçmişini və indisini göstərir. Nə şərh verəcəyin səndən asılıdır.
- Bir məsələ də var, düzdür, zamanı, ümumiyyətlə, tələsdirmək mümkün deyil. Amma insanın maksimum zamanı 100 ildir. Ona görə də tələsməyə məcburdur.
- Məsələni bu cür nəticələndirək. O nə cür istəyirsə, elə də olacaq. Sadəcə olaraq, sən də hərəkət etməlisən. Ona görə mən də öz işimlə məşğulam...
Teatrın aktyoru Cavad Nuriyev də fikirlərini bizimlə bölüşdü:
- Pantomima Teatrına gələndə bəzi məsələlər mənimçün darıxdırıcı idi, çox şeyi başa düşmürdüm. Amma indi həyatda öz yerimi tapdığım qənaətindəyəm. Bir neçə tamaşada mən də oynayıram, biri də elə "No comment"dir, insan həyatından bəhs edir. İnsanların istəmədiyi yerlərdə olduqları, zombiləşməsi kimi məsələlər tamaşada əks olunub. Mənim üçün burada işləmək çox xoşdur. Pantomima Teatrı doğma evimdir.
Cavid QƏDİR
525-ci qəzet.-
2016.- 3 may.- S.7.