Milli Kitabxanada
Ümummilli lider Heydər Əliyevin anım mərasimi
keçirilib
Dekabrın
11-də M.F Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım
günü münasibətilə təbdir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz Səfərəliyeva və Mələkxanım Hacıyeva Ulu Öndərin çoxşaxəli fəaliyyətindən danışıblar.
Vurğulanıb ki, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilib, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olub.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider bir neçə dəfə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasına gəlib, şəxsi kitabxanasından kitabxanaya xeyli kitab bağışlayıb, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq nitqlər söyləyib.
Sonda tədbir
iştirakçıları “12 dekabr-ümummilli
lider Heydər Əliyevin anım günüdür” adlı geniş
kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus, ingilis və digər
dillərində 200-dən artıq ədəbiyyat nümayiş olunub.
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.11.