“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında 10-cu iclas
Üçüncü
gün
(Keçən
nömrələrin axırı)
Fətəli
Xan Xoyski - (Baş vəzir) Möhtərəm məbuslar! O
günlər ki, siz neçə dəfəhlərlə bənə
müraciətən bu hökumətin təşki-linə bəni
vadar etdiniz. Bən birinci bəyannamədə sizə
demişdim, inşaallah yadınızdan
çıxmamışdır - bən o vəqt sizə dedim
ki, böylə xətərli bir zamanda heç kəs cəsarət
edib zammam hökuməti əlinə almaz.
Bununla bərabər əgər biz o vəzifəyi
öhdəmizə götürüyorsaq, ancaq sizin sidqidil ilə
hökumətin dalında durub kömək edəcəgimizə
ümidvar oluyoruz. Buna inanıyoram. Əgər
görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət
başında durmaram. Bunu bən o vəqt dedim və bu
sözlər yaddan çıxmazlar. Əlbəttə
bən biliyorum ki, hökumətə kömək cürbəcür
olar. Sorğu vermək özü də bir
cür köməkdir. Bəzi vəqt
öylə məqam oluyor ki, bəzi şeylər barəsində
tədbir görmək yaddan çıxıyor. Bəlkə hətta hökumətin bəzi şeydən
xəbəri olmuyor. Öylə ittifaqlarda gərək məbuslar
sorğu vasitəsilə əhvalı hökumətə
bildirsinlər, borcludurlar soruşsunlar, məsələn filan
kənddə buğda yığıyorlar hökumətə məlumdurmu,
filan iş niyə böylə oluyor, hökumət buna bir
çarə ediyormu? Böylə sorğular
parlaman tərəfindən hökumətə bir köməkdir.
Heç hökumət böylə sorğudan
inciməz. Əgər bir əsas düz
degilsə, parlaman sorğu versin, düzəlməsini tələb
etsin. Biz sorğuyu həmişə
artıq dərəcə məmnuniyyətlə qəbul edəriz.
Amma möhtərəm məbuslar sorğu da var,
sorğu da var. Bir sorğu var ki, atanın oğluna verdigi nəsihət
kibidir. Bir sorğu da var ki, zəhərli,
bədxahlıq sorğusudur. Zənn ediyoram bu ikinci kibi
sorğular ilə heç vəqt iş qabağa getməz. Böylə sorğu parlaman ilə hökumət
arasında süpürüşmə və oyuncaq meydanı
olar. Bu sorğu hökumətə badalaq
vurmaq, biz soxmaq deməkdir. Aya, bu o
zamandır ki, hökumətə badalaq vurulsun? Aya, Azərbaycanın halı öylədirmi ki,
hökumət ilə süpürüşülsün, belə
də sorğu olar?
Bu öylə bir zamandır ki, gərək hökumət
ilə məhəbbət dili ilə danışasan. Hökumətə
deyəsən filan işdə səhv var, gəl biz də sənə
kömək edək, düzəldək. Bunu
belə etmək lazımdır. Hökumət
ilə bu dil ilə danışmaq gərəkdir. Böylə olsa hökumət üçün
köməkdir. Bən belə bilirəm
ki, heç hökumət ilə özgə dil ilə
danışmaq olmaz və hökumət qəbul etməz ki,
danışılsın. Bənim
yoldaşlarım burada puldan ötrümü, yaxud yox olan
ixtiyardan ötrümü əgləşmişlərdir?
Aya, bu müqəssirlər skamyasıdır ki, hərə gəlib
bir söz desin, bir ləkə yapışdırsın? Aya, bizim tərəfimizdən böyük fədakarlıq,
millətə böyük xidmət deyilmi ki, öz səlamətligimizi,
bu saat bazarlarda danışılan təmiz adımızı və
rahətligimizi millətə fəda edərək bu skamyalarda əgləşiyoruz,
hərə bir söz diyor. Hətta
ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramla
davranmayı tələb edək? Doğrudur
çox şeylər olub, nəzarətlərdə çox
qüsurlar var, məmurlar rüşvətlər
almışlardır, bəzi üsulsuzluqlar oluyor, bunların
heç birini gizlədən, pərdələyən yoxdur.
