Ədəbi və elmi fikir tariximizdən: Ceyhun Hacıbəylinin araşdırmaları

 

Çoxşaxəli, çoxsahəli fəaliyyəti ilə xalqımızın istiqlal mücadiləsi tarixində olduğu kimi, ədəbi-mədəni, mətbu həyatında da xidmətlər göstərən Ceyhun Hacıbəylinin folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, tarix politologiya istiqamətlərində araşdırmaları bu gün aktuallığını əhəmiyyətini itirməyib.

 

Fikrimizcə, C. Hacıbəylinin araşdırmaları barədə dolğun, sistemli elmi-nəzəri nəticələr əldə etmək üçün ayrı-ayrı tədqiqat sahələrinə müvafiq olaraq onun qələmə aldığı əsərlərin təsnifatını verməklə təhlil etmək dəyərləndirmək məqsədəuyğundur.

 

1.Ədəbiyyatşünaslığa, tariximizə, mətbuat, mədəniyyət incəsənət xadimlərinin həyat yaradıcılığına dair əsərləri.

 

Hələ ilk yaradıcılığı dövründə ədəbiyyat tarixi ədəbiyyatşünaslıq məsələlərinə maraq göstərən C. Hacıbəyli sahə ilə bağlı bir sıra dəyərli məqalələr yazıb dövrün mətbu orqanlarında dərc etdirib. Mühacirətəqədərki dövrdə Ceyhun Hacıbəyli publisist, ədəbiyyatşünas, maarifpərvər din xadimi, M. F. Axundovun məsləhəti ilə tərtib etdiyi "Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuədir" adlı dördcildlik əsəri ilə milli ədəbiyyat tariximizin öyrənilməsinə qiymətli töhfə verən (həmin əsərdə XVIII- XIX əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin əsərlərindən nümunələr toplanılıb) Mirzə Hüseyn Əfəndi Qayıbov haqqında (1830-1917) yazdığı məqaləni bu gün ədəbiyyatşünaslığımızın dəyərli qaynaqlarından hesab etmək olar. Şair, yazıçı, alim, tərcüməçi Abbasqulu Ağa Bakıxanov haqqında Ceyhun Hacıbəylinin Fransa mətbuatında dərc etdirdiyi məqalə həm Vətənimizin, onun şöhrətli övladlarının tanıdılması baxımından, həm A. Bakıxanovun irsinin tədqiqi yönündən mühüm əhəmiyyət kəsb edir. Mühacirətdə ikən Azərbaycanın ədəbiyyat, mədəniyyət incəsənətini təbliğ etməyə çalışan C. Hacıbəylinin fransız mətbuatında - qəzet jurnallarında dərc etdirdiyi məqalələr daha çox diqqətəlayiqdir.

 

Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə "İki dünyanın jurnalı"nda dərc etdirdiyi məqalənin əvvəlində göstərir ki, Qafqaz xalqlarının tarixinə həsr edilmiş əsərlər çox azdır. Qədim tarixçilər, xüsusilə ərəb, yunan farslar bu barədə təsadüfdən-təsadüfə, daha çox müdaxilə basqınları təsvir edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövr haqqında çox az bilirik.

 

Azərbaycan XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etdikdə C.Hacıbəylinin 30-cu illərin ortalarında xarici mətbuatda qaldırdığı problem bütün çılpaqlığı ilə özünü göstərdi. "Tarix" ideologiyaya xidmət etdiyi üçün yaşamadı. Sovet tarixçiləri həm son 70 ilin saxta tarixini yazmışlar, həm əvvəlki dövrləri təhrif etmiş, bir çox tarixi faktlara qəsdən, bilərəkdən göz yummuşlar. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı qarşısında bütün çətinliyi ilə duran suallardan biri tariximiz oldu. İş o yerə çatmışdı ki, xalqımızın, dilimizin adı, Konstitusiyada onların necə adlandırılması referenduma çıxarıldı. Bütün bu problemlər şübhəsiz ki, tariximizdəki, daha dəqiq desək, tarix haqqında yazılan əsərlərimizdəki boşluqların, çatışmazlıqların nəticəsi idi. C.Hacıbəyli 1934-cü ildə yazırdı ki, "bu boşluğu, qismən olsa, Abbasqulu Ağa Bakıxanov adlı bir azərbaycanlı alimin "Gülüstani-İrəm" adlı əsəri doldura bilər.

