“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında Birinci dövri-ictima
11-ci iclas
18 fevral 1919 saat 2-dən 15 dəqiqə işləmiş
açılıyor.
Sədr:
Həsən bəy Ağayev
Katib:
Əhməd Cövdət Pepinov
Sədr - Parlamanın iclası açılıyor. Divani-Rəyasət ruznameyi-müzakiratı
bu qərar ilə tərtib etmişdir:
1-
Parlamanın mühafizəsi həqqindəki qanun layihəsi
2- Parlaman
binasının məxaric smetası
3- Dəmiryol
təarifəsinin təzyidi həqqindəki qanun layihəsi
4- İki
komisyon intixabı: ləvayehi-qanuniyyə komisyonu və 2 məmləkətin
hasilatını hüsni-idarə və ərzaq işlərini
yaxşı-laşdırmaq işlərinə baxan komissiya.
5- Varid
olmuş kağızlar, o cümlədən məzuniyyət
barəsində ərizələr, məbusların
çıxması barəsindəki kağızlar və
“Əhrar” firqəsinin bir təklifi və sairə.
Hərgah bu tərtibə etiraz edən yoxsa qəbul
olunur. Söz Aslan bəy Qardaşovundur.
Qardaşov
- Əvvəla bütün qanun layihələri müzakirə
edilməsindən əvvəl birər surətləri ümum
fraksiyalara göndərilməlidir ki, fraksiyalar mövqeyi
müzakirəyə qoyulacaq olan məsələlərlə
qabaqca tanış olsunlar, tainki qanun
müzakirə edilən zaman hər fraksiya öz fikrini
söyləməgə imkan bulsun. Saniyən
Əhrar fraksiyasının təklifi Məclisi-Məbusanın
ümumi iclasında baxılmaq üçün verilməmişdir.
Heyəti-rəyasətə vermişik ya qəbul,
yaxud rədd edər.
Sədr - Deməli siz təklifinizin parlamanda müzakirə
edilməsini münasib görmüyorsunuz.
Qardaşov
- Xayır!
Sədr - Bən özümə borc biliyorum, ərz edəyim
ki, “Əhrar” fraksiyası parlaman tərəfindən Şəki
və Zaqatala mahallarına bir heyət göndərilməsini
təklif ediyor. Lakin Heyəti-rəyasət parlamanın xəbəri
olmadan bu məsələyi yalnız başına həll edəməz.
Binaənileyh heyət göndərilməsi məsələsini
Məclisi-Məbusanda müzakirəyə qoyulmağı
münasib bildi. Madam ki, fraksiya
özü məsələnin müzakirəsini arzu etmiyor, o
halda o məsələ qalsın. Keçəlim ikinci məsələyə:
Qardaşov cənabları təklif ediyorlar ki, parlamana idxal
olunan bütün qanun layihələri müzakirə edilmək
üçün qabaqca fraksiyalara göndərilsinlər. Hərgah bu təklifə etiraz yoxsa qəbul olunur.
Deməli qəbula keçiyor.
Bunu da ərz etməliyəm ki, ruznameyi-müzakiratə
daxil olanlardan başqa iki layihə varid olmuşdur. Birincisi,
qonşumuz Cibaliyun hökumətinə 10 milyon manat qərz
buraxılması, ikincisi zavodlardan buraxılan spirtlərin
“aksiz” altına alınması. Razı
olsanız bu məsələləri də ruznameyi-müzakiratə
daxil edəriz.
Səslər
- Qəbuldur, qəbuldur!...
Sədr - Bir də bən özümə borc biliyoram məbuslara
məlum edim ki, bu gün parlamana Azərbaycan əhalisinin erməni
qismindən də məbuslar gəlmişlərdir. Hələlik
5 məbus gəlmişdir. (Soldan
alqış). Söz maliyyə
komissiyasının sədri Əbuzər bəy Rzayevindir.
Əbuzər bəy Rzayev - Məclisi-Məbusanın
keçən iclaslarından birisində qət edilmişdi ki,
parlamanın mühafizəsi üçün bir qorucu
bölük təşkil olunsun. Məzkur qorucu
bölügün məxaric smetasını tərtib verərək
Divani-Rəyasət maliyyə komisyonuna həvalə
etmişdi. Şimdi komissiya büdcəyi
müzakirə etdikdən sonra iclasa təqdim ediyor. Bölügün mövcudu 200 nəfərdən
ibarətdir. Bunlardan 8-i baş nəfər,
192-si əskər. Bundan əlavə bölügün
bir komandanı, iki də müavini oluyor, istər isəniz
bunların maaş xərclərini də
ayrı-ayrı oxuyalım (oxuyur).
