Şükür, İlahi!
Min sirrin var bilinməyən,
Dil-dodaqla
deyilməyən,
Alnımızda görünməyən
Yazına
şükür, İlahi!
Yaş var qısa, yarımçıq
Yaş var qarğadan da çox,
Yaratdın Körpəsindən qarıcıq,
Pozuna şükür, ilahi!
Şeytanın mələk dondakı,
Cənnət cəhənnəm sondakı,
Yaşılca yarpağındakı
Tozuna şükür, İlahi!
Cücərtmişəm qəm toxumu,
Kədər udub qorxumu,
Nə qəmli yozdun yuxumu,
Yozuna şükür, İlahi!
Bir sünbülə min dən
verdin,
Min dərdə bir bədən verdin,
Verdiyini
birdən verdin,
Azına
şükür, İlahi!
Qara bağ
Qərənfillərin belinə bağlandı
Yanvarın iyirmisi,
Qərənfillər məzar dəlisi
O gündən...
Qara bağ
əsgər tabutları,
şəhid bolluğu,
bələklə
səngər arası
ağrı çəkir
torpaq,
illərdi susuruq bu boşluğu.
Qara bağ
Xəritədə 20 faiz,
Ürəyimizdə min misqal,
Ruhumuzu skalioz etdi
Bu İşğal.
Vətən onurğasından ağrıyır.
lll
Duyduğum bu kədərin
Qəribə qoxusu var,
Kim deyirsə, yalandır,
Quşun da yuxusu var.
Qağayının yuxusu
Dənizdəki ləpədir.
Göyərçinin yuxusu
Körpədən də körpədir.
Qaranquşun yuxusu
Saman çöpündə
itir.
Sığırçının yuxusu
Gömgöy yemlikdə bitir.
Uyğusu
sığal çəkir
Çöllərə küləklərin,
Yuxusundan
tanıdım
Ən gözəl
mələkləri.
lll
Yetim uşağın xəyalları
Hamınıza düşəcək atam alan
şirnidən,
Görərsiniz necə dadlıdır,
necə rəngbərəng,
Kim hansından istədi
götürər.
Ad günümə gələndə
sizə göstərəcəm
Öz otağımı,
Bütün oyuncaqlarımı.
elə möhkəm səsi var ki,
mənim avtomatımın
İnanmırsınız atıb baxın,
Elə bil əsl avtomatdır .
Onu atanda qonşu itləri qorxar.
Mənim robotum bütün robotları yıxar.
Görsəniz bacımın gəlinciyini
Sarışın saçlı, gözləri
yaşıl,
Adam kimi danışır.
nə boydadır boyu,
çoxdan istəyirdi
bacım bunu.
Sizinkini
ötəcək velosipedim
yarışsaq,
Təkərlərini muncuqlarla bəzədim,
Buludların üstüylə sürürəm
lap onu,
Ötərəm, ötərəm hamını.
Bu xəyallarla yatır uşaq,
Gül yastığa
batır uşaq.
Nə şirindir yuxusu,
Divardakı şəkil susur,
susur.
Uşaqsa
yuxusunda dostlarına
Bunların hamısını atam
alıb deyir,
Öz Atam.
...Uşağın xəyallarını
gerçəkləşdirə bilmir
Şəkildəki adam...
lll
Gəmisiz limanlarda
Yola çıxıb yosunlar
Dənizlərdə su hanı
Saçlarını yusunlar.
Yosunlar vəfalıdır
Vəfasız gəmilərə.
Çınqılsız sahillərdə
Kimə, kimə, kimlərə.
İtib-batır aylarla
Gəmilərin fit səsi,
O səsdə dincin alır
Yosunların nəfəsi.
lll
Canım
bu qədər ağrımazdı,
Çölün düzündə
Xırda
qarışqanın ruzisi
olsam,
Kiçik ocaqda
Tez sönən bir parça kösövtək
yansam,
Sınıq qədəhlərə dolsam, dolsam,
Su olsam...
Dan yerinin oyatdığı kəpənək olsam,
Şeh olsam o kəpənəyin ayaqlarında,
Tənha
ağac olsam,
Tək-tənha,
meşələrin qırağında.
Canım bu qədər ağrımazdı.
Siz ağrıtdınız.
İri daşların yanında xırda kəsək olsam-
Şəlalələr sıçradığı,
Daşlarda bitən çiçək
olsam,
Ləçək olsam - küləklərin
qırdığı,
Külək olsam divanə,
hamının tanıdığı.
Canım
bu qədər ağrımazdı,
Siz ağrıtdınız,
Siz!
lll
Qadın
tarlasını şumlayır
kişilər...
Bu şumda adam
becərir
əlləri-qolları palçıqlı
Tanrı.
Qadını kişidən,
Kişini torpaqdan
Hazırlayıb,
nəfəsindən üfləyib
ona
can verir, ruh verir,
Dilinə
söz,
gözünə nur verir
Qadir Tanrı
yaratd ıqlarının.
Oddan yaratdığı mələk
Çox
vaxt felinə salır
Palçıq bədənliləri.
Hər şeyi itirib alma dadına,
Adəmi
azdıran həmin qadınla
başlayır
Yer üzünə tullanışı tarixi
Bütün bəndələrin-
Cənnətdən qovuluş cəzalı.
Günahkar bəndələr heç
nə olmamış kimi
Hər gün qayğılı
Qayıdırlar
tövbənin ətəyinə
yıxılı,
Səcdə edirlər
Hər şey istəyib.
Tövbə qapısı açıqdı
həmişə,
Sevib bağışlayır
Yaratdıqlarının hər günahını
Təkcə Şeytana acıqlı Tanrı.
Sara SELCAN
525-ci qəzet.- 2016.- 20 dekabr.- S.7.