Beynəlxalq Azərbaycan Muğamı və
Musiqisi Günü qeyd olunub
Avqustun 26-sı Beynəlxalq
Azərbaycan Muğamı
Günü və İpək Yolu üzərində yerləşən
ölkələrin musiqisi
günü kimi qeyd olunur.
2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il
keçirilən Beynəlxalq
Niaqara musiqisi festivalının rəhbərliyi
tərəfindən qəbul
olunan bu qərar xalqımızın
milli sərvəti olan muğamın bəşəri musiqiyə
çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü
bu sənətin yaşamasına və təbliğinə həsr
edənlər üçün
ən əziz bayramdır.
Azərbaycan muğamının müasir
tarixində ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli silsilə
tədbirlər müstəsna
rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən
müxtəlif aspektlərdən
hərtərəfli dəstək
alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin
qeyri-maddi irsinin bəşəri əhəmiyyətə
malik sərvətləri
sırasına daxil edilməsi muğamın,
tar ifaçılığı sənətinin təkcə
xalqımızın deyil,
bütün bəşəriyyətin
misilsiz mədəni sərvətinin ayrılmaz
hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə “Muğam aləmi”
Beynəlxalq muğam festivallarının, müsabiqələrin,
muğam konsertlərinin,
simpoziumların təşkili,
“Qarabağ xanəndələri”
albomunun buraxılması,
“Muğam” jurnalının,
“Muğam ensiklopediyası”nın
nəşri, müasir
texnologiyalara əsaslanan
və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun
hazırlanması Heydər
Əliyev Fondunun, Azərbaycan Mədəniyyət
Fondunun bu sahəyə göstərdiyi
diqqətə bariz nümunələrdəndir.
Xalqımızın şərəfli və
keşməkeşli tarixini səslərdə
əbədiləşdirən muğamlarımız ən
ağrılı-acılı günlərimizdə həm də
təskinliyimizdir. Heyrətamiz hisslər,
düşüncələr, müdriklik mənbəyi
olan muğam bütün hallarda -
qüssəli, sevincli anlarımızda
ovqatımıza təsir edir,
azadlığa və müstəqilliyə qovuşduğumuz
anların fərəhini yaşadır və bizləri qələbəyə
səsləyir.
525-ci
qəzet.- 2016.- 27 avqust.- S.12.