Nizami demiş...
Söz, sənət
xiridarı, görkəmli İnsan və alim qardaşım
Nizami Cəfərova bir könül ərməğanı
Hər
uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.
Nizami Gəncəvi
lll
Nəfəs
dərib bir dəryanın lal sahilində
Göz önümdə zər ləpələr, damlalar
- incəm.
Göy suların
köpüklənən mavi dilində
Bir sonsuzluq nəğməsinə hissim olmuş cəm.
Sonsuzluğun
sahilini axtarır gözüm,
Bilməcədir tapacağım, tapa bilmirəm.
O kələfin
ucundakı düyünəm özüm,
Bağlandığım bağlamadan qopa bilmirəm.
Axşam
olur, Ay işığı düşür əlimə,
Əllərimi əldən salır bəyazlıq seli.
Diqqətimi
yönəldirəm fikir ləlimə,
Dərinliyə
arxa durur Tanrının əli...
Tanrı əli
açarıdır mübhəm sirlərin...
Bəs nədəndir sirlərin də yoxdur sahili?
Dərin
fikir yer üzündə təkidir yerin,
Dərinliyin tərcümanı - ümmanın dili.
Zaman olur,
məkan tapmır xəyal məkanı,
Zaman olur, məkan qalır zamana həsrət.
Mən
sahildə düşünürəm dərin zəkanı,
Dərin
zəka dəryasına məkan bəsirət...
Dayanmışam
sahil adlı su kənarında,
Qərinələr ərzi burdan seyrə dalıbdır.
Nur
kamallar parladıqca öz yanarında
Ümmanlaşıb
sahilsizlik ismi alıbdır...
O dəryaya
çevirmişəm sözün yönünü,
Sözümə yön sözübütöv cəmlər
gələcək.
Dinləməkçün
sirr-ümmanın azman ününü
Sahilinə
kimlər gedib, kimlər gələcək...
Yaranışdan
qoşa aləm üz-üzə belə,
Xəyal çatsın cığıramı,
düşsün izəmi?!
İki
sirli varlıq durub göz-gözə belə
O sirlərdən
biri dünya, biri Nizami.
lll
Əli
bar-bəhrəli “əkin-biçin”də,
İzini illərə səpər dən kimi.
Tarixin səsini
səslər içində
Tanıyıb, hal tutar eşidən kimi.
Önündə
nurlanar bəyaz kağız da,
Xəyalı sərhədsiz, zəkası geniş.
Bir kəlam
dolaşar dildə, ağızda,
“Nizami
söyləmiş”, “Nizami demiş”...
Həmən
Nizamidir, o köhlən atlı,
Hecası, vurğusu qırmancdan betər.
Fikirləri
aram, sözü urvatlı,
Xırda eyhamı da süvari ötər.
Müdriklər
yetirər dövran sınalı,
Zaman çətin yola qəzamı demiş?!
Sözə
qüvvət üçün, həm birmənalı,
Elə
hamı deyər: “Nizami demiş”.
Kamil
söz rəsmiylə öyündüyündən
Zirvə inadlıdır fikir qətində.
Kürün
laylasında böyüdüyündən
Axar ləngəri var təbiətində.
Ruhunda
çağlayar gənclik havası,
Ana pıçıltısı Dəli Kürdədir.
Oğuz
ta yfa demək Ağstafası -
Prof.
Krımski də bu fikirdədir...
Bütövlük
o BİRə mənsubdur elə,
Birlə
bir olandan unama kəm iş -
Bunu da
könüldən gətirib dilə
Bizim zəlimxanlı Nizami demiş.
Mürəkkəbi
gecə, qələmi işıq,
Sübhün dastanıdır yazdığı əsər.
Bir
palıd kimidir - kökünə aşiq,
Kökü
bilinməyən budaqdan həzər!..
Yaddaşı
qədimdir, yozumu təzə,
Hər fikir dolu yük daşıya bilməz.
Əsilsiz
cümləni ha bük, ha bəzə,
Kök üstə bitməyən yaşaya bilməz.
Sonu
anlatmaqçün o, dönər ilkə,
Bugünü ötməkdir dünəndən gəlmək.
Oxuyub-öyrənmək
vərdişdir bəlkə,
Amma ustadlıqdır öyrədə bilmək.
