Londonun ViktoriyaAlbert Muzeyində Azərbaycan əsərləri  

 

 

London şəhərində yerləşən Victoria and Albert Museum - Viktoriya Albert Muzeyi dünyanın ən böyük zəngin muzeylərindən biri hesab olunur.

 

1852-ci ildə yaradılmış 4,5 milyon eksponatı əhatə edən muzey Avropa, Asiya, Şimali Amerika Şimali Afrikaya aid olan nadir nümunələri ilə seçilir. İstər həcmi, istərsə muzey mədəniyyəti, təqdim olunan eksponatları haqqında verdiyi dolğun məlumatlara görə muzey Londonun eyni hissəsində yerləşən Science Museum Natural History Museum muzeyləri arasında özünəməxsusluğu ilə seçilir. Viktoriya Albert Muzeyi ilə tanışlıq dünya mədəniyyətinin nümunələrinin böyük bir qismini yaxından görmək, antik dövrdən müasir zamanımıza qədər çox müxtəlif xalqların yaratdığı əvəzsiz əsərləri öyrənmək, müqayisə etmək deməkdir.

 

Viktoriya Albert Muzeyi Şərqə məxsus eksponatlarının zənginliyi ilə dünya muzeyləri arasında xüsusi yer tutur. İslam dünyası, Şimali Asiya, Çin, Yaponiya Koreyaya aid olan misilsiz sənət nümunələri muzeydə maraqla izlənilən eksponatlardandır.  XV əsr Misirə, Sultan Quteybə dövrünə aid minbər öz əzəməti ilə muzeydə yer almışdır.

 

Azərbaycana aid sənət əsərləri ölkəmizin adı çəkilməsə islam dünyasını əhatə edən nümunələr arasında təqdim edilir. Muzeyin 42-ci salonu olan İslamic Middle East salonunda Türkiyə, İran, Özbəkistan digər islam dünyası nümunələri sərgilənir. Orta əslərdə Misirə aid metallar, Osmanlı İmperiyası dövrünə məxsus İznik keramikaları, XIV əsr Özbəkistana aid müxtəlif sənət inciləri, XIX əsrdən etibarən İrana, eləcə Cənubi Azərbaycana məxsus yağlı boya əsərləri burada özünəməxsus yer tutur. İslam dünyası əsərləri bütövlükdə VII-XX əsrlərə aid nümunələrdir. Səfəvilər dövrü, Qacarlar dövrünə aid olan eksponatlarİran Səfəvilərin hakimiyyəti altında”, “İran Qacarlar sülaləsinin hakimiyyəti altındaqeydləri ilə təqdim olunur.

 

İslamic Middle East bölməsinin ən nadir nümuləri içərisində Ərdəbil xalçası - “Şeyx Səfiçox önəmli yer tutur. 1539-1540-cı illərə aid olan həmin xalça dünyada ən qədim, həcminə görə ən böyük xalçalardan biri, gözəlliyi tarixiliyi ilə çox əhəmiyyətli bir sənət əsəridir. Üzərindəki işləmələr, rəng seçimləri, simvollar muzeyə gələn hər kəsi Ərdəbil xalçasına məftun edir. Muzeyin 2006-cı ildə təşkil olunan Jameel Gallery of Islamic Art - İslam incəsənətinin Cəmil Qalereyasının əhatə etdiyi 400 eksponat arasında Ərdəbil xalçası öz əzəməti əsrarəngizliyi ilə seçilir. Qeyd edim ki, bu qalereya dünyanın ən zəngin ailələrindən biri sayılan, Səudiyyə Ərəbistanından olan Əbdül Lətif Cəmilin xatirəsinə həsr olunmuşdur. Çünki Əbdül Lətif Cəmil islam əsərlərinin təqdim olunduğu salonun təşkilinə görə muzeyə 9,8 milyon dollar ianə vermişdi. Muzeydə Türkiyədən, Təbrizdən, İranın bir sıra bölgələrindən gətirilmiş xalçalar da mövcuddur. Bütün bu sənət əsərlərində zəngin türk islam elementləri işlənmişdir.

 

Viktoriya Albert Muzeyinin eksponatları arasında keramika əsərləri xüsusi yer tutur. Dünya muzeylərinin ən böyük keramika kolleksiyasına məhz bu sənət dünyasında təsadüf olunur. Keramika nümunələrinə görə muzey dünyada rəqib tanımır. Sözügedən eksponatların böyük bir kolleksiyası Ceramic Study Galleries hissəsində yerləşir. Burada Asiya Orta Şərqə, Avropaya aid yüzlərlə keramika nümunələri mövcuddur.

 

İslam Şərqinə aid keramika əsərləri həmçinin muzeyin İslamic Middle East salonunda qoyulmuşdur. Burada bizim üçün ən önəmli olan Səfəvilərə  aid keramika əsərləridir. Təəssüf  ki, həmin eksponatlar Səfəvilər sülaləsi İranın Mavi keramikaları kimi təqdim olunur. 1501-1738-ci ilə aid olan həmin misilsiz sənət nümunələri mavi rəngin çalarları ilə digər keramika əsərlərindən bir qədər fərqlənir, bəzilərində Çin üslubunu ifadə edir. Səfəvilərin hakimiyyəti illərində yaradılmış metal əşyalar da muzey eksponatları içərində öz gözəlliyi, hazırlanma texnikası, əks etdirdiyi simvol işarələri ilə əhəmiyyətli əsərlərdəndir.

 

Şah Təhmasibə aid qılınclar da təqdim edilən əsərlər arasındadır.

 

Qacarlar sülaləsi dövrünə aid eksponatlar da muzeydə maraq doğuran əsərlərdəndir. Muzeydə bu dövrə aid yer almış xəncərlər üzərindəki işləmələr dekorasiyası ilə misilsiz bir sənət əsəridir.

 

Muzeyi gəzərkən tariximizin müxtəlif mərhələlərinə aid tarixi əşyalar incəsənət əsərlərini görmək qürurvericidir. Lakin onların daha çox İran əsərləri başlığı altında təqdim olunması sevincimizə məyusluq qatır. Bu məsələyə diqqət yetirməyimiz çox önəmlidir.

 

Bəsirə ƏZİZƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.-2016.- 27 avqust.- S.23.