Şəkidə “Türk
dünyasının mədəniyyət paytaxtı 2016” ili yekunlaşdı
Şəki Dövlət Dram Teatrında
“Türk dünyasının
mədəniyyət paytaxtı
2016” ilinin bağlanış
mərasimi keçirilib.
Mərasimdən öncə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş
katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət
nazirləri Daimi Şurasının 34-cü toplantısında
iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm
sərgisi ilə tanış olublar.
Məlumat verilib ki, hər il
keçirilən ənənəvi
rəsm sərgisi bu dəfə Şəki şəhərinə
həsr olunub. Sərgidə Şəkinin tarixini,
müasir inkişafını
və adət-ənənəsinin
kətana köçürüldüyü
50-dək rəsm əsəri
nümayiş olunur.
Qeyd edilib ki, əsərlərin
bir qismi Şəki Dövlət Rəsm Qalereyasında, bir qismi isə
TÜRKSOY-un Ankarada yerləşən
mənzil-qərargahında saxlanılacaq.
Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə
“TÜRKSOY birliyi Şəkidə”
adlı əsərinə
görə qurumun mükafatı təqdim olunub.
“Şəki - Türk
dünyasının mədəniyyət
paytaxtı 2016” ilinin bağlanış mərasimi
şəhərin müasir
mədəni həyatını
əks etdirən videoçarxın nümayişi
ilə başlanıb.
Sonra türkdilli
xalqların musiqi nümunələrindən ibarət
konsert proqramı təqdim olunub.
Konsertdə qardaş xalqların himni səsləndi. “Biz iki dövlət - bir millətik”, “Azərbaycan”,
özbək mahnısı
“Çayxana”, “Şəki”,
“Çırpınırdı Qara dəniz”, türkmən mahnısı
“Seypelmenek” və digər türk xalqlarının mahnı və rəqsləri ifa edilib.
“Zirvə” xalq
instrumental ansamblının müşayiət etdiyi konsert proqramının bədii rəhbəri Şəki şəhər
1 saylı İncəsənət
məktəbinin direktoru
Eldar Rəcəbov olub.
Konsertdən sonra mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək “Mədəniyyət
paytaxtı” ilinin Şəkidə zəngin
mədəni tədbirlərlə
yadda qaldığını
deyib: “Bu il Şəkidə bütün
Türk dünyasının
mədəni vəhdətinin
nümayişi oldu. Bu tədbirlər bizim qardaşlığımızı
daha da möhkəmləndirdi,
mədəni əlaqələri
gücləndirdi. Bu,
TÜRKSOY-un fəaliyyət istiqamətinin əsas qayəsidir. İnanıram ki, türk dünyasının
mədəni zənginliyi
vahid bir mədəniyyət kimi dünyada daha geniş təbliğ olunacaq və bizim əlaqələrimiz
daha da güclənəcək”.
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov Şəkinin “Türk dünyasının mədəniyyət
paytaxtı” adını
yüksək səviyyədə
təbliğ etdiyini deyib. Bildirib ki, Şəki
şəhəri ilə
mədəni əlaqələr
bundan sonrada davam etdirilərək onu nəinki türk dünyasında, bütün dünyaya tanıdacağıq.
Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı
Elxan Usubov “Türk dünyası mədəniyyət paytaxtı”nın rəmzini Qazaxıstanın Türkistan
şəhərinin meri
Alembek Usambayevə təqdim edib.
TÜRKSOY-un “Türk dünyasının mədəniyyət
paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir.
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.13.