Arxası
bir eldir, bir ölkə, bir soy,
Hər yanda davamı - tələbəsi var.
Hissi, əminliyi
- göstərdiyi boy,
İnamı qədər də qələbəsi var.
Sabahlar
dünənin bətnindən doğar,
Yaranan, diləklər yetirəndi ki.
Elmin
yollarında qədəmi uğur,
Gəlişi
gələcək gətirəndi ki!..
Göyün
yeddi qatı düşüncəsində,
Məntiq
laylarıdır mənzərsizliyi...
Sözü
özündədir, özü sözündə;
Sözünə bənzəyər bənzərsizliyi.
Ruhdur
ucalığın görkü bədəndə,
Hər zülmətin sonu Tanrı - Dan* olmur.
Böyüklük
yetişir mayada, gendə,
Müdriklər doğulur, sonradan olmur.
* - Qədim türklər dan yerinə tan yeri (Tanrı mənasında)
demişlər.
Gözündə
çox böyük dağlar kiçilib,
Məğrur qartal kimi ucada süzər.
Sadəlik,
boyuna elə biçilib,
Qəliz
qəlbiliyə o, dodaq büzər...
Alim olmaq
asan, insanlıq çətin -
Bu da ataların ata səsidir.
Ancaq
nizamı var hər qətiyyətin,
Nizam - ədəb-ərkan
təntənəsidir.
Olanı
təmkindir, olmayanı kin,
O,
hörmət təşnəsi, sevgi ləliyi.
Göy
kimi sakitdir, yer kimi bitkin,
Yox dünya malına aludəliyi.
Baxışı
varlığın öz fəlsəfəsi,
Onunçün bu aləm şəkil-sərgidir.
Duymalı
bir səs var - Tanrının səsi
Qalan hökm-filan cəm ötərgidir.
O deyir
fanidir dörd əl tutduğu,
Bir acı mənimdir, bir ah sənindir.
Azmı qəlp olanı qəlb unutduğu?! -
Bu gün
mənim olan sabah sənindir...
Tələsmə
bir ikən son ilə əzəl,
Ən müqəddəs oda səbr evidir.
Son minəcəyimiz
araba özəl,
Özəl
mənzilimiz qəbir evidir...
Kimi dəstəkləyən,
kimi daşlayan...
Yoxuşa qalxmayan eniş söyləyər.
“Nizami
demiş”lə nitqə başlayan
Sonda da “Nizami demiş” söyləyər.
Nizami
dedisə, söz yetər dada,
O,
yaxın düşünüb, çox uzaq görər.
Elmin
ağır döyüş meydanına da
Qalib pəhləvantək üzüağ girər.
Nizami
dedisə, susar dil-dodaq,
Məqsəd bərəsində xoş niyyət olar.
Hikmət
süfrəsində təamlar dadaq,
Anlatmaq əzmində qətiyyət olar.
İdrak
civarında bitən bütövdü,
Haqqın haqq qələmi yazandı hər şey.
Böyük
ürəyində Vətən bütövdü,
Nizami
hökmündə nizamdı hər şey!..
O, dinsə,
əriyər min şübhə donu,
Ülfəti fəzilət, ünü mehrdi.
Hər
elmi-ədəbi məclisdə onun
Fikri, qənaəti, sözü möhürdü.
Ürəksiz
düşüncə sınıq qanaddır,
Ağlın da qəlbində titrər sarı tel.
İnsan,
fikri yoxsa, quruca addır,
İstər Sokrat olsun, ya Aristotel.
Doğma
dil sehrinin sirdaşı olmaq
Rəbbin bir lütfüdür, ülvi niyyətdir.
Ulu
Nizaminin adaşı olmaq
Nizami
şeiritək məsuliyyətdir!..
lll
Hərdən
suallarım bitib-tükənmir,
Neyləyim, hamısı həyatdan doğur.
Məni
sükutumun vüqarı yenmir,
Yerində olmayan nəsnələr boğur.
Niyələr
min səmtə çəkir yaxamı,
Səbrimi əlindən ala bilmirəm.
Qaçırır
gözümdən şirin yuxumu,
Daş olub yerimdə qala bilmirəm.
Hər kəsdən
hər şeyi sormaq gülüncdür,
Demirəm qurunu sən yaşa söylə.
Qınından
sıyrılan söz də qılıncdır,
Dərdi
də dərd qanan sirdaşa söylə...
