98 il əvvəlin
odlu-atəşli avqust günləri
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR
(Əvvəli ötən sayımızda)
Qafqaz İslam Ordusu iki qrupa bölünərək
düşmənə qarşı
mübarizə aparırdı:
Cənub qrupu və Şimal qrupu.
Cənub qrupu ordu birləşmələri
4 avqustda Bakı cəbhəsinə çata
bilmişdi. Puta stansiyasına çata
bilən ordunun piyada və topçu qüvvələri
şimal qrupunun sərəncamına verildi.
Türk ordu birlikləri, başlanılacaq həlledici
hücuma hazırlıq
ilə məşğul
ikən, düşmən
qüvvələri ani
bir həmlə ilə Qurd qapısı
təpəsini ələ
keçirdi. Şərq
Cəbhəsi Komandanlığı,
bütün birliklərə
göndərdiyi əmrdə,
düşmənə, 5 avqust
1918-ci il tarixində sübh saat 4-də, basqın şəklində bir hücum təşkil ediləcəyini bildirdi. Hücum planına görə, əsl qüvvə mərkəzi yenə də cəbhənin sağ cinahında, yəni Bakının aşağısındakı yüksəkliklərin
önündə yerləşən
birliklərdə olacaqdı.
Mürsəl paşa bu bölgənin ərazi strukturunun şəhərdəki
uzun mənzilli toplar ilə gəmilərdəki toplardan
açılan atəşin
təsirini qırdığını
düşünürdü. Türk ordusunun sol cinahının
yerləşdiyi bölgənin
şəhərə daha
uzaq olması səbəbiylə, yüksəkliklərin
keçilməsindən sonra
qarşıdakı düz
ərazinin arxadan bəslənməyi çətinləşdirəcəyini,
eləcə də Mehmetçiyin, düşmən
topçusunun açıq
hədəfi halına
düşəcəyini hesab
edirdi. Düşmən cəbhəsinə ilk həmlə, süngü hücumu şəklində
ediləcəkdi. Cəbhədən yarılaraq geri oturdulan düşmən birləşmələri tamamilə
dağıdıldıqdan sonra,
şəhərə giriləcək
və ehtimal olunan küçə döyüşlərindən sonra,
Bakı ələ keçiriləcəkdi. Əsl hücum
birlikləri şəhərə
girərkən, Bakının
qərbindəki Bayıl
yüksəkliklərinə çıxarılacaq səhra
topu ilə limandakı sərnişin
gəmisi və dənizdəki gəmilərin
qaçmasına fürsət
verilmədən batırılacaqdı.
Şimal qrupu komandanı vəzifəsini qərargah
zabiti Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki
Qurd qapısı təpələrində mövqe
tutmuşdu. Süvari
minbaşı Zehni bəyin komandası altında isə nizami süvari alayı, "Dikaya diviziya"nın süvari bölükləri
və rus əsarətindən qaçan
türklərdən ibarət
bir piyada bölüyü ilə,
9-cu Qafqaz alayı pulemyot bölüyü və Ləzgi alayının bir qismi xidmət edirdi. Zehni bəyin ordu
birləşmələri şimal
qrupunun sol cinahını
təşkil edirdi və Xırdalandan Masazır bölgəsinə
qədər olan geniş bir düzənliyə yayılmışdı.
Sumqayıt məntəqəsinin şimalında
isə 38-ci piyada alayı 11-ci batalyondan bir bölük, bir milis süvari
dəstəsi ilə bir pulemyotçu dəstəsi var idi. Bu birliyin vəzifəsi,
şimaldan qatar
yolu ilə gələ biləcək təhlükənin qarşısını
almaq idi. Cənub qrupu, azərbaycanlı podpolkovnik
Həbib Səlimovun komandanlığı altında
26-cı piyada batalyonundan
bir bölük, Diviziya istehkam bölüyü, bir süvari dəstəsi, iki rus səhra
topu və zirehli qatar
ilə Ələtdə
yerləşmişdi. Bunların vəzifəsi
isə Xəzər dənizindən gələ
biləcək hər hansı təhlükənin
qarşısını almaq
idi.
Birinci Bakı hücumu
Şərq Cəbhəsinə tabe
olan ordu, 5 avqust 1918-ci il,
səhərə yaxın
saat 04:30-da bütün
istiqamətlərdən Bakıya
tərəf irəli hərəkətə başladı.
