“Azərbaycan”
qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
qarşısında
I cild (noyabr 1918 - aprel 1920)
(Əvvəli ötən şənbə
sayımızda)
Azərbaycan Məclisi-Məbusanında 8-ci iclas
(keçən
nömrədən mabəd)
Qanun layihələrinin
müzakirəsindən sonra növbətdə parlaman baş
katibinə iki müavin seçmək məsələsidir.
Katib müavinləri
Sədr təklif ediyor baş katibə müavinlər seçilsin.
“Müsavat” nümayəndəsi
təklif ediyor ki, müavinlərin
biri “Əhrar” fraksiyasından, digəri də azlıqda qalan
millətlər fraksiyasından olsun.
Koxman - Azlıqda
qalan millətlər fraksiyonu tərəfindən
bəyan ediyor ki, onlar namizəd verməkdən imtina ediyorlar.
Vinoqradov - Bəyan ediyor ki, slav-rus
nümayəndələri də müavin katibliyə namizəd
göstərmiyəcəklərdir.
Məhəmməd Əmin - O halda bitərəflərdən
olsun.
Bitərəflər dəxi namizəd vermiyor.
Şəfi bəy - O biri firqələr namizəd göstərmək
istəməzsələr biz “Müsavat”dan göstərəriz.
Nəticədə “Əhrar” fraksiyonundan Bayram Niyazi Kiçikxanov və “Müsavat”dan
Hacınski Mehdi bəy əfəndilərin namizədligi
qonularaq əksəriyyəti-ara ilə məzkur iki zat baş
katibə müavin seçiliyorlar.
Komissiyaların təkmili
Bundan sonra sədr bəyan ediyor ki,
komisyon əzalarından bəziləri nazir, digərləri
heyəti-mürəxxəsə təyin edildiklərindən,
bəziləri məzuniyyətə getdiklərindən məzkur
əzaların yerinə yeni adamlar göndərərək
komisyonları təkmil etmək lazımdır. Binaənileyh xahiş olunur
firqələr yeni namizədlər göstərsinlər (Sədr
hankı komisyondan kimlərin getdiklərini elan ediyor, Məclis
yeni namizədlər göstəriyor).
Məclisi-Məbusan mühafizəsi
Növbədə Məclisi-Məbusan mühafizəsi
üçün qvardiya təşkili məsələsidir.
Məhəmməd Əmin Rəsulzadə
- Həzərat! Biliyorsunuz ki, Məclisi-Məbusanın mühafizəsi
məsələsinin həlli lazımdır. Bizə bir
qüvvə lazımdır ki, iclas günləri hətta sair
vəqtlərdə Məclisi-Məbusan binasını
mühafizə etsin. Hazırda şəhərimizdə polis nəfəratı
var, şəhərin asayişini gözlüyor. Fəqət
bunlardan bir dəstə ayıraraq Məclisi-Məbusan qaravulu
təyin etmək mümkün degildir. Zira böylə olsa
şəhər mühafizəsi zəifləşir.
Binaənileyh biz başqa bir çarəyə
təvəssül etməliyiz, bilxassə ki, ümumiyyətlə
parlamanların ixtiyarı var kəndi mühafizələri
üçün xüsusi dəstə təsis və təşkil
etsinlər.
Bizə də lazımdır böylə bir bölük təşkil
edək. Bu surətlə təşkil olunan mühafizə
bölügü Məclisi-Məbusana tabe oluyor. Və həmişə
parlamanı mühafizə ediyor. Onun məxarici də parlaman
öhdəsinə oluyor. Bu bölük Məclisi-Məbusan
mühafizəsilə bərabər ümumi asayişi də
düşünməlidir. Zikr olunan işlərə baxmaq
üçün hər parlamanda bir müdafiə komisyonu təşkil
olunur ki, mühafizə bölügünü tənzim ediyor və
bu məsələyə aid işlərə baxıyor. Bunun
üçün ayrıca bir qanun layihəsi lazım
görülməyərək ancaq təklif ediriz 5 nəfərlik
bir müdafiə komisyonu seçilsin.
Sədr - Namizədlər göstərilməsini
təlif ediyor.
Bitərəflər namindən Əbuzər bəy Rzayev
böylə bir siyahı göstəriyor:
Musa bəy Rəfiyev (“Müsavat”), Cəmo bəy Hacınski
(Sosialist), Qara bəy Qarabəyli (“İttihad”), Aslan bəy Qardaşov
(“Əhrar”) və Xosrov bəy Sultanov (Bitərəf).
Təklif və siyahı ittifaqi-ara ilə qəbul olunaraq Divani-Rəyasətə
tapşırılıyor ki, mühafizə bölügü təşkili
üçün smeta hazırlayaraq parlamana təqdim etsin.