 

Ceyhun bəy əsərin əhəmiyyətini qeyd etdikdən sonra "Gülüstani-İrəm"in nəşr olunub-olunmaması barədə fikir mülahizələrini bölüşür. Qeyd edir ki, onun bəhs etdiyi variant rus dilindədir 320 səhifədən ibarətdir. Müəllifin fikrincə, "Şirvanın Dağıstanın tarixi" adlanan rus variantı stilistik qrammatik cəhətdən zəifdir, bununla belə əhəmiyyətini itirmir. Məlum olur ki, rus variantında müqəddimədən sonra 21 səhifə ölkənin coğrafi təyinini təsvirini verir. Əsər beş dövrə həsr olunmuş beş hissəyə bölünüb: "Qədim dövrdən ərəblərin Qafqazda peyda olmasına kimi" adlanan I hissə 30 səhifədən ibarətdir burada həmin dövrün tarixi mənzərəsi ətraflı işıqlandırılır. 40 səhifəlik II hissə ərəblərin peyda olmasından (VII əsrin ortaları) monqol işğalı (VIII əsrin ortaları) arasındakı dövrə həsr olunub. 27 səhifəlik III hissə monqol-tatar müdaxiləsindən İranda Səfəvilər sülaləsinin taxta çıxmasınadək (XV əsr) tarixi əhatə edir bu sülalənin bütün hökmdarlarının siyahısını nəzərə çatdırır. Ən böyük, 96 səhifəlik IV hissə XV əsrdən Nadir şahın ölümünə qədərki dövrdən bəhs edir (XVIII əsrin ortaları). Nəhayət, 75 səhifədən ibarət olan V hissə ölkənin Nadir şahın ölümündən Rusiya İran arasındakı Gülüstan müqaviləsinədək (XIX əsrin əvvəli) olan dövrü təsvir edir. 17 səhifəlik əlavə Şirvan qonşu ərazilərin "diqqətəlayiq adamların, ziyalı alimlərin həyatına aid kiçik qeydlərə həsr olunub. Bu əlavə bütün müsəlman aləmində məşhur olan Xaqani, Fələki, Çələbi, Nizami, Əbül-üla s. kimi 20-yə yaxın şəxsin tərcümeyi-halından ibarətdir.

 

C.Hacıbəyli göstərir ki, A.Bakıxanov bunlardan başqa daha 30 nəfərə yaxın Şirvan mənşəli yazıçının adını çəkir. Müəllif yazır: "O, əsəri öz şəxsi həyatına aid bəzi detalları verməklə bitirir deyir ki, "bu onun qürur hissindən deyil, adətə hörmətdən onun məhz bu ölkədən çıxmasından doğan məğrurluqdan irəli gəlir". "Başqaları qızılgül jasmin, mən isə yalnız itburnu gülü olsam da, bu bizə eyni gül bağından olmağımıza mane olmur".

 

C. Hacıbəylinin görkəmli yazıçı- publisist İsmayıl Qaspiralı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, ədəbiyyat mətbuat xadimlərindən, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Abdulla bəy Divanbəyoğlu, Haşım bəy Vəzirov istedadlı nakam aktyor Hüseyn Ərəblinski, tanınmış tatar şairi Abdulla Tukay, görkəmli macar türkoloqu Yuli Remet, gürcü şairi, yazıçı, ictimai xadim Akaki Sereteli (1840-1915), klassik Şərq poeziyasını parlaq simaları Hafiz Şirazi, Əbülqasım Firdovsi kimi ədəbiyyat, mədəniyyət xadimlərinə  həsr etdiyi yazılar onun maraq dairəsinin zənginliyinə, eyni zaman da peşəkar, səriştəli tədqiqatçı olduğuna dəlalət edir.

 

Ceyhun Hacıbəylinin sevə-sevə haqqında bəhs etdiyi İsmayıl Qaspiralı türk dünyasının mədəni, mətbu-ictimai-mənəvi tarixində misilsiz rol oynamışdır. Onun həmişəyaşar ideyaları taleyin hökmü ilə dünyaya səpələnmiş böyük bir millətin illər uzunu arzu və istəklərini əks etdirməklə bərabər, tərəqqi, dirçəliş, xilas yoluna işıq saçmışdır. Bu ideya çox yığcam şəkildə belə ifadə olunmuşdur: "Dil, fikir birliyi". Bu ideyanın formalaşmasına, sonralar isə alovlu təbliğinə İ.Qaspiralı bütün həyatını həsr etmişdir.

