"Ağcabədidə belə tədbirlər
artıq ənənə halını alıb"
Yay mövsümündə əyalətdə
əhaliyə asudə
vaxtın səmərəli
təşkili sahəsində
işlər Ağcabədi
rayonunda da davam edir.
Üzeyir
Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun sözlərinə
görə, bölgə
əhalisinin asudə vaxtının və istirahətinin mənalı
təşkili məqsədi
ilə ilboyu müxtəlif tədbirlər
həyata keçirilir.
Yay müddətində
bu sahəyə diqqət daha da artırılıb. Yay aylarının
məzuniyyət, tətil
və bölgəyə
çoxsaylı qonaqların
gəlişi ilə müşahidə edilən
bir dövr olduğunu nəzərə
alsaq, belə tədbirlərin necə mühüm əhəmiyyət
daşıdığını aydın başa düşmək olar.
Təbii
ki, bu istiqamətdə
digər mədəniyyət
müəssisələri ilə
bərabər, Qarabağ
Muğam Mərkəzi
də zəruri addımlar atır.
Direktor deyir ki, Mədəniyyət
və Turizm Nazirliyinin və Ağcabədi Rayon İcra
Hakimiyyətinin müvafiq
sərəncamlarına əsasən
mayın 28-dən sentyabrın
10-dək hər həftənin
şənbə günlərində
musiqi məktəbləri,
mədəniyyət evləri
və klub müəssisələrinin özfəaliyyət
kollektivlərinin iştirakı
ilə Heydər Əliyev mədəniyyət
və istirahət parkında geniş konsert proqramları təşkil olunur. Hər il
keçirilən belə
tədbirlər artıq
bir ənənə halını alıb. Sözügedən konsert tamaşalarında Yaqub Məmmədov adına
rayon mədəniyyət mərkəzi,
Ağcabədi şəhər
və Hacıbədəlli
kənd uşaq musiqi məktəbləri,
Üzeyir Hacibəyli adına incəsənət
məktəbinin özfəaliyyət
kollektivləri ilə
yanaşı, Qarabağ
Muğam Mərkəzinin
kollektivi də yaxından iştirak edir. Təsadüfü deyil ki, tədbirlərdə Muğam
Mərkəzinin "Aysel"
uşaq özfəaliyyət
ansamblının üzvləri
xüsusi ilə fərqlənirlər.Muğamlardan,
xalq və bəstəkar mahnılarından
ibarət konsert proqramları sakinlərə
istirahət saatlarında
xoş ovqat bəxş edir.
Mərkəzin müəllimləri Əhəd Təhməzov,
İsa Məmmədov,
Faqani Qarayev, şagirdlərdən Nəcibə
Məmmədova,Sübhan Qasımov,
Hafiz Məmmədov, Aygün
Həsənova, Zəhra
Məmmədova və
başqalarının çıxışları
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır.
Musiqi proqramlarının uğurlu
alınması üçün
konsertmeyster Sahib Quliyev
əlindən gələni
əsirgəmir. Muğam
Mərkəzinin müəllim
və şagirdləri
cəbhə bölgələrində,hərbi hissələrdə,ictimai yerlərdə
də geniş konsert proqramları ilə çıxışlar edirlər.
Onları Qarabağda,
ətraf bölgələrdə
təşkil olunan tədbirlərdə də
tez-tez görmək olar.
Yeri gəlmişkən, sözügedən
konsert tədbirlərində
məharətlə çıxış
edən Muğam Mərkəzinin yetirmələri
Ceyhunə Şıxəliyeva,
Nəcibə Məmmədova,
Nərmin Sultanova və Zəhra Məmmədovanın bu il Bakı şəhərində
keçirilən Xan Şuşinski adına III
respublika muğam festivalındakı ifaları
mütəxəssislər tərəfindən
bəyənilib və yüksək dəyərləndirilib. Müsabiqədə
Ceyhunə Şıxəliyeva
qalib adını qazanıb, Nərmin Sultanova, Nəcibə Məmmədova respublika Mədəniyyət və
Turizm Nazirliyinin fəxri fərmanları, Zəhra Məmmədova isə xüsusi diplom ilə təltif olunublar.
T.Cəfərov söhbət zamanı əlavə olaraq bildirib ki, istedadlı
gənc xanəndələr
Nəcibə Məmmədova
və Zəhra Məmmədova növbəti
respublika televiziya muğam müsabiqəsində
iştirak edəcəklər.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2016.- 30 avqust.- S.4.