Kredit
Lavazim komissiyası
sədri C.Hacınski
parlaman binasında təmirat işləri üçün 50
min manat avans buraxılmasını təklif ediyor.
Təklif qəbul olunur.
Şəki yolları həqqində
“Əhrar” fraksiyası
tərəfindən yollar
naziri naminə Şəki-Zaqatala ətrafındakı yollar həqqində
verilmiş bir sorğuyu katib oxuyur.
Abdulla bəy Əfəndiyev və Kiçikxanov sorğuyu müdafiə edərək
birər nitq söylüyor, ümumiyyətlə, hər məmləkət
üçün yolların əhəmiyyətini göstərərək
məhsul nöqteyi-nəzərindən Azərbaycanın
ikinci Bakısı hesab etdiyi Şəki və Zaqatala
yollarının qayət fəna olduğunu qeydlə diyorlar
ki, orada neçə ildir ki, yollar təmir edilmiyor. Kəndlilər
böyük xəsarətə düçar oluyorlar,
milyonlarca pud meyvə yolsuzluqdan xarab olub
çürüyür, əhali isə bundan böyük zərərlər
çəkiyor. Halbuki məsələn, Zaqataladan Gəncəyə
gedən qısa bir yol təmir edilərsə, meyvələr
bazara gətirilərək satılar. Bu yolu təmir etmək
hökumət xəzinəsinə də güc olmaz.
Çünki Gürcüstana göndərilən mallardan
alınmış 200 min manat gömrük bu məqsədə
sərf edilə bilər.
Məlikaslanov - Sorğuya hökumət
tərəfindən təriq və məabir naziri Xudadad bəy
Məlikaslanov həzrətləri cavab verərək bəyan
ediyorlar ki:
Adətən yollara iki nöqteyi-nəzərdən baxılar:
sövqülceyş və ticarət nəzərindən,
birinci yollar həmişə hökumət xərcilə təmir
edilir, ikinci isə zemski xərcdən. Azərbaycan
yollarının həpsi bu vəqtədək (15 versti müstəsna
olmaq üzrə) canişinlik vasitəsilə Zemstvo xərcinə
təmir edilərdi və bu yollara əhəmiyyət verilməzdi.
Şimdi məzkur yollar Azərbaycan hökumətinə
keçdikdə işlər dəgişmişdir. Bən
özüm bu xüsusda hökumətə bir qanun layihəsi
vermişəm.
Bu günlərdə hökumətdə
qəbul və parlamana idxal ediləcəkdir. Məzkur qanuna görə
yolların həpsi təriq və məabir nəzarəti idarəsinə
keçəcək və xəzinə xərcilə təmir
ediləcəklərdir.
Ümuri-xeyriyyə nazirinin məktubu
Bundan sonra katib ümuri-xeyriyyə nəzarətindən
varid olmuş bir məktubu oxuyor. (Məktub ruscadır).
M.Ə.Rəsulzadə - (yerindən) O
nədir bən anlamıyoram. Nə üçün
yabancı dildədir.
Səslər - Qaytarın, öz
dilimizdə yazsınlar.
Əsas etibarilə kağızın
geri qaytarılması qərarlaşdırılmaqla
bərabər məktubun məzmununa əməl olunur və Zəngəzur
qaçqınlarının əsəfəngiz bir halda
olduqları nəzərə alınaraq qərar veriliyor ki, məbus
Klinovskinin qaçqın işlərinə baxmaq
üçün göndərilməsinə etiraz edilməsin. Amma bu iş
üçün bir də ayrı bir məbus göndərilməyərək
nəzarətə tapşırılsın ki, lazım olsa
oraya başqa bir təbib də göndərsin.
Bitərflər deklarasiyası
Axırda
Yusif Əhmədov -
növbədən xaric səs alaraq bir müqəddimədən
sonra bitərəflər fraksiyonu tərəfindən zeyldəki
deklarasyonu oxuyur:
Keçirdigimiz ağır tarixi bir zamanda bizim siyasi və ictimai həyatımızda
Azərbaycanın istiqlaliyyəti və bu istiqlaliyyəti
mühafizə etmək ən əsaslı bir məsələlərdən
olsun gərək. Bu məsələyi layiqincə ifa üçün məmləkətin
daxilində və xaricində cəmaətin etibarını
qazanan hökumət olacağı aşikardır. Bu hökumət
kəndi fəaliyyətində istiqlaliyyətə və məarifi-mədəniyyətə
çıxmağa çalışan məmləkət
parlamanındakı bitərəf nümayəndələri dəstəsinə
dayaqlanmalıdır. Fikrimizcə bunlar cəmiyyətimizin ən
səlahiyyətli və məmləkət əfkarını
düzgün əksəndaz edici bir dəstədir. Bundan
dolayı parlamanda hazır olan bitərəf üzvlər
xüsusi bir dəstə təşkil edərək Azərbaycanın
istiqlaliyyətini hər növlə müdafiə və istər
daxildən və istərsə xaricdən üzərinə gələn
qara qüvvələrdən mühafizə edəcəkdir.
