Aşıq Pənah 90 illiyində
anıldı
Bakı
Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Aşıq Rza Qobustanlı adına mədəniyyət
evində Aşıq Pənahın anadan olmasının 90 illiyi ilə əlaqədar konsert proqramı keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan
Aşıqlar Birliyinin
nümayəndəsi Altay Məmmədov
Aşıq Pənahın
həyat və fəaliyyəti haqqında
geniş məlumat verib.
Konsertdə Əli Tapdıqoğlunun
rəhbərliyi ilə
“Aşıqlar” xalq kollektivi, Aşıqlar Birliyinin üzvləri - Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq
Elçin və Dərya dueti və digər gənc aşıqlar çıxış ediblər.
Konsertdə tanınmış xanəndələrdən
Rövşən Əziz,
Kamilə Nəbiyeva, Tahir Quliyev Aşıq
Pənahın şeirlərinə
bəstələnmiş mahnıları
səsləndiriblər.
Sonda Aşıq Pənahın
oğlu ailəsi adından tədbirin təşkilatçılarına
təşəkkürünü bildirib.
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.12.