Azərbaycan Tbilisidəki beynəlxalq forumda təmsil olunur

 

Əbülfəs Qarayev: "Mədəniyyət sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlığımız var"

 

Dekabrın 8-də Tbilisidə "Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar inkişaf üçün mədəniyyət yaradıcılıq yolları" adlı beynəlxalq konfrans işə başlayıb.

İki gün davam edəcək tədbirdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Tədbirin açılışında Gürcüstanın mədəniyyət tarixi abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək deyib ki, bu gün dünyada iqtisadi inkişafı mədəniyyətsiz kreativ sənayesiz təsəvvür etmək mümkün deyil.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı Gürcüstan Mədəniyyət Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi tədbirdə yaradıcı sənayenin mədəni əlaqələrin, turizmin, iqtisadiyyatın inkişafındakı rolu geniş müzakirə olunacaq. Mədəniyyətin şaxələndirilməsi bütün sahələrdə inkişafa təkan verir. Bu tədbir, eyni zamanda Cənubi Qafqaz regionu dünya dövlətləri arasında Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr arasında əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynayacaqdır.

Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman, Gürcüstanın təhsil naziri Aleksandr Jejelava, iqtisadiyyat davamlı inkişaf nazirinin müavini Ketevan Boçorişvili başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, kreativ sənayenin inkişafı ayrı-ayrı şəhərlərin, ölkələrin bütövlükdə bir regionun inkişafında mühüm rol oynayır. Bu gün dünyada istehsal olunan ümumi daxili məhsulun 3 faizdən çoxu məhz yaradıcı sənayenin payına düşür. Yaradıcı sənayenin inkişafı milyonlarla yeni yerinin açılmasına, yeni sahələrin yaranmasına imkan yaradır. Artıq dünyanın 70-dən çox ölkəsi kreativ sənayenin inkişafı layihəsinə qoşulub yaradıcı sənayeni inkişaf etdirir.

Çıxışlarda bu sahənin inkişafı ilə əlaqədar təkliflər səslənib. Avropa İttifaqının bütün ölkələrdə yaradıcı sənayenin inkişafına dəstək verəcəyi qeyd olunub.

Forum işini panel iclaslarında davam etdirib.

Əbülfəs Qarayev panel iclasda çıxış edib.

Nazir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Mədəniyyətin şaxələndirilməsi, yaradıcılıq sənayesinin inkişafı ilə bağlı fəaliyyət planı barədə danışıb. 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb həmkarlarını bu nüfuzlu tədbirə dəvət edib.

"Tbilisidə keçirilən "Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar inkişaf üçün mədəniyyət yaradıcılıq yolları" adlı beynəlxalq forumda iştirak bizim üçün çox vacibdir. Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik". Bu sözləri isə Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında söyləyib. Nazir deyib ki, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir. Panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə, həm mədəniyyətin turizmə təsiri mövzusunda fikir mübadiləsi aparılıb.

Ə.Qarayev deyib ki, Azərbaycan mədəniyyət, eləcə turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edir: "Biz bir sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gün davam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik".

Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək.

 

525-ci qəzet.- 2016.- 9 dekabr.- S.7.