“Yazıçı” bu
dəfə Əlişir Nəvai irsini
işıqlandırdı
“Oğuz eli”
qəzetinin xüsusi buraxılışı olan
“Yazıçı”nın noyabr
sayı böyük özbək-türk şairi
Əlişir Nəvaiyə
həsr olunub.
Tanınmış ədibimiz Azər Abdullanın baş redaktorluğu ilə hazırlanan xüsusi buraxılışda Əlişir
Nəvai fenomeni, onun mükəmməl bədii yaradıcılığı,
insanlığa örnək
şəxsiyyəti çox
maraqlı detallar, oxunaqlı tərzdə yazılmış mətnlərlə
oxuculara çatdırılıb.
Nəşrdə Xalq yazıçısı
Anarın, akademiklər
Rafael Hüseynov, İsa
Həbibbəyli və Teymur Kərimlinin, professorlar Kamil Vəli, Vaqif Arzumanlının, tədqiqatçı Almaz
Ülvinin və başqa müəlliflərin
Nəvai haqqında, Nəvai irsinə dair yazılarından nümunələr
dərc olunub. Təbii ki, böyük özbək mütəfəkkiri,
türk dünyasının
fəxri Əlişir
Nəvai ilə bağlı klassik yazarların da yaradıcığından ədəbi
parçalar örnək
gətirilib. Azər
Abdullanın, ənənəvi
qaydada, jurnalın son səhifəsində verdiyi
miniatür yazıda Nəvainin türk təəssübkeşliyi, onun
türk dilinə olan hədsiz məhəbbəti önə
çəkilib.
Maraqla oxunan buraxılışdakı yazıların
üslubu, dili, məqalələrin canına
hopdurulmuş bədii
enerji, sözün hərarəti oxucunu da xüsusi bir istəklə mütaliəyə meyilləndirir. Ən başlıcası, daha bir türk mütəfəkkirinin
dünyası dərgi
vasitəsilə müasir
oxucunun düşüncəsini
işıqlandırır, bizə
türk tarix və mədəniyyətinin
mühüm bir ünvanını yenidən
tanıdır.
Fariz ÇOBANOĞLU
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.13.