Azərbaycan
Məclisi-Məbusanını xassə qoruyucu
bölügünün təşkili layihəsi:
Parlamanın kəndinə məxsus qoruyucu
bölügü olmadığından indiyədək bu
yüksək idarənin mühafizəsi şəhər polis
nəfərləri vasitəsilə icra olunurdu. Bu gün dəxi
onların təhti-mühafizəsindədir. Bu hal şəhərin inzibatını azaltmaqla bərabər,
şübhəsiz şəhərin mühafizəsi işlərinə
dəxi suyi-təsir ediyor. Bu suyi-təsirin
önünü almaq üçün və Məclisi-Məbusanın
heysiyyətini nəzərə alıb onun şərəfini
mətlub bir dərəcədə saxlamaq üçün Azərbaycan
Məclisi-Məbusanının öz təhti-idarəsində
bulunacaq bir qoruyucu təşkilatı yapılması lüzumi
bədihi bir məsələ dərəcəsindədir:
Divani-Rəyasətin zənnincə bu qoruyucu təşkilatı
ibtidada 200 nəfərdən əskik olmamaq şərtilə
yapılmalıdır. İki yüz
vücudları sağlam, qeyrətli və əqidəli
könüllülərdən mütəşəkkil bu
bölük tamamilə Divani-Rəyasət təhti-idarəsində
olmaqla bərabər əskəri cəhətdən
bilkülliyə əskəri komandanlarına itaət edib
onların tabeətində və nəzarətində
bulunacaqlardır. Bölügün
bütün məsarifi Məclisi-Məbusan tərəfindən
təmin edildigi üçün bu təşkilat Məclisi-Məbusana
məxsus bir əskəri bölük şəklini alacaq “Məclisi-Məbusan”
xassə qurucu bölügü ismilə təsmiyə
bölünür. Bir komandan ilə iki onun
müavinindən başqa bölük nəfərləri əlbəsələrini,
yatacaq ləvazimatı ilə yiyəcək və içəcəklərini
və əsləhə və qeyri mayəhtaclarını
hökumət xəzinəsindən alacaqlardır. Bölügün daxili nizamı ilə başqa vəzifəhlərinin
tərtibatını Divani-Rəyasətin öhdəsinə
buraxaraq yalnız bölük nəfərlərinin əlbəsələri
üçün bir dəfəlik mətlub mə-xaric ilə
bərabər oların bir sənəlik tibbisi məsrəfi və
başqa məxa-ricinin surətini bəyan etmiyəcəgəm.
Məclisi-Məbusan bu bölük təşkilatını
qəbul edərsə yuxarıda zikr olunan məxaricin rəfi
üçün iki milyon iki yüz doxsan altı min rublə təxsis
etməlidir.
Məxaric
surəti
1-
Bölük komandanı: ayda 2000 manat, onun iki müavini hərəsinə
ayda 1500 manat, baş nəfər (8) hərəsi ayda 250 manat,
adi nəfər (192) hərəsi ayda 200 manat, yekunu - ildə
544800 manat.
2- Hər
əskərə gündə: girvənkə yarım
çörək, 8 misqal şəkər, yarım misqal
çay, 3/4 ət, 5 manatlıq yağ və sair xörək
ləvazimi, hər əskərə əlbəsə
üçün ildə 2000 manat, yekunu bir milyon 333 min 700
manat.
3-
Bölügün yatacaq, mənzil və sair ləvazimatı:
1-
İyirmi otaqdan ibarət bir mənzil, otaqların biri dəftərxanəyə,
biri komandan dairəsinə, biri yemək otağı, biri mətbəx
mütə-baqisi bölük üçün - igirmi min manat.
2-
İşıq və yanacaq - igirmi min manat.
3- İki
yüz danə döşək iki yüz üzilə - 5000
manat, döşəklik otu - 1800 manat.
4-
Altı yüz balış - 4950 manat.
5- Sap və
zəhmət həqqi - 1200.
