Nizami demiş...
(Əvvəli
ötən şənbə saylarımızda)
Söz, sənət
xiridarı, görkəmli İnsan və alim qardaşım
Nizami Cəfərova bir könül ərməğanı
Hər
uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.
Nizami Gəncəvi
Yamanlar
yalanla can üzərdilər,
Qərbdə qəribə bir kindi siyasət.
Bir vaxt
siyasətlə baş bəzərdilər,
Pambıqla
baş kəsir indi siyasət...
Olacaq,
olan yox, oldurulandı,
Yadlar - yaddaşını sil, unut - deyir.
Cibləri
rüşvətlə doldurulandır;
“Dovşana
qaç, tazıya da tut” - deyir.
Pozmur qərarını
hər hədd aşan da,
Cənabdır, ledidir, madamdır, ya ser.
Vətən
anlayışı yox yaddaşında,
Müasir
imici: korrupsioner.
Özgədən
gileyim-özgələr üçün,
Bizə aid deyil mənfi bir çalar.
Gəlir
üstümüzə öz gəliriçün
“Qara”sı
qurumuş qaynar birjalar...
Yad el
doğmalığı arxivə çatıb,
Soyuq nəzərləri alqışlayırlar.
Bülbülü
xərabat küncünə atıb,
Bayquşa
gülüstan bağışlayırlar...
Qaraya
tutan çox yenə ağı da,
Bu nə bəyənməzlik, ay elçi qardaş?!
Öz ana
dilində danışmağı da,
Yenə
ar bilənlər var, dilçi qardaş?..
Göz
var Bakımızın gözəlliyində,
Göz içrə mələklə fələk
güləşir.
Bu
köhnə şəhərin təzəliyində,
Odalar,
ofislər əcnəbiləşir...
Qatqıdan
qorunub özünü gözlər,
Bu saf mayamızla təmiz dölümüz.
Meydan
sulayanda qurama sözlər,
Ana deyib
ağlar Ana dilimiz...
Reklamlar bərq
vurur, işığı gözəl,
İşığın altında yazısı özgə.
Parkda
bizimsə də zəncir dartan əl,
Zəncir
boğazında tazısı özgə...
Göylərə
bülənddir didərgin ahı,
Torpaq deyə-deyə
yurdsuz zarıyır...
“...Bu
soyuq qanları neylər... İlahi”?!
“Bədbəxt
Tükəzbanlar” evdə qarıyır?!.
Söylə, müqaddəsmi, Anamı torpaq?!
Keçmişin cavabı “...im...”, “...idi...”nədir?
Ötənin,
itənin inamı torpaq,
Torpağı itənin ümidi nədir?!
Gəzib
-dolaşmışam külli -aləmi,
Üstündür
elimiz ellərdən qat-qat!...
Zülmət
gəlişinə əl çalmaq dəmi
İşığa
qapısı qapanan həyat...
Zorla dikələni
yıxmaqdan ötrü
Nədən bəd danışıb-dinirik, qardaş?!
Niyə
bir mərtəbə qalxmaqdan ötrü
On-on beş mərtəbə enirik, qardaş?!
Dargözlük
edirik çəmənə, dağa,
Cəllada, qansıza nə qan gəzirik?!
Günəşin
nurunu qamçılamağa
Fürsət
axtarırıq, məqam gəzirik...
Paxıllıq
- paxlasız bir ovuc düyü,
Xiffət nəmi çəkib, şiş - sərvət
olur.
Qısqanclıq
kabusu bürüyüb göyü,
Yağanda yer üzü bimürvət olur.
Gözə
görünəni gözdən salırıq,
Gözəgörünməzin görküsə
ayıq.
Alovu
üfürüb közdən salırıq,
Başda
papağımız külləmə oyuq...
Bürüyüb
aləmi bur laqeydlik,
Yoxdur qaldıranı yıxılan kəsin.
Təkəbbür
içində insanlıq ləlik,
Xilqəti xar olan xaliq neyləsin?!
Bircə
tükünü də verməz dinara
Yekəxanalığı
önə yaxanlar;
Qaydadır:
baş əyər torpağa, sonra
Günəşə
boylanar günəbaxanlar...
Zalımlığından
da əl çəkmir zalım,
Fağıra verdiyi əzabı nədir?!
İnsanın
insana nifrəti məlum,
Ölkənin ölkəyə qəzəbi nədir?!
Balığı
aldadır soxulcan səsi;
Binəva şütüyür qarmaqdan ötrü.
Bağırmaq
- oğrunun fəndi, hiyləsi -
Doğrunun
bağrını yarmaqdan ötrü...
Deyirlər
zəmidə əlli dən qalıb...
