Bircə qarış torpağa dönə
bilsəm Qazaxda...
Hər dəfə
“Sınıq körpü” keçid məntəqəsindən
və suları qumrular kimi ötən Xram çayının
sahilindən keçib ata yurdum Faxralıya gedəndə,
şair dostum Eldar Nəsiblinin eyniadlı şeiri yadıma
düşür:
Xramçay
üstündə qədim körpü var,
İllər
kərpicində möhürlənibdir.
Bir
daşı qırılıb düşübsə əgər,
Tarix bu
itkiyə qəhərlənibdir.
Başında
dolanan bulud karvanı
Onunla
toqquşub ağlayır yoxsa?
Üfüqlə
birləşir sanki hər yanı,
Göyü
tağlarımı saxlayır yoxsa?
Mən bu
şeiri hələ orta məktəb şagirdi olduğum illərdə
“Azərbaycan gəncləri” qəzetindən oxumuşdum.
Haqqında
yazılmış “uğurlu yol”un yanında çap
olunmuş “Sınıq körpü” şeiri çox
xoşuma gəlmişdi.
Ümumiyyətlə,
Eldar Nəsibli ilə şəxsi
tanışlığımıza qədər onun xeyli
şeirlərini oxumuşdum. Mətbuat səhifələrində
səmimi, təbii məzmunlu şeirləri ilə
çıxış edirdi. Şeirlərinin yanında
verilmiş şəklindən kədərli
baxışları boylanırdı. Gözlərinin dərinliyində
kədərli, sifətində isə mülayim bir ifadə
vardı. Bəlkə elə buna görədir ki, onun şeirlərində
həzinlik, kövrəklik daha çox diqqəti çəkir.Üzünü
belə görmədiyim vaxtlardan onun kövrək ürək
sahibi olduğunu düşünürdüm. Şeirlərindəki
dərin hisslərlə şəklindəki düşüncələr
bir - birini tamamlayırdı. Onun sifət cizgiləri də,
şeirlərindəki duyğu - düşüncə də,
hisslərin paklığı da mənə çox doğma gəlirdi.
Həmin o şeiri və şəkli uşaqlıq illərimin
əziz xatrəsi kimi şəxsi arxivimdə
saxlayırdım.
Tanrı
töhfəsi olan istedadına ovaxtdan rəğbətim
yaranmışdı. Həmişə gözlərim o parlaq
imzanı axtarırdı, yaradıcılığını
maraqla izləyirdim. O zaman Eldar Nəsibli Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin mətbuatda imzası
tez-tez görünən tələbələrindən idi.Mən
isə hələ Gürcüstanda Faxralı kənd orta məktəbində
oxuyurdum. Arzum həmin universitetin Jurnalistika fakültəsinə
qəbul olunmaq idi. Taleyimi sözə, mətbuata bağlamaq
istəyirdim. Bu səbəbdən yerli və respublika qəzetlərində
ilk qələm təcrübələrimlə
çıxış edirdim.
Fikrimin
ucqarında ilk dəfə görüşdüyüm,
yaxından tanış olduğum bir Eldar Nəsibli
yaşayır. Orta məktəbi bitirdikdən sonra sənədlərimi
universitetə vermək üçün qatarla ilk dəfəydi
Bakıya gəlirdim. Kəndimizdən mənimlə gələn
orta məktəb yoldaşım atası ilə birlikdə Biləcəri
stansiyasında düşüb qohumlarıgilə getdilər.
Mən də
dəmiryol vağzalında düşüb, qohumuma zəng etməli
idim ki, məni qarşılasın. O zaman mobil telefonlar yox idi.
Küçələrdə quraşdırılmış
taksafondan zəng etməliydim. Taksafon tapmaq üçün irəli
- geri tüyünürdüm. Qəfildən “Ayə, qadan
alem, nədi axtardığın?” - deyə şirin ləhcəli
bir səs dəydi qulağıma. Bu doğma səsdən qəlbimə
hərarət gəldi. Elə bildim kəndimizdəyəm.
