Firuz Mustafanın "Seçilmiş əsərləri"nin birinci cildi çıxdı

 

Yazıçı-filosof Firuz Mustafanın "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb.

 Kitaba yazıçının "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilib. Əsərlər ilk dəfə "Azərbaycan" "Literaturnıy Azerbaydjan" jurnallarında, Azərbaycanın Rusiyanın bir sıra məşhur saytlarında nəşr olunub.

Kitabın müqəddiməsində müəllif uzunmüddətli elmi ədəbi yaradıcılığından söz açıb: "Qısaca onu deyə bilərəm ki, yaradıcılığa orta məktəbdən başlamışam. Sovet dönəmində bir neçə ədəbi elmi kitabım işıq üzü görüb.

...İndi dönüb keçmişə baxanda görürəm ki, gərgin bir rejimdə işləmişəm. Gündüzlərim kitabxana auditoriyalarda, gecələrim isə miz arxasında keçib. Ona görə deyə bilərəm ki, təqdim olunan əsərlərin çoxu gecələr lampa işığında yazılıb. Əslində mən elə hər bir yazıçının əsərini qaranlıqda işıq saçan bir lampa hesab edirəm".

"Qapı" romanı, müəllifin sözləri ilə desək, "insanlığın təsəvvür etdiyi etmədiyi faciələrin anatomiyası"dır. "Cənnət çiçəyi" romanında fəlsəfi məzmun üstünlük təşkil edir.

Kitabda yazıçının əsərlərinin siyahısı professor Bədirxan Əhmədovun Firuz Mustafanın yaradıcılığından bəhs edən məqaləsi yer alıb.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 7 dekabr.- S.7.