Bununla böylə bitərəflər dəstəsi
aşağıdakı məqsədləri təqib edəcəkdir:
1. Tez bir
zamanda istiqlaliyyətimizi müdafiə edə biləcək
qüvvətli ordu təşkil edilsin.
2.
Dörd quyruqlu üsul ilə seçilmiş qanunverici bir
palata ilə təşkil ediləcək parlamentolu və
demokratik cümhuriyyənin xəlq hakimiyyəti əsasilə
möhkəmləşməsinə var qüvvəsilə
çalışacaqdır.
3. Hər
növ zəhmətin mühafizəsi və
yaxşılaşması üçün bütün yerlərin,
hətta xüsusi əmlakın dəxi kəndlilər
arasında təqsim edilməsi üçün məmləkətimiz
həyatında ictimai təğərrüatın geniş surətdə
tətbiq edilməsini tələb edəcəkdir.
4. Məmləkətimizdə Rusiya inqilabi-kəbirinin
qazancları (hürriyyət, mətbuat, kəlam, ittifaq və
qeyrə) həyata tətbiq edilməlidir.
5. Vergilər
füqəra sinfi öhdəsindən götürülüb
sərvətdarlar boynuna atmalıdır.
6.
Qonşu millətlər ilə sülh və müsalimətlə
yaşamalı.
7.
Hökumət və ictimai həyatın hər bir dairələrində
əqəliyyət təşkil edən millətlərin
hüququ təmin edilməlidir.
8. Tez bir
zamanda Məclisi-Müəssisan çağırmalı.
Həmin bitərəflər dəstəsi
məzkur əsasları həyata tətbiq
etdikdə keçirdigimiz zamanın şəraitini nəzərə
alıb, əhalinin bir və ya digər dəstəsi və
sinfi degil, bəlkə ümum cəmaətin mənafeyini
gözləyəcəkdir. Biz anlıyoruz ki, ümumi bəşəriyyət
amalına yetmək üçün cəmaət nifaqla degil,
bəlkə bütün yaradıcı qüvvələri
birləşib millətin parlaq bir surətdə nəşvü-nüma
tapmasına səbəb olmalıdır.
“Azərbaycan”, 20 yanvar 1919,
¹92
Təriq
- yol
Məabir
- keçidlər
Sövqülceyş
- hərbi yol
Təğərrüat
- dəyişmə
Azərbaycan Məclisi-Məbusanında 9-cu iclas
Şənbə günü qanuni-saninin
25-i saat 12-də Məclisi-Məbusanın iclası təyin
edilmişdi.
Ancaq bir saatdan ziyadə təxirlə açıldı:
növbədəki məsələlər:
1- Hökumət ixtiyarına
20 milyon manat kredit buraxılması həqqində qanun layihəsi.
2- Gəncə bələdiyyə
idarəsinə 450 min manat faizsiz borc verilməsi.
3- Bakı bələdiyyə
idarəsinə 2 milyon 300 min manat borc
verilməsi.
4- Ədəmi-ictima qanun layihəsi.
5- Məsai nəzarəti təşkilatı.
6- Ticarət və sair müəssisələr vəkalətnamələrinin
təcdidi məsələsi.
7- İttihad fraksiyonunun neft, bez və qeyri şeylər ehtikarı həqqində
sorğusu.
8- Bakı və Şəki qəzaları ilə yəhudi və
ukraynalıların məbusluq yeri istəmələri həqqində.
9- Daxil olmuş kağızlar.
10- Məsai nəzarətinə
istizah.
11- Dağıstan Cümhuriyyəti
parlamanının güşadı
münasibətilə təbrik teleqrafı göndərilməsi.
12- Məbus Bağır
Rzayevin yerinə İbrahim Əliyevin namizədliyi.
20 milyon təxsis
Ruznameyi-müzakirat qəbul edildikdən
sonra hökumətə 20 milyon manat kredit
buraxılması həqqindəki məsələyə
keçərək katib əfəndi idxal edilmiş olan zeyldəki
qanun layihəsini oxuyur:
İzahnamə
Hökumət binagüzarlığına
20.000.000 rubləlik kredit açılmaq
xüsusunda qanun layihəsi
Keçirməkdə olduğumuz əhvali-fövqəladə
zeyldə mühərrər qanun layihəsinin
natiq bulunduğu fondun təsisini tələb ediyor. Əsasən fonda məhsubən
ediləcək məsarifin smetaya idxalı icab etdigi halda
lüzumi sırasilə, yəni müəssisələr
açıldıqca müsərrəhən təyin ediləcəgindən
məzbur məsarif birdəfəlik, müntəzəm tərtib
edilmiş müəssisələr smetasına düşməməklə
bərabər heç bir vəchlə gecikdirilməyəcək
bir mahiyyətdədir.