Sonra öz köməyini əsirgəməmək
üçün dedi:
- Deyəsən
birinci dəfədir Bakıya gəlmisən? Yəqin ali məktəbə
sənəd verməyə gəlmisən?
- Bəli,
universitetin Jurnalistika fakültəsinə sənəd vermək
üçün gəlmişəm, - dedim.
- Ayə,
sənin qadan alem, elə mən də Jurnalistika fakültəsini
bu il bitirmişəm. Gəl tanış olaq, mənim adım
Eldardır, Eldar Nəsibli! - deyə əlavə etdi.
Sən
bir təsadüfə bax! Bu, illərdən bəri uzaq bir kənddə
qəzet səhifələrindən şeirlərini
oxuduğum, şəklini qəzet səhifələrində
gördüyüm Eldar Nəsibli imiş...
Bu
sözləri eşidəndə uşaq kimi sevincimi gizlədə
bilmədim, gözlərim yaşardı. Qəlbinin isti nəfəsi
mənə nəğməli nəfəs kimi, ümidverən
səs kimi gəldi.Sanki könlümdə bir körpə
ümid göyərdi. Dedim:
- Mən
sizin şeirlərinizi oxumuşam, əzbərdən bildiyim
şeirləriniz də var. (O zamanlar yaxşı bir şeir
oxuyanda suçəkən kimi yaddaşımıza hopdururduq).
Güldü.
- Sən
özün də şeir yazırsan, yəqin? Şeirlərindən
birini de görüm...
Tər məni
basdı. Utana - utana bu şeirimi söylədim:
Dayça
yerişliydim on beş yaşımda,
Həmin
o yaşımda, sevda başımda
Gedib
oturanda elçi daşında
O
daşın üstündə çiyid kimiydim.
O
daşın üstündə səhərləyəndə,
O
daşı adınla möhürləyəndə,
Səni
ovsunlayıb sehirləyəndə
Kişi
qırığıydım, iyid kimiydim.
Sizin
evinizin sol ayrıcında,
Bir kəmər
yerində, qol ayrıcında,
Gözlərim
gözlərin yol ayrıcında -
Elə
göyərmişdim, şüyüd kimiydim.
Gecələr
ulduzla, ayla gəlməsə,
Bayatı
gəlməsə, layla gəlməsə,
Ürəyim
istəyən leyla gəlməsə
Boynu buruq
qalan söyüd kimiydim.
Başımı
qaldıranda bu xoş simalı insanın, ilahi mərifət
sahibinin necə bir təbəssümlə üzümə
baxdığını gördüm.
Sanki əziz
bir adamına baxırmış kimi baxırdı.Qolumdan tutub
dedi:
- Gəl
gedək, ay “kişi qırığı”, ay “balaca şair!..”
Bir az da mənə
ürək - dirək verdi. Heç narahat olma, sən
Jurnalistika fakültəsinin tələbəsi olacaqsan, o zaman
özüm gəlib səni tapacam, - dedi. Sonra bir taksiyə
oturduq, məni qohumum yaşayan ünvana apardı.
... Mən
artıq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
oxuyurdum. Şeirlərim, məqalələrim qəzet və
jurnallarda, almanaxlarda işıq üzü görürdü.
Eldar Nəsibli də “Elm və həyat” jurnalında işləyirdi.
Həmin jurnalın redaksiyası Jurnalistika fakültəsinin
yaxınlığında yerləşirdi. Vaxt olduqca
görüşürdük.
...
İllər ötdü. Onunla
tanışlığımız sonradan təmənnasız,
nizamı pozulmayan dostluğa çevrildi və
ömrünün sonunadək öz təravətini itirmədi.Ədəbi
mühitin içindəki qələm dostlarımızla
çox vaxt bir yerdə olardıq. Hər sözdə - söhbətdə
şeiriyyət aradığımız, ayna bulaqlar, billur
çaylar duruluğunda ömrün bulaq - bulaq, çeşmə
- çeşmə qaynar gənclik illəri beləcə
ötüşdü. Yaxşı günlər idi, gözəl
günlər idi,necə də yel kimi keçib getdi. Şeirlə
nəfəs aldığımız, şirin duyğularla,
xoş arzularla yaşadığımız o günləri
unutmaq olarmı?