 

C.Hacıbəyli sevə-sevə "mədəniyyətimizin pioneri" adlandırdığı milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin həyat, fəaliyyətinə də dəfələrlə məqalələr həsr etmişdir. Bu baxımdan onun "Kaspi" qəzetində dərc olunan və "Həsən bəy Məlikovun xatirəsi" (1912-ci il, ¹ 269) və "Müsəlmanın qeydləri" rubrikası ilə "Yeddi il" adlı məqalələri (1914-cü il, ¹267) diqqəti xüsusi ilə cəlb edir. C.Hacıbəyli Həsən bəy Zərdabi ideya və əməllərinin daim aktual və əhəmiyyətli olduğunu diqqətə çatdırır və bu məsələnin həmişə gündəlikdə saxlanılmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır.

 

Ceyhun bəy böyük alimmaarifçi mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibəti ilə yazırdı: "Bugün müsəlman-maarif işinin pioneri sayılan H.Məlikovun ölümündən 7 il keçir. Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 7 il keçir". ("Kaspi" qəzeti, 1914-cü il, 29 yanvar, ¹ 10). Məqalə müəllifi mərasimdən sonra H.Məlikova münasibətlə bağlı hansı işlər görüldüyünü araşdırmaq istəyir. Bu qənaətə gəlir ki, "deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı...

 

Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil və tərcümeyi-halı dərc edildi. Vəssalam. Müsəlman cəmiyyəti bu nəhəng şəxsiyyəti unutdu. Həsən bəyə abidə qoymadı. Mərhuma başdaşı qoymaq üçün onun xanımına yardım belə etmədi". C.Hacıbəyli bu münasibətin təsirindən hiddətlə yazırdı ki, vəhşilər belə öz rəhbərlərinin qəbrini abadlaşdırır, bəzəyirlər.

 

Böyük xalq xadiminə ögey, laqeyd, biganə münasibətdən hiddətlənən C.Hacıbəyli məqaləni daha sərt cümlələrlə bitirir: "Bütün hallarda, yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə, bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneçilik törədilir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır..."

 

Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxmış "Əkinçi" qəzetinin redaktoru H.Məlikovun vəfatının beşilliyi münasibətilə C.Hacıbəyli yazırdı ki, hər bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. Bu, ictimai və mənəvi şüura təsir edir, onu dirçəldir". ("Həsən bəy Məlikovun xatirəsinə" məqaləsi, "Kaspi" qəzeti, 1912-ci il, 28 noyabr, ¹ 267).

 

Görünür, C.Hacıbəyli bir qədər əvvəl "Müsəlmanın qeydləri"ndə cəmiyyətin diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki, xeyriyyə cəmiyyətləri onun dediklərindən nəticə çıxaracaq. ("Kaspi" qəzeti, 1915-ci il, 29 yanvar, ¹ 29). Bütün həyatını xalqa həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, bir çox sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi başdaşı qoymağa pul tapılmadı.

 

Ceyhun bəy böyük satira ustası M.Ə.Sabir və xalqın tərəqqisi, maariflənməsi yolunda ömrünü şama döndərən H.Vəzirovun da irsinin toplanması, gələcək nəslə çatdırılması, adlarının əbədiləşdirilməsini çox zəruri vəzifə kimi irəli sürürdü. ("Bir ölüm ətrafında" məqaləsi, "Kaspi" qəzeti, 1913-cü il, 20 aprel, ¹ 87, "Kədərli ildönümü" məqaləsi "Kaspi" qəzeti, 1917-ci il, 5 fevral, ¹ 29). H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşur: "Haşım bəyin adı Qafqaz müsəlmanlarının ictimai-milli dirçəliş tarixinə düşəcəkmi?" Cəmiyyətdə hökm sürən etinasızlıq müəllifi kədərləndirir. Müəllif, H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edir.

 

"Bir ölüm ətrafında" adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı söz ustası Abdulla Tukayın vəfatının adamları nə qədər sarsıtdığından bəhs edən C.Hacıbəyli göstərir ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik. Onun əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində qaldıq. Abdulla bəy Divanbəyoğlunun "Can yanğıs" povestini mövzuideya baxımından təhlil edən Ceyhun bəy əsəri yüksək dəyərləndirir.

 

(Ardı var)

 

Abid Tahirli

525-ci qəzet.- 2016.- 6 dekabr.- S.6.