Məqamdır,
üzümü tuturam sənə,
Qəbzəli xəncərin tiyəsi hanı?
Uca
dağ qocalır hey sinə-sinə...
Bəs qoca dünyanın yiyəsi hanı?!
Adaməvəzlərə
“əvəzsiz” dedik,
Hanı əvəzliklər - yeganəliklər?!
Hərənin
əlində bir susqun düdük,
Bürüyüb
ətrafı biganəliklər...
Alimi zirvələrsayaq
bilirəm,
Bildiyim bilgidən aləm halıdır.
Alimi aləmə
dayaq bilirəm,
Alim cəmiyyətin pyedestalıdır.
Mən də
baş əyirəm alim önündə,
Onun əlindədir elmin açarı.
Fəhm dalğasında,
idrak yönündə,
Tanrısal ətadır xəyal uçarı.
Heyif, bu
ordunun sağlam səfində
Fikriylə
axsayan ayaq az deyil.
Addım
yanlışında, amal səhvində
Doğru
görkəm altda boyaq az deyil.
Alim
tanıyıram deyim nəçidir,
Bir sual önündə dura bilməyir.
Dolaşıq
nitqiylə əllaməçidir,
Sadə cümləni də qura bilməyir.
Alim var zəlillik
yağır üzündən,
Məntiqə “püff!” - deyir, fikrə
lağ atır.
Bəd
niyyət göyərir qara izindən,
Şairə,
nasirə badalaq atır...
Nə ola, o kəsi tutub qılığa,
deyəsən; bir sözü hecaya böl sən.
Deyəsən;
bu qələm, bu da sən, qağa,
Götür,
iki misra yaz, qoşa bilsən!..
Deyəsən;
şit tərif - zəhər - badələr,
Əqlin məhsulu yox, yapışdırmadır.
“Tapdığın”
terminlər, ya ifadələr
Bil ki, ondan-bundan çırpışdırmadır.
Deyəsən; həyatın daim “neçin?”də...
Pak sual qoynuna girə bilmirsən.
Efir
“şair”ləri gözün içində,
Həyat
şairini görə bilmirsən...
Alim var cəhdini
öysə də belə,
Adi biri
deyil hələ sıradan...
“Tənqidçi”
libası geysə də belə,
Seçə
də bilməyir ağı qaradan!..
Alim var bələdik
hər cik-bikinə;
Yalana müntəzir, qurğuya hazır.
Dindirsən,
and içir öz məsləkinə,
Elmsiz
cahilə elmi iş yazır.
Alim var
çəkinmir, göz görə-görə,
Oğurluq mətnlər çap elətdirir.
Nəsrə
əl aparır, qulp qoyur şeirə,
Sonra başımıza “tapp!” elətdirir.
Nolar, lap
dözərik tarpaturpuna,
Təki sağlam sözə bir “sağ ol!” - desin.
Təki
vicdanında ürək çırpına,
Göstərib
düz səmti, doğru yol desin...
Əyilib
əyməkdir ümdə şakəri -
Gecəsi, gündüzü beləcə keçir.
Əldə
əyrisi çox, dildə şəkəri,
İşi-peşəsi
də köçürhaköçür...
Sözün
sinəsinə bəzən çökərək
Fikrin dərisini soyanlar da var.
Modern
yozumuna sığal çəkərək
Özünü
“klassik” sayanlar da var...
İstedadsızlara
şeytan əliylə
Cildlər həsr edilib, tarix yazılır.
Qondarma
alimin yaltaq diliylə
Küt,
seyrək fikirlər sıx-sıx yazılır...
Bunları
saydıqca əzab çəkirəm,
Böyük əməllərdi böyük ad
üçün.
Gözümdən
xəlvətcə qan-yaş tökürəm,
Sənlə
dərdləşməyim - bir imdad üçün...
Doğub taptalarmı Günəş danını?!
Təmənna zorunda o da solarmı?!
Həkim
unudarsa öz vicdanını,
“Hippokrat
andı”nı yada salarmı?!
Bizdən
çox uzaqda şeytana qat-qat
artıq
dəstək verib, şərə uyurlar.
İtin
qabağına yemədiyi ot,
Atın qabağına əti qoyurlar.
(Ardı gələn şənbə sayımızda)
Yusif NƏĞMƏKAR
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.23.