TÜRKSOY sədri
Düsen Kaseinov: "Molla Pənah Vaqifi Türk
dünyasına tanıtmaq istəyirik"
Ötən il Türkmənistanın Mərv
şəhərində Şəki
2016-cı ildə Türk
Dünyası Mədəniyyət
paytaxtı elan edilmişdi.
Bir il ərzində
Şəkidə müxtəlif
festivallar, mədəni
tədbirlər, görüşlər
keçirildi. Bu il dekabr ayında isə Şəki bu işləri uğurla başa vurub estafeti Qazaxıstanın Türküstan şəhərinə
verdi.
Eyni zamanda Şəkidə TÜRKSOY-un Daimi
Şurasının toplantısı
keçirildi və burada Türk dünyası mədəniyyətinin
təbliği üçün
mühüm qərarlar
qəbul olundu.
TÜRKSOY sədri Düsen
Kaseinov bunlarla bağlı bəzi suallarımıza cavab verib.
- Bugünlərdə Şəki
mədəniyyət paytaxtı
missiyasını başa
vurdu. Sizcə, il daha çox nə ilə, hansı hadisələr, tədbirlərlə
yadda qaldı?
- Mən hər şeydən öncə Azərbaycana, ölkə rəhbərliyinə və
Mədəniyyət və
Turizm nazirliyinə öz təşəkkürlərimi
bildirmək istəyirəm.
Çünki əslində biz 2016-cı ildə Başqırdıstanın
paytaxtı Ufanı
"mədəniyyət paytaxtı"
elan etməyi planlaşdırırdıq. Amma o zaman Rusiya-Türkiyə münasibətlərindəki gərginləşmə,
yəni məlum səbəblər bizi planımızı dəyişməyə
vadar etdi. Biz qısa bir
zamanda qərar qəbul etməli idik. Belə bir vaxtda Azərbaycan tərəfi Şəkinin namizədliyini
təklif etdi. Şəkinin Türk dünyası
Mədəniyyət paytaxtı
seçilməsi növbəti
ilə planlaşdırılmışdı.
Lakin Azərbaycan bütün maddi və təşkilati
məsələlərə, problemlərə baxmayaraq bu qəliz vəziyyətdə
bizə kömək oldu. Şəkidə daha öncələr
də bir neçə dəfə olmuşdum, tədbirlərdə
iştirak etmişdim.
Yumoru olan, zəngin tarixi olan, yetirdiyi
şəxsiyyətlərlə öyünə biləcək
bir şəhərdir.
Bizim üçün isə bütün bunların cəmi mühümdür.
İl ərzində keçirilən
"İpək yolu"
Beynəlxalq Musiqi Festivalı, Teatr Konfransı çox yaddaqalan, həm də böyük layihələrdir. Həmçinin Şəki İcra hakimi Elxan Usubov
da mədəniyyətə,
incəsənətə dəyər
verən insandır.
Bütün tədbirlər yüksək
səviyyədə təşkil
olunurdu və keçirilirdi. Ona görə
mən Elxan Usubova da, Şəki
camaatına da, şəhərin ziyalılarına
da təşəkkür
edirəm.
- Amma ilin yekunlaşması
belə tədbirlərin
davam etdirilməsi üçün maneə deyil...
- Əlbəttə, mən
çox istərdim ki, bu tədbirlər,
görüşlər davam
etdirilsin. Məsələn,
Əskişəhər valisi
bir il
ərzində keçirilən
tədbirləri, festivalları,
görüşləri o qədər
həvəslə, maraqla
təşkil edirdi ki, hətta il bitəndən sonra da bunlara
davam edirdi. Yadınızdadırsa, başqa şəhərlər
mədəniyyət paytaxtı
seçiləndən sonra
da Əskişəhərdə
Kitab Fuarları, yazar görüşləri
keçirilirdi. Bu ildən biz mədəniyyət
paytaxtlarının başçılarının
şurasını yaratmaq
niyyətindəyik. Düşünürəm ki, onların ara-sıra görüşmələri,
təcrübə mübadilələri,
öz aralarında əlaqələrin yaradılması
çox gözəl nəticələr verəcək.
- Növbəti Türk
dünyası Mədəniyyət
paytaxtı Qazaxıstanın
Türküstan şəhəri
seçildi. Nə ilə fərqlidir
bu şəhər?
- Bu şəhər Əhməd
Yasəvinin adı ilə bağlanır əsasən. Amma bundan əlavə bu şəhərin qədim tarixi, mədəniyyəti var. Daimi
şura müzakirələrində
belə qərara gəldi ki, növbəti il
Türküstan mədəniyyət
paytaxtı olsun və türk dünyası bu şəhər, buranın
mədəniyyəti, tarixi
ilə yaxından tanış ola bilsin.
- Bildiyimizə görə,
TÜRKSOY Daimi Şurasında
Azərbaycan üçün
də mühüm qərarlar qəbul olunub.
- Bəli, bilirsiz ki, TÜRKSOY hər ili bir yazıçıya, şairə
həsr edir, onun ili elan
edir. Və il ərzində
Türk dünyasının
az qala hər
yerində bu şairlə bağlı tədbirlər, görüşlər,
konfranslar keçirilir.
Bir sözlə, məqsədimiz
həmin şairi, yazıçını türk
dünyasına daha yaxından tanıtmaq, təbliğ etmək olur. Ötən il Balasaqunlu
ili idi və
hələ də onunla bağlı tədbirlər, konfranslar davam edir. Bu dəfə Azərbaycan tərəfin təklifi ilə növbəti ili böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar ona həsr etməyə, Molla Pənah Vaqif ili elan
etməyə qərar
verdik. Molla Pənah Vaqif
həqiqətən böyük
istedad sahibidir, əsərlərinin türk
dünyasında maraqla
qarşılanacağına əminəm.
PƏRVİN
525-ci qəzet.- 2016.- 13 dekabr.- S.7.