HƏSRƏTDƏN ŞİKAYƏTÇİYƏM...

 

 

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır. Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

 

Yetişsin əssin; yetişsin, yetişsin susmasın həsrətim.

 

Eşqin gərəyidir həsrət. Suyun içindəki oksigen, şorbanın duzudur, lakin bu qədər vurulmaz ki bir ürəyə.

 

Bu qədər gəlməzlər ki üzərinə aşiqin; həm rəqiblə, həm şərtlərlə, həm hallarla. Bu qədər zorlanmaz ki bir qəlb.

 

Mən , mən aciz bir qulam artıq; üsyana düşmək qorxusu məndə var. Rəbbimi qırmaq Onun rizasından uzaqlaşmaq təlaşı məni öldürür, hər dəm, amma sevdiyim üçün darıxıram, darıxıram.

 

Şikayət deyil mənimki; insani bir istək sadəcə.

 

Bilirəm dinləməyəcək, fəryadlarımı duymayacaq həsrət deyilən canavar. Ulayacaq gecələr uzunu, bəslənəcək hüznümlə böyüyəcək; böyüdükcə daha gur, daha sərt əsdirəcək küləklərini.

 

Lap əssin; lap vursun; lap susmasın həsrətim. Şükrü yelkən etdim sevda gəmimə; atəşi şahid etdim eşqimə bilin ki, həsrətdən şikayətçiyəm mən uqbada.

 

Haqqımı alacağımı bilmək mənim fərəhim; Rəbbimə şükrüm, imanım inancım mənim dayanacağım.

 

Vüsalın qoxusu belə məni məndən almağa yetir; xəyallarımın qadağasız olması mənim xoşbəxtliyimdir.

 

Gözlərimi qapayıram; ruhumu vüsal vadisində gəzintiyə çıxarıram çox çətinliyə düşəndə. Özgə aləmdən dünyaya geri dönüşüm çətin olsa da; ayrılığın acısı oturur belə zamanlarda ürəyimin üst başında.

 

Dünyada mən sultanam; mən gücümü imtahan yeri olan dünyadan alıramdeyir mənə həsrət əlavə olaraqhüzünlər, acılar, iztirablar ayrılıq deyilən atəş mənim yeyəcəklərimdir”- deyə.

 

Sus dedikcə bağırır; ilmə-ilmə dünyamı sarır, amma qəlbimə hakim olan eşq inancımı yerlə bir edə bilmədiyindən hikkələnir; hikkələndikcə həsrət qamçısını daha sərt vurur ömrümə.

 

Hər zərbənin; hər saniyənin, atəşini qurban verdiyim hər nəfəsin haqqını istəyəcəyimi bildiyindəndir nədir, ən çox mənimlə işi olur bu həsrətin?

 

Neyləyir eləsin; dünya sonlu olan deyilmi? Sonsuzun yanında dünya bir damla belə olmayacaq qədər kiçik deyilmi?

 

Şikayətçıyəm, şikayətçiyəm ey ömrüm! Mən bu həsrətdən ölümünə şikayətçiyəm. Dünyada çəkdiyim qədər çoxsa; misliylə xoşbəxtliyi hüzuru diləyəcəyəm Rəbbimdən məhşərdə.

 

Nəfəs almaqda çətinlik çəkdiyim hər saniyənin sonsuzluqla əvəzini istəyəcəyəm Mövladan.

 

Şikayətçiyəm həsrətdən uqbada. Vursun görək, vura bildiyi qədər mənə dünyada. Eşqdir, sonsuzluqdur davam mənim; ömrümü, həzzimi, qəlbimi yoluna fəda etdiyim ən böyük sevdam.

 

Rəbbimə inancım tam; həsrət vursa da bilin ki, vüsala nərdivandır dünyam.

 

Hər gün seyr etsəm belə doyamam əndamına,

Aşiq oldum halların cümlə sərəncamına.

Bəkləmək mənim adım; arzumsan, vüsalımsan

Səbir ilə ulaşır hər aşiq əncamına.

 

ATƏŞİN ƏN KOR HALI GÖZLƏMƏK...

 

Atəşi atəş edən ayrılıq; hicranı çəkilməz edən həsrət.

 

Göz görmək istər; könül sevmək. Susuzluğun dərəcələri vardır; çöllərin ucsuz-bucaqsızlığı kimi. Həyatda ən uzun söhbətin adıdır gözləmək.

 

Ölüm bəzən qurtuluşdur; bəzilərimiz üçün iftar; bəzilərimiz üçün iztirabın başlanğıcı.

 

Bülbülün fəryadı tikanından; səsinin yaxıcılığı ayrılıqdandır, lakin o görə bilir sevdiyini uzaqdan da olsa gülzarda, görə bilməsəydi sevdiyinin camalını; ya da duya bilməsəydi gülünün qoxusunu, görəsən, olurdu onun halı heç düşündünüzmü?