Hökumət bunu biliyor, əlindən gələn
işləri ediyor və eliyəcəkdir də. Müqəssirlərin təqsirini
aydınlaşdırmaq üçün istintaq ediliyor, sonra məhkəməyə
veriləcəklərdir. Bu barədə
nazirlər bəyanat verdilər. Ancaq bən
bunu da deməliyəm ki, bununla bərabər hökumət bir
fövqəladə istintaq komisyonu da təşkil ediyor ki, bu
işlərə baxsın. Çünki
adi istintaq və məhkəmələr kifayət etmiyorlar.
Fövqəladə komissiya lazımdır.
Hökumətin borcudur bu işləri
görsün, görəcəkdir də. Bənim
fikrim bunları göstərmək degil, əsl mətləb
sorğunun mahiyyətindədir. Bu sorğu
adəti degil. Heç parlamanda böylə
sorğu görülməmişdir.
Adət böylədir ki, hökumətə sorğu verəndə
əvvəlcə deyərlər ki, filan yerdə, filan şey
olubdur. Filankəs filan işi görübdür, bu hökumətə
məlumdurmu və nə tədbir görüyor? Sorğu böylə olar. Yoxsa
heç bir şey göstərmədən sorğu verəsən,
hökumətdən cavab aldıqdan sonra başlayasan ki, xeyr
böylə degildir, filan filan olubdur. Bu
sorğu degil, dalında yumruq, cibində daş gizlətməkdir
ki, hökuməti qəflətən vurasan, böylə
sorğuya nə cavab vermək olar. Parlamanda
heç böylə adət yoxdur və bu hökumət dili
degildir ki, hökumət ilə bu dil ilə
danışıyorlar. Hər şeyin
xasiyyətinə fikir vermək lazımdır. Siz gərək həmişə nəzərdə
tutasınız hökumət ki, bu övzada dolanıyor bu nə
aləmdir, nə övzadır. Bunu siz
biliyorsunuz, çünki mümkün degil parlamanda oturanlar
bilməsinlər. Siz bunu biliyorsunuz ki, Azərbaycanın
istiqlalı hər dəqiqə təhlükədədir.
Biliniz imdi öylə bir vəqtdir ki, nəinki bez və
çit, hətta öylə əhval çıxa bilər
ki, Azərbaycan belə qalmaz. İstiqlalımız
gedər. Böylə mühüm zamanlarda
hökumət işlərini Tağıyev fabrikasının
bezilə ölçmək olarmı? Bu məqamda
bu cür ki, sorğu veriliyor, aşkardır ki, bu
xeyirxahlıq fikrilə verilmiş xeyirxahanə sorğu
degildir. Biliyorsunuz ki, hökumətin həftədə
5-6 iclası oluyor. Gecə saat 2-yədək
oturuyoruz. Lakin bunca vəqtdə iş o qədər
olmuşdur ki, sıradakı məsələlərə
keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər hücum ediyor ki, bu
halda mümkündürmü hökumət gedib sənin bezlərini
ölçsün? Azərbaycanın
başına bir bəla gələrsə, onda bez nəyə
gərək, çit və neft nəyə gərək olar?
Gərək öylə etmiyəsiniz ki,
hökumətin səbr kasası dolsun. Böylə olsa
Azərbaycan üçün çox xətalar
çıxar, hökumət dəgişmək ilə bir
qarışıqlıq çıxarsa, onda bütün millətə
diyoram: qoy millətin günahı və xətanın məsuliyyəti
tamamilə hökuməti yıxanların öhdəsinə
düşsün. Qabaqda bu məsələ
ayrı cür idi. Şimdi dil bir az dəgişibdir.
Dün hökumətə hamı bir təpik
vuruyordu. Eybi yoxdur. Bu da
keçər. Sanki bizə bir səvab, mərhəmət
etmişlər. Öylə bil biz öz keyfimizlə
buraya gəlmişik, sanki bizə deyirlər bu dəfə təqsirinizdən
keçib sizi dəgişmiyoruz, gələn səfər belə
qələt etsəniz görərsiniz nə edərik!
