Filarmoniyada gənc xanəndələrin konserti
Dünən Muğam Televiziya Müsabiqəsinin qalibləri
Nigar Şabanova və Ramiq Bayramov
Dövlət Filarmoniyasında
konsert proqramıyla çıxış ediblər.
Ölkə.Az-ın məlumatına görə,
“Gənclərə dəstək”
adlı layihə çərçivəsində baş tutan konsertdə xanəndələri
Azərbaycan Dövlət
Xalq Çalğı
Alətləri Orkestrinin
kiçik heyəti müşayiət edib. Konsertdə xalq
mahnıları, təsniflər
ifa olunub. Gecənin ən yaddaqalan anı isə R.Bayramovla N.Şabanovanın “Qarabağ
şikəstəsi”ni ifa etməsi olub.
Konsertdən sonra Ramiq Bayramov təəssüratlarını
Ölkə.Az-la bölüşüb:
“Konsert hər bir xanəndənin dinləyicisi, pərəstişkarı
qarşısında hesabatıdır.
Tamaşaçılara da təşəkkür
edirəm ki, hesabatımıza şahidlik
etdilər. Doğrusu,
hava şəraitinə
görə bir az narahatçılıq
var idi. Amma sonda hər şey istədiyimiz kimi oldu. Bu arada, ustadım Xalq artisti Mənsum
İbrahimova, Əməkdar
müəllim Qəzənfər
Abbasova, Xalq artisti Gülyaz Məmmədovaya, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcidə,
Əməkdar artist Babək
Niftəliyevə və
məni dəstəkləyən
hər kəsə minnətdarlığımı bildirirəm”.
Nigar Şabanova
isə bunları deyib: “Belə konsertlərin
çox olması gənc xanəndələr
üçün çox
vacibdir. Çünki
belə olanda tamaşaçıyla daha yaxından ünsiyyət qurmaq
imkanımız olur. Konsertimiz
uğurla başa
çatdısa, bu, həm də
tamaşaçılarımızın uğurudur”.
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.13.