İşimlə
əlaqədar bir neçə il o mühitdən aralı
düşmüşdüm. Eldar Nəsibli ilə uzun illərdi
görüşmürdük. Ömrünün son illərində
“Azərbaycan” qəzetində işləyəndə telefon əlaqələrimiz
yarandı, vaxtaşırı danışırdıq. Sonuncu
dəfə böyük oğlu Nofəlin toyunda
görüşmüşdük. Görüşəndə
“ayə, qadan alem, sənsənmi, saçların nə yaman
ağarıb?! - dedi.
O səs
hələ də qulağımdadır. Şıxlı kəndinin
yanından ötüb doğma kəndimizə gedəndə məni
qəribə hisslər bürüyür, elə bilirəm nə
vaxtsa Eldarı görəcəyəm. Yenə “ayə, qadan
alem, sənsənmi?! - deyəcək. O səsdən
ötrü hərdən elə qəribsəyirəm ki...
Şıxlı
ilə Faxralı kəndlərini bir - birinə bağlayan
qırılmaz tellər var. Şöhrəti Azərbaycana
sığmayan ağır elli, şirin dilli, ləhcələri
eynilik təşkil edən Qazağın Şıxlı kəndinin
Borçalı mahalındakı ana kəndim Faxralının
adamlarının danışığının
dadını - tamını, şirinliyini bir - birindən
seçmək mümkün deyil. Bu gün az qala unudulmaqda olan
elə ifadələr və duzlu - məzəli sözlər
var ki, faxralıların və şıxlıların dilində
yaşamaqdadır.Ona görə də harada rast gəlsələr,o
kəndlərin insanlarınıdoğma hisslər bir - birinə
yaxınlaşdırır. Eldarla dostluğumuzun mayasında da
bir qançəkərlik və ruhların
doğmalığı var idi.
O,
Şıxlı kəndində adlı - sanlı bir
ocağın övladı idi. Uzaq Sibirdə doğulduğuna
görə Sibirel təxəllüsünü
götürmüşdü özünə.
Uşaqlığı, ömrünün unudulmaz
çağları isə Şıxlıda keçmişdi.
“Salam, Şıxlı kəndi” şeirində yazırdı:
Salam,
doğma kəndim, doğma ocağım!
Ömrümün
işıqlı taleyi, baxtı.
Sənin
sinən üstdə uşaqlıq çağım
Başını
qaldırıb dünyaya baxdı.
Mənim
son mənzilim, mənim ilk yuvam,
Sənin
dünya kimi genişdir qəlbin.
İçimdə
bahardır bir udum havan,
Buzumu əridən
günəşdir qəlbin.
Onun
sözünün sazla dil tapmasının elə könül
aparan məqamları var ki... Bu da təsadüfi deyil,
çünki o, ədəbiyyata sazlı - sözlü Qazax
mühitindən gəlmişdi. Şeirləri sevilə-sevilə
Qazağın hər yerində dillər əzbərinə
dönüb. Xüsusilə onun çox məşhur “Bura
Qazaxdır, oğlum” və “Kərəm elə
yanmalıydı” şeirləri aşıqların dilindən
düşmür, eldən - elə dolaşır. Şair
qardaşım Barat Vüsalın sözünə qüvvət,
bəlkə də Qazax haqqında ən gözəl şeiri
də elə Eldar Nəsibli yazıb?!
Eldar Nəsiblinin
şeirləri dolğun və mənalıdır. O, həyat
hadisələrini şeirə gətirirdi və həyata
şeirin gözü ilə baxırdı. Şeirlərindəki
bədii tutum, obrazlı deyimlər, dilinin ifadə tərzi,
şair təxəyyülü oxucunu
düşündürür.
Fikirləri
bədii mənzərəsi, poetik bitkinliyi ilə seçilir.
Bu, onun şair ovqatından və xarakterindən irəli gəlirdi.