Aya, bu olar? Aya, hökumət ilə bu dillərlə
danışılar? Bənim
qulağıma yetişdiginə görə parlaman üzvlərindən
birisi digərinə deyibdir ki, hətta Biçeraxov və
Denikin köməyilə də olsa bu hökuməti
yıxacağam. (Mərkəzdən və
soldan eyib olsun). Lazım gəlsə o
ada-mın adını da deyə bilərəm. Aya, biliyorsunuz Biçeraxov kimdir? Denikin kimdir? Bunlar o adamlardır
ki, Azərbaycanın adını da çəkməgə
qoymazlar. Aya, hökumət ilə
süpürüşmək istəyən bu cür adamlar
parlamanda otura bilərmi? Xeyr! (Mərkəzdən
və soldan alqış). Hökumət ilə
parlaman arasında qiylüqal çıxarmaq vəqti degil.
Möhtərəm məbuslar! Fikirləşək bu məqam
nə məqamdır: bu məsuliyyət nə məsuliyyətdir?
Gördügünüz işləri
düşünmək, fikirləşmək lazımdır.
Əgər düşünülsə əminəm bir adam tapılmaz ki, deməsin: bu
danışılan dil hökumət dili ilə danışmaq
dili degildir. Böylə qorxulu zamanda dalğalar arasında
bulunan qayığımızı bir tövr səlamətə
çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyət
ilə nail ola bilək. (Mərkəzdən,
soldan alqış).
Bu nitqdən sonra zeyldəki üç formula (təklif)
varid oluyor.
Sosialistlərin
təklifi
“Bizim sənayemizin
ən qiymətli məhsulatının alış-verişi və
cəmaət içərisində təqsimi barəsində
verilən sorğulara hökumətin verdigi izahatını
dinləyib Azərbaycan Məclisi-Məbusa-nının əhali
və cümhuriyyət üçün böyük əhəmiyyəti
olduğunu və bunun lazımi surətdə qaidəyə
qoyulmasını qeyd edərək əhvali-fövqəladədən
dolayı məmurların xidmətlərində göstərdikləri
suyi-istemalları və həmçinin möhtəkirlik və
əksinqilab hərəkətlərinin şiddətli qanunlar
ilə önünü almaq lazım olduğunu nəzərə
alıb qət ediyor ki:
1-
Suyi-istemallar və ehtikar işlərini müəyyən və
istintaq etmək üçün bir fövqəladə parlaman
komisyonu intixab etməli və
2- Məmurların
xidmətlərindəki suyi-istemalları və möhtəkirligi
və əksinqilab işlərini mühakimə
üçün təşkil ediləcək ali
tribunalın qanun layihəsini düzəltmək
üçün bir komisyon intixab etməli və bununla
növbədəki məsələlərə keçiyor.
Müsavatın
təklifi
“1 - Vaqe olan sorğuya qarşı hökumətin verdigi
bəyanatını kafi görərək Məclisi-Məbusan
növbədəki məsələlərin müzakirəsinə
keçiyor.
2 - Eyni zamanda məmləkət hasilatının iyi bir
surətdə idarəsi və ərzaq işinin müvafiq surətdə
idarəsi üçün lazım gələn tədbirləri
görmək məqsədilə parlaman komisyonunun təşkilinə
lüzum görürüz”.
Ağa Aşurovun təklifi
“Hökumətin sorğulara olan cavabını eşidərək, Məclisi-Məbusan hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanını kafi görərək növbədəki məsələlərin müzakirəsinə keçiyor”.
Təklif səsə qoyulduqda “Müsavat” kəndi təklifinin birinci qismini Aşurovun təklifinə dəgişərək yarısı Aşurov, yarısı “Müsavat” təklifindən ibarət olmaq üzrə aşağıdakı qərarnamə qəbul ediliyor:
Hökumətin sorğulara olan cavabını eşidərək Məclisi-Məbusan hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanını kafi görərək növbədəki məsələlərə keçiyor.
Eyni zamanda məmləkət hasilatının iyi bir surətdə idarəsi və ərzaq işinin müvafiq bir surətdə idarəsi üçün lazım gələn tədbirləri görmək məqsədilə parlaman komisyonunun təşkilinə lüzum görür.
“Azərbaycan”, 15 fevral 1919, ¹117
Zammam - çox eyib söylənən, həcv edilən
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.21.