 

Atəşi atəş edən ayrılıq; hicranı çəkilməz edən həsrət. Şiddəti artıransa hər nəfəsin bir ox olub ömrümüzə, ürəyimizə həm ən zəif olduğumuz, səbir dəzgahımızın hərcimərclik olduğu gecənin lal sükütü içində sancılması deyilmi?

 

Eşqlə yanmaq bir nemət; kül olmaqsa, nemətlərin ən böyüyü şükür vəsiləsidir Yaradana. Bu, belədirsə hal içində eşqə dair başqa bir halı yaşayarkən; baharın heç gəlməyəcəyini bizə düşündürən nədir o zaman?

 

Səbirlə, zamanla, xəyallarla, dünyayla imtahan. Sabahı olmayan gecələr; susuzluqla qovrulan könül torpağı; yağmurunu gözləyən küləklər, həsrətdən çatlayan dodaqlar; ruhun dərinində sevgiliyə bəslənilən eşq sözləri; surətinə aşiq olduğumuz yarın yolunu gözləmək; hər gün artan bir şövqlə sonsuzluğu gözləmək qədərə təslim olub gözləmək; gözləmək.

 

Daim ümidlə gözləmək yenə gözləmək...

 

Anladım ən sonunda, atəşin ən kor halı gözləməkmiş böyük bir şövqlə yanmaq eşqdə kamala çatmaqmış. Atəşi atəş edən yaxıcılığı deyilmiş; onu çəkilməz edən istiliyi ya hərarəti deyilmiş.

 

qədər yanacağımızı bilməmək eşqdə sevgilini sonsuz bir şəkildə daim qısqanmaqmış bizi məhv edən, öldürən, bitirən.

 

Gülə qırmızılığını verən atəş, rənglərin şahıymış ki, bu mənə təcahüli-arif olmuş eşq atəşinin içinə düşüncəyə qədər.

 

Eşqin bədəni həsrət; ruhu gözləməkmiş. Səbir çatladan hal dedikləri gözləməklə əlaqəliymiş; eşq başdan sona özləməkmiş vüsalın xəyalı ilə yandığımız. Hərarəti artdıran da gözləmənin bənzərsizliyi sonsuzluğuymuş.

 

 Həsrətə şükürlə, təvəkküllə, inancla müqavimət etməyə çalışmaqdan başqa çarəsi ola bilər ki qulun? Yanmaq düşmüşsə aşiqin qədərinə; təslimiyyətdən qeyrisi üsyan olmazmı?

 

Xəyalın duayla izdivacı həqiqətə yol olur; duanın qəbulu isə xoşbəxtlik, amma səbr etməyənə; fədakarcasına gözləməyənə şəkərin acı gəlişini yaşamaq deyilmi həyat?

 

Qaydaları alt-üst edən eşq arzulanandır hər kəs tərəfindən; amma fəraq atəşi ruhu qucaqlamağa başlayınca şikayət edirik. Xoşbəxtliyin yolu daşlı; niyə könül həmişə düz yolu arzulayır o zaman?

 

Məsələ əsl olanı görə bilməməkdədir, bəlkə . Dünya maneələrin başı; əsl əğyar maneə yardan. Belə olmasaydı dünya dünya ola bilməzdi ki.

 

Gözləmək; kamala açılan qapı. Gözləmək atəşin ən kor halı; səbir dağının zirvəsində yetişən gözləmək adlı ağacın meyvəsinə çatmaq heçasan deyil ki. Onsuz da dünyada asan olanvar ki?

 

Atəşi gül bilmək lazımdır, yoxsa eşqin hərarəti yandırdıqca yandırar, həm ruhu; həm də bədəni. Şükürduadan uzaqlaşınca insan; həsrətlə yanmağa başlayır və söndürə bilməz kül olmadan içindəki atəşi.

 

Ölüm əgər iftarsa ruhaorucsa dünya; o ən son azanı təslimiyyətlə gözləməkdən başqa nə çarəmiz ola bilər ki?

 

Yalnız Allaha güvənmək könül bağçamızın susuzluğunun dərmanıdır və hər an səbir təsbehində Yaradanı zikr etmək tək çarədir.

 

Yanmanın da dərəcələri var. Hər saniyə bir pillə; hər nəfəs bir səviyyə və hər şərtdə şükür edə bilmək gözləmənin əncamına bir yol; vüsala sarılan bir koldur.

 

Günəşin batışıyla baxaram həp camdasan,

Gündüzlər bir az kolay; zor olan axşamdasan.

Yarım hər şey səninlə tamamlandı, sevgilim,

Çarpsam, bölsəm, toplasam sonucda həp tamdasan.

Mehmet Nuri PARMAKSIZ

 

 

525-ci qəzet.- 2016.- 10 dekabr.- S.19.