Həmişə, hər yerdə düzü duyan yox.
Haçandan əl tutmaq əlli...dən qalıb?!
Əl əli
yumasa, üzü yuyan yox...
Bunlar ki
boşluqdur, qopmaz yaxandan,
Qanunda, təklifdə, şərtdə boşluqlar.
Dünyaya
bir yandan dolu baxanda
Cəmdə,
cəmiyyətdə, fərddə boşluqlar...
Ehtiyac -
torpağı barından üzən;
Zəmisi biçilib, samanlıq olur.
Niyə
yaxşılığın son adı bəzən
Yaxşını göynədən yamanlıq olur?!
Könüldə
ən zərif duyğular yatıb,
Köntöy ədamızı şık ütülədik.
Nəfsi
başımızdan yuxarı tutub,
Tamah
dişimizi hey itilədik...
Əgər
ucuz başa hörülsə çələng,
Hökm arxaların, dayılarındır.
Bəzən
ac dolanır meşədə pələng,
Armudun
yaxşısı ayılarındır...
Təbiət
işidir bu da, qardaşım,
Sanma ki, yersizdir səndən sormağım.
Döyünən
ürəyim, düşünən başım -
Bunlardır
əzabım, həm sinə dağım...
Dünyanın
o biri başında şərdən
Ürəklər dar qəfəs cismində gəzir.
Suçsuzun
zindanda saçları dən-dən,
Günahkar günahsız qismində gəzir.
Ağbəniz
öyülür Aysız qalsa da,
Səslənir
insanlıq daşımaq haqqı...
Bəzən
unudulur, insan olsa da
Qaradərilinin
yaşamaq haqqı...
Okeanın
o tayı daim sirdədir,
Müəmma içində bəyanlar gedir.
Orda
demokratiya qara pərdədir,
Altında
olmazın oyunlar gedir...
Xəyanət
dəb düşüb, qaç yeyin-yeyin,
Yolumuz hey
sənin, mənim kəsilir...
Dünən
dost bilərək can söylədiyin
Bu gün
can mülkünə qənim kəsilir...
Azmı Vətən adlı yağı, yad, xətər?!
Millət orda naçar, nökər kimidir.
Qürbətin
şirini, zəhərdən betər,
Yurdun
acısı da şəkər kimidir!..
Lovğa
təkəbbürlü, fağır utancaq,
Gerçəyin giri yox, özü görünmür.
Günəş
də üzünü göstərir, ancaq
Xırda “padşahlar”ın üzü
görünmür.
Mərdlik
tanımayan mərd çağlamaz ki,
Min namərd bir mərdin alsın qadasın.
Elimə
yadelli gün ağlamaz ki,
Deyərlər
ki, yadı yağı budasın!
Amma yaddan
qorxunc olur yadcıllar,
Boğazında
kəmsik - ala xaltalar,
Şərəməl
yollarda şok ardıcıllar -
Sapı
özümüzdən olan baltalar...
Hər
yalan təsəlli aramım deyil,
İstərəm qəlbimdə nura güvənəm.
Bəd
nota köklənmək məramım deyil,
Mən
işıq axtaran, işıq sevənəm...
Səni
qınamıram, qınamıram, yox,
Sən də gəl qınama bu sərt yazarı.
Neyləyim,biganə rəsmilərdən çox
Qanana deyərlər
giley-güzarı...
Yaxşılar
yamana dönməsin deyə
Biz haqqı sıxmayaq küncə, bucağa.
Bu yurdun
atəşi sönməsin deyə
Bir kösöv atmalı hər kəs ocağa.
İşarə
bəs ikən arif olana,
Çox şeyi çox açıb-ağartmaq əbəs.
Sözsüz
ki, söz acı sözə qalana...
Sözdən
doymaz olur sözü duyan kəs...
lll
Düşüncə sehrinlə əylədiklərin,
Məntiq ətri duyar gül yönlər
üçün.
Hər dəfə
efirdən söylədiklərin
Əsl “açıq dərs”dir milyonlar
üçün.
Köksündə
ocaq çat hər gün, ya köz eş,
Yanar həftə
sonu arzularınla;
“Ədəbiyyat”...
ilə “525...”
Təzə libas geyər yazılarınla.
Könlünün
odundan atəş qopacaq,
Doyacaq zəkandan nur tələblərin.
Yenilik
arayıb, üslub tapacaq
Bilik bildirdiyin tələbələrin.
Neçə
ümid igid, neçə inam ər,
Qalib köhlənini çapar səsində.
Türkdilli
obalar, türksoylu ellər
Birlik səadəti tapar səsində.