Eldar saf
insan idi, işıqlı insan idi. Bütün bu ülvi
keyfiyyətlərin kökündə onun istedadı
dayanırdı. Üstəlik təvazökarlığı
da ona çox böyük hörmət
qazandırmışdı. Ədəbi mühitdə bu
gün də Eldar Nəsibli əziz insan kimi xatırlanır.
Adı eloğullarının yanında Şıxlı
torpağı qədər xətirli və qədirlidir.
Yaradıcılığına görkəmli şair və
yazıçılar, ədəbiyyatşünas alimlər, eləcə
də qələm dostları yüksək qiymət vermişlər.
İstedadlı gənc şair Elməddin Nicat isə şairə
sevgisini onun xatirəsinə həsr etdiyi şeirində poetik
duyğularla belə ifadə edib:
...
Yığılan bənövşə qomu yaşamır,
Zirvədə
səhranın qumu yaşamır.
Mən
yaxşı bilirəm hamı yaşamır,
Yamyaşıl
içində ağ - qara ömrü.
Özün
bilməyənə görk dərdi vardı,
Ağlı
kəsməyənə dərk dərdi vardı.
İçində
bir bütöv türk dərdi vardı,
Tanrı
çoxmu gördü Eldara ömrü?
Eldar Nəsibli
həm də gözəl tərcüməçi kimi
tanınırdı. Sergey Yesenin, Yevgeni Yevtuşenko, Marina
Svetayeva kimi məşhur rus şairlərinin şeirlərini
ana dilimizə ustalıqla çevirmişdi. Bütün bunlar
onu deməyə əsas verir ki, Eldar Nəsibli ədəbiyyatda
haqqı olan qələm sahibi idi.O, təmiz adını
ömrünün sonunadək təmiz yaşatdı. Bir
şeirində yazırdı:
Verdim
ürəyimi şeirə, sənətə,
Nə
vara yüyürdüm, nə də sərvətə.
Sən həsrət
çəkdiyin ada - şöhrətə
Mən
üstdən aşağı baxdım da gəldim.
Elinə
- obasına çox bağlı idi. Şıxlı
ocağının istisi onun şair könlünü əfsunlamışdı.
Tez- tez kənddə doğmalarının əhatəsində
olurdu. Elə ömrünün qürubunda da alın
yazısı onu çəkib doğma kəndinə gətirmişdi.
...Yaşasaydı,
yaşın 65-nə varacaqdı. Eldarın yoxluğu araya
düşəndən bir neçə il sonra sükut dolu
cığırlar ayaq səslərindən hənirləndi,
izində izlər bitirən yollara qovuşdu... Gənc şair
Elnur Süleymanlının maşınında ikinci
Şıxlı qəbirsanlığına getdik. Məzarının
önündə onun ruhuyla baş - başa, könül -
könülə qalmışdıq.
Başdaşında
şəkilə dönən şair dostumun gözləri
sonsuz yollara dikilib, həsrətli baxışlarıyla
ayrılan yollara baxır, hey baxırdı.Sanki gözləriyollara
baxmaqdan doymur. Sonsuz zaman içində olsaq da,həyat
özü bir ömürlük yoldur. Ayrılıqların əlindən
tutub gedən yolları yolundan saxlamaq olmur. Beləcə həsrətin
yolları Eldar Nəsiblinin doğmalarının, əzizlərinin
ürəyindən keçib, Qazax torpağına qovuşub:
Gözümdə
dünya ilə birdi o yerlər mənə,
Boynumda
minnəti var,
pirdi o
yerlər mənə,
İlhamını
gur çayın verdi o yerlər mənə,
Çağlayır
gecə - gündüz
sinəmdəki
bulaqda.
Səyyah
xəyallar kimi
hayana
düşsə yönüm,
Səsini
eşitməsəm,
batardı
səsim, ünüm.
Özgə
umacağım yox,
son
günündə ömrümün
Bircə
qarış torpağa dönə bilsəm Qazaxda.
Həzi HƏSƏNLİ
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.17.