Türk topçusunun güclü
atəşi ilə müşayiət olunan hücum qarşısında,
birləşmiş düşmən
qüvvələri mövqelərini
qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə
hücumu şiddətləndirən
türk əsgəri qarşısında ingilis,
rus və erməni birləşmiş
qüvvələri Bakıya
doğru addım-addım
geri çəkilməyə
başladılar. Şimal qrupu
Bakının cənub-qərbindəki
Bayıl yüksəkliklərini
ələ keçirərək,
şəhərə daha
da yaxınlaşdı.
Düşmən qüvvələri cəbhənin ortasındakı
koridordan Salxana istiqamətində və arxadakı məzarlığa
doğru qaçmağa
çalışırdılar. Türk topçu atışları
şəhərə zərər
vermək istəmirdi və yalnız əsgər səngərlərini
hədəfə alırdı.
Top səslərini eşidən
rus və ermənilər qorxu və təlaş içində sahildəki
gəmilərə tərəf
qaçırdılar. Bakı limanında
5-6 gəminin şəhərdən
qaçmağa hazırlaşan
insanlarla dolu olduğu görünürdü.
Hücum
xəttinin sol tərəfinə
qarşı irəliləməyə
çalışan düşmən,
geriyə oturduldu.
Xırdalandakı bəzi piyada
və süvarilərin
də geriyə çəkildiyi görünürdü.
Düşmən gəmilərindən
atılan top atəşləri
hücumda olan türk əsgərini dayandıra bilmirdi.
Köməyə gəlmiş ingilis
döyüşçüləri
Qafqaz İslam
Ordusu düşmən
birliklərinin telefon danışıqlarını da
dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə,
türklərin şəhərə
girməsi halında mümkün olan yol və istiqamətlərin
top atəşinə tutulması
kimi tədbirlərdən
söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan
düşmən qüvvələrinin
sol və sağ cəbhələrinin süqut
etmək üzrə olduğu məlum oldu. Buna görə
podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin
qırıldığını və türk əsgərinin şəhərə
girmək ərəfəsində
olduğunu bildirərək,
bu vəziyyətdə
nə edəcəklərini
soruşurdu. Bu və buna bənzər
məlumatları vaxtında
qiymətləndirən Şərq
Cəbhəsi Komandanı
Mürsəl paşa vəziyyəti Nuru paşaya vaxtında çatdırır və
hücumun planlaşdırılan
şəkildə uğurla
davam etdiyini söyləyirdi. Türk ordusu,
Bakının yandırılıb-dağıdılmasını,
xaraba olmasını istəmədiyi üçün,
şəhərin ziyan
vurulmadan alınacağına
olan ümid getdikcə artırdı.
Birinci Bakı
hücumunda erməni,
rus və ingilis birləşmiş qüvvələrindən 2 mindən
çox ölən və yaralanan olmuşdu. Türk ordusunun itkiləri
isə, zabitlərdən
- 9 şəhid, 19 yaralı,
əsgərlərdən -139 şəhid, 444 yaralıdan
ibarət idi. Cəmi 547 piyada tüfəngi, 37 pulemyot yararsız hala düşmüşdü.
Şərq Qrupu Komandanı Xəlil paşa, 31 iyul 1918-ci il tarixində
Batumdan keçərək
Tiflisə getmişdi.
Bakıya birinci hücum
Xəlil paşanın
Tiflisdə olduğu günlərə təsadüf
edirdi. Gürcü qəzetləri hadisəni
"Türklər Bakıya
hücum etdilər, məğlub oldular, geri qaçırlar" kimi ifadələrlə oxuculara çatdırırdılar.
Bu xoşagəlməz xəbərlərdən
narahat olan komandanlıq düşmənin
Xəzər dənizində
olan döyüş gəmilərindən açdığı
atəşi susdurmaq məqsədi ilə dörd ağır top batareyası, hava hücumundan müdafiə
üçün bir dəstə, müxtəlif
çaplı 28 min top mərmisi,
min qutu mauzer tüfəngi mərmisi və rus piyada
tüfəngləri üçün
beş yüz qutu mərmi, telefon və teleqraf rabitəsinin lazımi qaydada yerinə yetirilməsi üçün zəruri
avadanlıqlar və iyirmi hərbi nəqliyyat vasitəsinə
təcili ehtiyac duyulduğunu qeyd edirdi.
5 avqust hücumundan
sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman
edilən bir dəvət məktubu yayıldı.
(Ardı var)
Ramil HİKMƏT
525-ci qəzet.- 2016.- 23 avqust.- S.4.