O səs
hər çalarda yeni bir məna,
Geniş diapazon, ləngər, nəfəsdir.
Aqillər
hey qulaq kəsilər ona,
Səssiz, qələm yazan söz də əbəsdir.
lll
Uzun bir
qatardı bu söz karvanı,
Od
saçıb yandıran mərvəni ola.
Demə
ofsarını çəkəni hanı -
Onda ki bir
sərraf sarvanı ola!..
Qəmin
dizlərini yerə gətirə,
Çox məntiq kələfi əyriləsidir.
Ümid
addımları nərə gətirə,
Fəhmi misri qılınc - siyriləsidir.
Neçə
itəriyə başdaşı qoyub...
İzahı
olub da əta, bəsi də...
Onun
yozumunda rahat uyuyub
Bilgə
Tonyukukun kitabəsi də...
Çatar
sınaqlara o, qaşlarını,
El sevinəndə də, yaslananda da.
Qurudar kədərin
göz yaşlarını
Cümləsi sevincdən islananda da.
Sual
buluduyla əqlini sıxsaq,
Cavabı alqışla afərin olar.
Ümman
gözlərinə yaxından baxsaq,
Həm sadə görünər, həm dərin olar.
İnsanlıq
adına işıq saçar o,
Həm də alimliyi - qəlbinin hökmü.
Müşkül
fikirləri dən-dən açar o
Boynundan
açdığı qalstuk kimi...
Tanrıya
- Haqq üzə üzülər üzü,
Min kədər qovğası sovuşar onda.
Yuxusuz
gözündən doğar gündüzü,
Qürubla dan yeri qovuşar onda.
Mənə ariflərdən tənəmi gərək?!-
Danışa
bilmirəm xəlvət, bükülü;
Safdır
öz qanıyla döyünən ürək,
Millətin
öz oğlu - millət vəkili!..
Onu ruh
qanadı uçaq eləyib;
Baxmaz sərt
tufana, qatı bürküyə -
Açıb
qollarını qucaq eləyib,
Ana Azərbaycan,
qardaş Türkiyə...
Babatmı,
yaxşımı, yoxsa əlamı -
Naşı
əl ilməni qoy toxumasın!
Nizami
demişkən, dürüst kəlamı
Gözü
götürməyən heç oxumasın!..
Dostluq
qalasıdır, bütövdür sözü,
Şüşə tək kövrəkdir, polad kimi sərt.
Andından
sapsa da bəlkə yer üzü,
O, əhdə
sadiqdir, əməlində mərd.
Onu
çəkdikləri min yerə çəkir...
Əyri
düzü bassa, həzər, dad olar!..
Sükutu
düşüncə, baxışı fikir -
İlahi verdiyi istedad olar.
Nəyə
üz tutarsa, abidələşər;
Çoxuna
istinad, çoxuna məxəz...
Qələm
çaldığı söz yerinə düşər,
Di gəl
tap o yeri, ha axtar, ha gəz!..
Arı
anlamına söz ətri olam,
Baş pətək saf balla barınmalıdır.
Kəsilməz
torpaqdır kəsdiyi kəlam,
Saiti,
samiti qorunmalıdır!..
Bələddir
dünyanın igidliyinə,
Kamildir imanı - xürafat deyil.
Yoldu zarafatı ciddiliyinə,
Ancaq ciddiliyi zarafat deyil.
O, gerçək ağıldır, nə xəyal, yuxu,
Cahilə, nadana şəkk Nizamidir.
Nizami ismini daşıyır çoxu,
Nizami dəyərdə tək Nizamidir.
Sözü ödüldür, bu, hələ bir yana,
Çox şit mükafatı məyus edərdim!..
Əlacım olsaydı, onun adına
“Fikir sərkərdəsi” təsis edərdim.
Öz fikrindən əvvəl oyana bilmək
Onun fövqəladə şahiliyidir.
Tərifdən yuxarı dayana bilmək
Çağdaş düşünənin dahiliyidir!..
Yoxdur ehtiyacım yarınmalara,
Nəyi duyuramsa, onu yazıram.
Hər sözü bir dərdə, bir qəmə çara,
Haqq fikir cənginə mən də hazıram!..
Ancaq qarşımdadır aslan pəncəsi,
Yenilməz o gücü necə öyməyim?!
Əqli, həm idrakı, həm düşüncəsi -
Ağır çəkisiylə yüklər əyməyi!..
Nizami təbiri təblər oyadıb,
O, hər cümləsini əzəmi demiş.
Nəyi deyəsən ki, axır qayıdıb
Bir də deməyəsən: Nizami demiş?!
Mart, 2016-cı il
Bakı
Yusif NƏĞMƏKAR
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.23.