Hal-hazırda gərək
mərkəzi, gərək
məhəlli müəssisələrin bir çoxu ya yenidən
yapılmaq, yaxud kökündən dəgişmək dövrəsində
bulunduğu üçün məzkur müəssisələrin
smeta layihələri də hənuz qüvveyi-təşriyyə
təsdiqinə məzhər olmadıqlarından aid
bulunduqları dairəyi-səlahdidinə təqdim
olunmamışdır.
Məəmafiə çox vəqt təxiri əsla mümkün olmayan məsarif
mütəaqibən zühur etməkdə və layənhəl
buraxmaları da qeyri-qabil bulunmaqdadır. Ələləksər bu
kibi dövlət üçün zəruri bulunan məsarif
bir gün belə olsun təxir ediləməzlər. Halbuki
onları qüvvəyi-təşriyyədən keçirmək
pək çox zəmanə mütəvəqqif olduğundan
dövlət mənafeyinə son dərəcə suyi-təsir
göstərə bilər.
Sərd olunan mülahizələrə
məbni Heyəti-vükəla bərvəchizir
qanun layihəsini Azərbaycan Məclisi-Məbusanı səvabdidinə
təqdim etməyi təhti-qərarə aldı.
1- 1919 sənəsində vaqe
olacaq və şimdidən təyini qeyri-qabil olmaqla bərabər,
müstəcəl bulunan və gələcəkdə smetaya
idxal ediləcək olan məsarif üçün Azərbaycan
hökumətinin binagüzarlığına 20 milyon
(20.000.000) rubləlik kredit açılsın.
2- Fövqüzzikr kreditdən
olunacaq məsarif hər dəfə Heyəti-vükəla
qərarilə ifa edilsin.
Rəisi-Vükəla: Fətəli xan Xoyski
Maliyyə naziri
Layihə maddəbəmaddə müzakirə
edilməgə başlıyor.
Birinci maddə
oxunuyor.
Əhməd Cövdət - Söz
alaraq əsas etibarilə hökumət ixtiyarına kredit
açılmasını həqli görüyor, hər dəqiqə
hər məxaric üçün parlamandan pul istəmək
mümkün olmadığından birdəfəlik hökumət
ixtiyarına bir məbləğ buraxılmasına razı
oluyor. Fəqət
20 milyon manatı çox görərək diyor ki:
Hökumət üçün böylə
bir fond lazımdır. Fəqət bən və zənnimcə
yoldaşlarımın bir çoxu da bu rəydəyik ki, birdən
birə 20 milyon verilməsin, hələlik fövqəladə
məsarif üçün 10 milyon kifayətdir, zənnindəyiz.
İmdi 10 milyon buraxılsın, gələcəkdə
hökumətin fəaliyyətinə gərək nə
lazım olarsa yenə müraciət edər, yenə pul
buraxarıq.
Məhəmməd Əmin Rəsulzadə -
Kredit açılması məsələsinə əsas
etibarilə Əhməd bəy də etiraz etmiyor. Fəqət onun çoxluq-azlığından
bəhs ediyor. Yalnız burası var ki, hökumətin
ehtiyacını onun fəaliyyəti ilə əlaqədar
tutmaq istiyorlar. Amma bəncə hökumətin
ehtiyacını büdcə ilə əlaqədar tutub,
milyonlar ilə ölçmək olmaz. Hökumətə
etimad və etibar bəyan edilmişdir. Böylə isə təxsisat
məsələsini onun fəaliyyətilə əlaqədar
tutmaq müvafiq degildir. Biz anlıyoruz ki, hökumətin bir
aylıq fövqəladə məsarifi 10 milyondan fəzlə
olmaz. Fəqət milyonun mahiyyəti nədir? Əski qiymətlə
götürülərsə, 20 milyon manat 200 min manat
hökmündədir. Bu isə hökumət üçün
çox degildir. Bilxassə bir ayadək hökumətin
smetası hazır olacaqdır, o vəqt təxsisat dəxi
smeta üzərinə olar. Amma imdilik 20 milyon çox degildir.
Həm də bu məsələyi hökumətin fəaliyyəti
ilə əlaqədar tutmayı bən münasib
görmüyoram.
Sədr - Hər iki təklifi səsə
qoyur. Əksəriyyəti-ara
ilə 20 milyon buraxılması həqqindəki təklif qəbul
olunur.
Sonra qanun layihəsi maddəbəmaddə
oxunaraq ittihadi-ara ilə
qəbula keçiyor.
(Ardı var)
525-ci qəzet.- 2016.-
13 avqust.- S.21.