Həsrətin qırmancı qısqanclıq

 

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Bir qəlb hüzünləndimi, gözyaşı heç gözlərdən axmaz ki...

 

Dünən dünəndə qalır; gecə gecədə. Bir qəlb hüzünləndimi gözyaşı heç gözlərdən axmaz ki. Sözlər ağlar, hallar ağlar; xəyallar ağlar həm .

 

İnsanın heç aşa bilməyəcəyi, unutmayacağı günlər, anlar, zamanlar olur həyatda; eşqdə.

 

Unutmaq bəzən əlacdır, bəzən ehtiyac, amma unutmadıqlarımız çıxarsa, önümüzə yalnızlığımızla; yuxu uzaqlaşırsa, bizdən nəfəs-nəfəs; bu hala bizi qoyan həsrət uluyarsa bir qurd kimi ay işığında hər gecə həsrəti artıran qısqanclıq bir qırmanc kimi enərsə könlümüzə, bədənimizə. Sabaha çatmaq üçün duaya səcdələrə üz tutmaqdan qeyri yoxdur ki, başqa bir çarə.

 

Gecələri  çarmıxa çəkilməyim var,  amma bəzən bacarmıram həsrətlə. Mən onu qırmanclamaq istərkən, həsrət əlimi, qolumu bağlayır sabahın ilk işıqlarınadək vurduqca vurur qəlbimə, içimə, düşüncələrimə.

 

Dözüləsi deyil bəzi gecələr, gündüzlər. Sərinləmək istədikcə ürəyim, düzlər dik olur yoxuşlarda puçur-puçur tərlədir məni eşq. Yuxusuzluğumun səbəbi içimin içimlə qovğası, könlümün nəfsimlə savaşı.

 

Eşqdən razıyam; eşqin hər halından, lakin bəzən kar olmaq istəyir könlüm, ağlım. Ürəyim, yorulur sahilimə vuran düşüncə dalğalarının şiddətindən.

 

Gəl-getlərim sənə dair deyil, yar! Gəl-getlərim həsrətlə qısqanclıq arası. Sonsuz xoşbəxtliyi huzuru arzulayan ruhum, Mövlaya sənə inancımla ayaqda.

 

Qısqanclıq, eşqin mayasında var; ayrılıq, həsrət, gözləmək və dünya vüsalımın önündəki divar. Olmazı “ol” deyincə ol edən; könlümü, ağlımı, xəyallarımı inancla dolduran Xudaya şükürlər olsun ki, eşqə aşiqəm mən.

 

Gəlsin həsrətin qırmancı, qısqanclıq vursun könlümə; eşqaşiq olduqdan sonra həsrət çəkmək də gözəl, çünki taleyi gözləmək, təcəllaya duadır.

 

Təslimiyyət aşiq üçün səhmanlıq. Buna görə məndə yox peşmanlıq. Halım çoxlu yüklənməkdən qaynaqlı, lakin bilirəm ki, vüsal gələcək əlbət.

 

Hüznümü içimə gömdüm sonunda; gecələr uzunu öldükcə öldüm eşqə, hər addımda dua etdim; təslim oldum taleyə və onu yazan Allaha.

 

Qeyrisini sən bilirsən; səlaməti sən verirsən, Mövla”- deyə-deyə yenilmədim ahlara; yol aldım sabahlara.

 

Şükürdəyəm; çox şükür;  üsyanda deyil qəlbim. Yandırdığım hər şeyin sahibi Rəbbim.

 

Ayrı olsaq da, hər dəm ruhum sənlə bərabər,

Səndən xəbər almazsam oluyorum dərbədər.

Dalğalar məhşər adlı kıyıya ulaşacaq,

Mutluluğa dönəcək bir gün həsrət və kədər.

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.12.