Nizami Cəfərovun rakursu: "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına"

 

 

Professor Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına" kitabı işıq üzü görüb.

 

Kitaba müəllifin son illər qələmə aldığı məqalələri daxil edilib. Eyniadlı önsözdə N. Cəfərov Nizami Gəncəvidən Kamal Abdullaya qədər ədəbiyyat nümayəndələrinin adları üzərində dayanır, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinin ideya-estetik prinsiplərini açıqlayır: "Ədəbiyyat cəmiyyət tarixinin bütün dövrlərində, mərhələlərində ictimai ( milli!) şüurun ən müstəqil forması olmuşdur. bu müstəqillik, hər şeydən əvvəl, ondan irəli gəlir ki, ədəbiyyat ictimai şüurun ən kütləvi təzahürlərindən daha kütləvi ( milli)dir".

 

Müəllif yazır ki, Azərbaycan ədəbiyyatı bütün mövcud tarixi boyu müstəqilliyi iki səviyyədə müdafiə edib: insanın etnosun müstəqilliyi. N. Cəfərov hər iki müstəqilliyi qarşılaşdıraraq ümumi ardıcıllığı belə müəyyənləşdirib: "Bunların hansı birinin digərindən mühüm olduğu üzərində, ümumiyyətlə, mübarizə etmək mümkündür. Ancaq belə bir məqam, fikrimizcə, mübahisəsizdir ki, milli ictimai şüur formalaşana qədər ədəbiyyat daha çox insanı (onun müstəqilliyini!), formalaşdıqdan sonra isə etnosu, xalqı, milləti (onun müstəqilliyini!) tərənnüm edir".

 

Qeyd edək ki, kitab ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf olunub. Kitabda konkret ədəbi simalardan bəhs edən ("Nizami Gəncəvi ya dünyaşöhrətli Azərbaycan türkü", "Hər oxuyan Molla Pənah olmaz, yaxud Vaqifin fəlsəfəsi", "Gəncə müdriki"nin dünyagörüşü", "Mikayıl Müşfiq, yaxud talesiz şairin tale kompleksləri", "Qol çək "Müstəqillik Aktı"na, şair", "Anarın Türk dünyası", "Tarixin müasirliyi ya "Baş"ın metafizikasından "O"nun apokalipsisinə...) müxtəlif ədəbi mövzulara toxunulan ("Müsəlman intibahından milli intibahlara", "Qafqaz!.. Azərbaycan poeziyasının məhəbbəti", "Azərbaycan ədəbiyyatında sovet konyukturu"...) məqalələr toplanıb.

 

"Elm təhsil" nəşriyyatında çap olunan kitabın Elmi redaktoru Xalq şairi Nəriman Həsənzadədir.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 8 dekabr.- S.7.