Uzun və mənalı
ömrün unudulmaz anları
Xalq şairi Fikrət
Qocanın 81 yaşı tamam olur
Maraqlı həyat yaşayan insanların özləri dəə maraqlı olurlar. Belə həyat yaşamağın isə başqa bir ləzzəti var. Bəlkə də insan ömrünü uzadan da, elə həyatının maraqlı olmasıdır. Həyatı maraqlı keçən insanlardan biri də şair xalq şairi Fikrət Qocadır.
O, 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap olunur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir… Qəhrəmanlıq və fədakarlıqdan bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə, 1998-ci ildə "Humay" mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının “Şöhrət”, 2015-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunub…
Kitablarında rəngarəng mövzular- vətən məhəbbəti, insan, zaman və təbiət haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən, azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amerkal Kabral ("Amerkal Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis və başqa əcnəbi şairlərdən tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Beş yüzdən çox şeirinə musiqi bəstələnib-"Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s. Onun şeirlərinə yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarını bəzəyir.
Bu günə qədər şairin iyirmiyə yaxın kitabı oxucuların ixtiyarına verilmişdir…
…Bu gün onun 81 yaşı tamam olur. Ötən 81 ildə başına
çox işlər gəlib, maraqlı hadisələrin iştirakçısı
olub. Bütün bunlardan gənc
nəsil bəlkə də xəbərsizdir.
Onlardan bir neçəsini nəzərinizə çatdırmaq
istəyirik.
O da Kubaya, Karib
dənizindəki adalardan
birində olan Varadero kurort şəhəhərinə yaradıcılıq
səfərinə yollanan
SSRİ Yazıçılar İttifaqının məsul
vəzifəli şəxslərinin
arasında idi. Hava isti olduğundan qərara gəlirlər ki, Karib dənizində
çimib sərinlənsinlər.
“Novıy mir”
jurnalının baş
redaktoru, Sosialist Əməyi Qəhrəmanı
Serqey Naravçatov və Altay vilayətindən,
şair Erikmen Palkin də onunla birlikdə çimməyə gəlirlər.
Fikrət Qoca Karib dənizinə tullanmağı
ilə nəhəng bir akulanın ona tərəf gəldiyini görür və cəld üzərək sahilə
çıxır. Üstündən
bir az
keçəndən sonara
Fikrət Qoca yenidən dənizə girmək istəyəndə
Naravçatov ona yalvararaq deyir- Fikrət, Allah xatirinə girmə. Geri dönəndə
mən söz tapıb izah edə bilməyəcəm.
Axı mən necə deyəcəm ki, Fikrəti akula yedi?..
Sakit okeanın
cənub-qərbində yerləşən
Qvineya dövlətində
yaradıcılıq ezamiyyətində
olan dəstəni adamyeyənlərin- vəhşi
qəbilənin yaşadığı
əraziyə ekskrusiyaya
aparırlar. O dövrün məşhur “KVN”çilərindən,
Lunderin də olduğu həmin dəstənin tərkibində
Fikrət Qoca da var idi.
Dəstəyə yerli bir gənc bələdçilik
edirmiş. Ölkə
rəhbəri vəhşi
qəbilələrə adam əti yeməyi qadağan etsə də, getməmişdən öncə
hər ehtimala qarşı onlara möhkəm tapşırmışdılar
ki, hava işıqlı ikən geri qayıtsınlar.
Dəstə vəhşi qəbiləyə
yaxınlaşanda bələdçi
sağ tərəfində
qadınlar, sol tərəfində
isə yarıçılpaq
kişilər dayanmış
qəbilə başçısıyla
öz dilində nəsə danışıb,
gələnləri qəbilə
rəhbərinin yanında
əyləşməyə dəvət edir. Qadınlardan biri ocağın üstündəki dəmir
lövhədə nəsə
qovurub qəbilə rəhbərinə verir, o
da ovuc-ovuc ağzına atıb ləzzətlə təam
edirdi. Qonaqlar ona yaxınlaşanda
görürlər ki,
başçının yediyi
iri meşə qarışqalarıdır. Lunderin ağbəniz, dolu bədənli olduğunu əsas gətirən Fikrət Qoca ona, mən qorxmuram,
arıq- çəlimsiz
adamam. Yəqin ki, könüllərinə
adam əti
düşsə səni
tutub yeyəcəklər,
deyərək zarafat edir. Lunderin qorxudan rəng
verib-rəng aldığını
görən şair bayaqdan qəbilə başçısıyla danışan
bələdçini göstərib
tərcüməçiyə dillənir, bələdçidən
soruş gör, o, nə deyir? Bələdçiylə danışan
tərcüməçi üzünü
dəstəyə tərəf
tutub: - Başçı
söyləyir ki, adam əti
qadağan olunandan ağzımızın dadı
da itib. Kaş dünən gələydiniz, yaxşı
meymun ətimiz var idi...
P.S. İyul ayından
ABŞ-da, qızı
Günay xanımgildə
istirahət edən xalq şairi, doğum gününü vətəndə qeyd etmək üçün Azərbaycana yola düşdü. Fürsətdən istifadə edib
xalq şairini səmimi qəlbdən təbrik edir, ona uzun ömür,
möhkəm can sağlığı,
firəvan həyat və yaradıcılıq
uğurları arzulayırıq.
Elman Eldaroğlu
525-ci qəzet.- 2016.- 27 avqust.- S.16.