Sərdar Fərəcovun müəllif konserti
Dekabrın 8-də Müslim Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının kamera
və orqan musiqi zalında tanınmış bəstəkar
Sərdar Fərəcovun
müəllif konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsert
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Azərbaycan Bəstəkarlıq
İttifaqının katibi,
Əməkdar İncəsənət
Xadimi Sərdar Fərəcovun yaradıcılığı
haqqında məlumat verilib, onun yaratdığı
musiqi nümunələrinin
özünəməxsusluğundan danışılıb.
Daha sonra
Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə
Xəzər Universitetinin kamera
orkestri çıxış edib. Konsertdə gənc
ifaçılar Fəridə Məmmədova, Sevinc
Kərimova, Sevda Həsənova, İnci Azmanlı və Töhfə Əliyeva
bəstəkarın tar və orkestr üçün
yazdığı “Qarabağ”, “Rondeletto”, o cümlədən
“Vals”, “Türk rəqsi”
və başqa musiqi
kompozisiyalarını səsləndiriblər. Konsertdə
Dövlət Simli Kvartetinin
ifasında da müxtəlif musiqi əsərləri dinlənilib.
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.13.