6-
Balışın otu - 600 manat.
7- Mərəfə
6 yüz danə - 15000 manat.
8- Yun
yorğan - 40000 manat.
9- Məhrəba
iki yüz danə - 1100 manat.
Mətbəx
ləvazimi: cümlətani 178.383 manat 33 qəpik.
Məzkur büdcələrdə mülahizə
olunmamış xərclərin unudulmasını nəzərə
alaraq və fiyatların günbəgün tərəqqisini dəxi
hesaba alsaq, fövqüzzikr miqdarı iki milyon yarım manata
iblağ etmək lazım gəliyor.
İştə
200 nəfər ilə zabitanın bir sənəlik
bütün məsarifi bu qərar ilədir:
Maaşları
- 544.800 manat
Təəyyüşləri
- 1.610.200
Mənzil
və mənzil ləvazimatı - 178383,33 qəpik
Nəzərə
alınmayan məsarif - 165616,67 qəpik
Yekunu:
2.500.000 manat
Əgər
200 nəfərin bir yüzünün süvari olmasına Məclisi-Məbusan
qərar versə, o vəqt fövqüzzikr məsarifə
zeyldəki məsarif dəxi əlavə olunmalıdır:
1- yüz at - 400.000 manat
2- yüz yəhər - 150.000 manat
3- noxta və yüz çul - 15000
4- yüz qılınc və yüz xəncər
- 40000
5- ot - 36000
6- saman - 360000 manat
7- arpa - 360000
8- 4 araba,
4 at - 20000
9- araba atı xərci - 4302
10- qaşov və sair meyəhtac - 200000
Yekunu:
1.768.200
Maliyyə
büdcəsi komisyonunun 17 fevral 1919 tarixli protokolundan iqtibas:
Məclisi-Məbusan
Divani-Rəyasəti tərəfindən təqdim olunan Məclisi-Məbusan
xassə qoruyucu bölügünün təşkili
xüsusundakı qanun layihəsi müzakirə olunaraq atidəki,
təshib ilə qəbul olunması qət ediliyor:
1-
Çörəgin girvənkəsi 3 rublə şərtilə
bölügün bir sənəlik çörək xərci
-330.000 manat.
2-
Ətin pudu 150 manat şərtilə bölügün bir sənəlik
xərci - 202.500 manat.
3-
Bölügün bir sənəlik təəyyüş məsarifi
- 1.333.700 manat.
4- Çəngəl-bıçaq
üçün - 14000 manat.
5-
Çay içməgə qab üçün - 600.
6-
Kağız və qeyri dəftərxanə ləvazimi
üçün - 6000 manat.
7-
Bölügün yanacaq, mənzil mətbəx və sair ləvazimat
məxarici - 138103 manat.
8-
Bölügün bir yüzünün süvari olması qəbul
edilmiyor. Fəqət bölügün
ehtiyacı üçün iki araba ilə iki at lazım
görülüyor. Bunların alınması və saxlanması
xüsusunda aşağıdakı məxaric qəbul olunur:
1- İki
araba, iki at - 100000
2- Atlar
üçün bir sənəlik yem xərci - 210600 manat
3- Vedrə
və qeyri ləvazim - 400 manat
Yekun:
32000
9- Binaənileyh
bölük nəfəratı və komandanlarına veriləcək
maaş - 544800 manat. Bölügün
bir sənəlik təəyyüşü məsarifi 1333700
manat. Mənzil yatacaq və sair 1380103 manat
33 qəpik. İki araba iki at və onların
saxlanması məsrəfi 32000 manat və nəzərə
alınmayan məsarif 151396 manat 67 qəpik olmaq üzrə
bölügün bir sənəlik məxaricinin yekunu iki milyon
2 yüz min (2.200.000) olmalıdır.
Sədr - Söz istəyən varsa buyursun. (Sükut) Bu barədə
danışmaq istəyən yox isə (Qara bəy yerindən:
var, var). Söz Qara bəyindir.
Qara bəy - (İttihad) Layihə müfəssəl
oxundu. Diqqət
ediniz: komandana ayda 2000, müavinlərinə ayda 1500 manat təyin
edilmişdir. Biz bu məbləği az
hesab ediyoruz. Çünki onlara məvacibdən
başqa bir şey verilmiyor. O məvacib ilə xidmət
edilməz. Bunların maaşlarını
artırıb yaşayışlarını təmin etməlisiniz.
Biz təklif ediyoruz komandana ayda 3000 və müavinlərinə
2400 manat maaş təyin edilsin.
Kazımzadə - “Müsavat” tərəfindən buna
etiraz yoxdur.
Sədr - Söz istəyən yoxsa axırıncı
söz məruzəçinindir.
Əbuzər
bəy - Bən də təklif ediyoram ki, komandana 3000,
müavinlərinə 2400 manat maaş təyin
edilsin.
Sədr - Deməli məruzəçi özü də
etiraz etmiyor. Şimdi maddə-bəmaddə oxuyalım.
Katib - (Birinci maddəyi oxuyor).
Məhəmməd Əmin - (yerindən) Bəzi istilah
barəsində bir neçə söz söyləmək istərdim.
Sədr - İstilah barəsindəmi?
M.Ə. (yerindən) - Əvət, əvət, istilah barəsində.
Sədr -
Buyrunuz.
Məhəmməd Əmin - Bu olayın məxsusi ismi
parlamanda qəbul edilib qoruqçu bölügü təsmiyyə
edildi. İmdi isə parlaman xassə fövci oxundu. Təklif edərdim parlamanın əvvəlcə qəbul
etmiş oldu-ğu qoruyucu bölügü sözü
qalıb xassə sözü atılsın.
Sədr - Deməli siz xassə sözünə etiraz
ediyorsunuz?
M.Ə. - Əvət, həm xassə sözünə, həm
də fövc olmasın.
Sədr - Fövc sözü yoxdur, qurucudur.
M.Ə. - Bən fövc eşitdim.
Sədr -
Xayır fövc degil, birinci maddəyi kim qəbul
ediyorsa əlini qaldırsın.
M.Ə. - Sözüm var.
Sədr - Nə barədə?
M.Ə. - Bu maddə həqqində.
Sədr -
Buyurun.
M.Ə. - Təklif edərdim bölük məxsusi ismi
ki, parlaman qəbul etmişdi “qoruyucu bölügü” layihənin
hər yerində o ad ilə yazılsın. Bu oxunan maddədə
dəxi xass, fövcü bölügü naqisdir. Hər yerdə qorucu bölügü əvəz
edildigi kibi bu maddədə də kəza əvəz edil-məlidir.
Ağamalı oğlu - (yerindən) Doğrudur.
Sədr - Birinci maddəyi eşitdiniz. Bən onu səsə
qoyuram. Hər kəs etiraz etmiyorsa əlini
qaldırsın. (Əllər
qalqıyorlar). Etiraz yoxdur. Deməli müttəhidülqövl qəbul olunur.
Katib -
(İkinci maddəyi oxuyor)
Sədr - Hər kəs ikinci maddəyi qəbul ediyor əlin
qaldırsın. (Əllər qalxıyor). Deməli
ikinci maddə ittifaqi ara ilə qəbul
olunur.
Katib - (Üçüncü maddəyi oxuyor)
Sədr - Xahiş ediyoram etiraz edən varsa əlini qaldırsın. (Əl qaldıran yoxdur). Deməli etiraz edən yoxdur. Müttəhidülrəy qəbul olunur.
Katib - Dördüncü maddəyi oxuyur.
Səslər - Komandan ilə müavinlərinin maaşını artırdıq, ona görə bu məbləği də artırmalıdır.
Əbuzərov - bu smeta bir illikdir. Bir ilin də
iki ayı getmişdir. O iki ayın pulu bunun üstünə
gəlirsə smetayı artırmaq lazım gəlməz.
Sədr - Onda nə qədər təfavüt edər?
Əbuzərov - 302600 manat.
Sədr - Axırıncı maddə deməli böylə qəbul olunur: Smeta yekunu - 2.200.000 manat bu şərtlə ki, komandana ayda 3000, müavinlərinin hərəsinə 2500 manat verilsin. Hər kim bunu qəbula razı degilsə əlini qaldırsın. (Etiraz edən yoxdur). Deməli qəbul olunur. Şimdi qanunu tamamən səsə qoyuram. Hər kim bu qanuna etiraz ediyorsa əlini qaldırsın. (Əl qaldıran yoxdur). Deməli etiraz yoxdur. Müttəhidülrəy qəbul olunur.
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.21.