Söz sənətimiz çağdaş ədəbi
tənqid işığında
Çağdaş ədəbi-mədəni mühit və onun inkişaf tendensiyası özlüyündə müxtəlif təhlilləri, yanaşmaları bir zərurət kimi ortaya qoymaqdadır.
Ancaq bir məsələni bəri başdan etiraf edim ki,
keçən əsrin
doxsanıncı illərinin
qarışıq ab-havası,
ictimai, siyasi, mədəni mühitdəki
hərc-mərclik, sovetlər
imperiyasının çöküşünün
ağlasığmaz fəsadları
böyük narahatçılıqlarla,
ciddi fikir ayrılıqları ilə
səciyyələnirdi.
Bir
növ bütünlükdə
sosial sfera baş verənlərin gərginliyini yaşayırdı.
Ağırlığın və məsuliyyətin
daha çoxu isə ziyalı mühitinin üzərinə
düşürdü. Bütün müstəvilərdə bədii
düşüncə olanları
ümumiləşdirməyin, fəal yaradıcı mövqeyinin çətinliyində
idi, daha doğrusu gecikirdi. Ancaq etiraf edək
ki, bu gündən
elə də uzaq olmayan həmin
dövrü, daha doğrusu doxsanıncı
illərdən bu yana olan
iyirmi beş illik zamanı təhlil edəndə nikbin olacaq, uğurlu görünən
xeyli işlər var. Əlbəttə, bunlar ictimai, siyasi, mədəni mühitdə
olanlar müstəvisində
geniş yanaşmaları
zəruri edir. Mənim isə deyəcəyim çağdaş
ədəbi tənqidin
ümumi mənzərəsi
timsalında tənqidçi
Təyyar Salamoğlunun
"Azərbaycan ədəbiyyatı:
münasibətlər, həqiqətlər"
(Bakı, "Orxan"
NPŞ MMC, 2016) kitabı ilə bağlıdır. Ədəbi tənqid
bütün vəziyyətlərdə
ədəbi prosesin, böyük ədəbiyyatın
yol yoldaşıdır.
Ona görə də mühitə, bədii düşüncə materiallarına,
olanların nə varsa hamısına fəal tənqidçi mövqeyinin nümayişi,
eləcə də tənqidin bədiiliyə
və reallığa mövqeyi ən önəmli məsələdir. Təəssüf doğuran odur
ki, hələ bu mövqe nümayişi,
mühitin obyektiv mənzərəsinin təqdimi
lazımi səviyyəsinə
qalxa bilmir. Bu isə daha çox
cəmiyyətin, bütünlükdə
ictimai,siyasi, mədəni mühitin özündə baş alıb gedən loyallıqla bağlıdır.
Ədəbi tənqidin isə
funksiyası bədii məkanı olanları ilə (uğurlu və uğursuz) birgə təqdim edə bilmək missiyası ilə ölçülür. Fərdi münasibətlər
tənqidin bəlasıdır.
Ancaq çağdaş ədəbi
tənqid bütün
olanları ilə nikbin tendensiyaya meyllənmədədir. Sevindirici, müsbət
təəssürat doğuranı
da budur. Müasir ədəbi tənqidin məsuliyyətini dərk
edən və mühitin problematikasını
daha ciddi konsepsiyalarla təhlilə
üstünlük verən
tənqidçilərdən biri, bəlkə də birincilərdən biri T.Salamoğludur.
Mətbuat səviyyəsində
çıxan məqalələri,
eləcə də
"Müasir Azərbaycan
romanının poetikası
(XX əsrin 80-ci illəri)
(2005)","Müasir Azərbaycan
romanı: janr təkamülü (XX əsrin
80-ci illəri)" (2007), "Müasir Azərbaycan ədəbiyyatı məsələləri"
(2008), "Tarixi və
çağdaş ədəbi
prosesə dair araşdırmalar"
(2009), "Ədəbi tənqid
tarixinə dair portret - oçerklər"
(2011), "İsmayıl Şıxlının
bədii nəsri"
(2014), "M.Ə.Sabirin milli
intibah idealı"
(2015) və s. adlı
kitabları çağdaş
mərhələdə ciddi
tənqidin mövcudluğunun
oyanışı haqqında
düşünməyə əsas verir. Əlbəttə, yaxın yüzillik
üçün ədəbi
tənqidin şərəfli
inkişaf yolu bütün müstəvilərdə
məsələyə nikbin
yanaşmanı zəruri
edir. H.Zeynallının,
B.Çobanzadənin, Ə.Nazimin,
Ə.Abidin, C.Əfəndizadənin,
M.Hüseynin, M.Rəfilinin,
M.Cəlalın, M.Arifin,
M.Cəfərin, Ə.Hüseynovun,
Y.Qarayevin, Q.Xəlilovun,
A.Hacıyevin, A.Hüseynovun
və başqalarının
XX yüzillikdə ədəbiyyat
və onun problemləri ilə bağlı yürütdükləri
konseptual təhlillər
nümunədir. Ədəbiyyatşünas alimimiz T.Salamoğlunun tənqidi mülahizələrinin,
ədəbi təhlillərinin
qaynağı bu mənada çox-çox
dərinlərə, klassik
ənənəyə bağlanır.
Çağdaş ədəbi-mədəni mühitin istedadlı nümayəndələrindən olan Ə.Xələfli
"Tənqidçinin azərbaycançılıq
idealı" əsərində
bu kontekstdə uğurlu bir qənaətdə görünür.
O xüsusi olaraq vurğulayır ki, "Təyyar Salamoğlunun konserpsiyasında birlik
- yəni milli bütövlük, Azərbaycanın
ruhunu - azərbaycançılığı
qorumaq əsas məqsəd kimi qabarıqdır.
O, ədəbi tənqidin
Sovet dövründən
qalma "xalq" kultunu sındırıb, öz ideyaları və yeni yanaşma tərzi ilə fikir arenasına çıxıb.
Yaradıcılığının mənəvi tələbatı
kimi sındırdığı
kultun içindən çıxaraq (yaradıcı
instinkti ilə) millətə, onun dəyərlərinə, etnosu
yaşadan əbədi
mahiyyətə tərəf
hərəkət edib". T.Salamoğlunun
yaradıcılığını, bütünlükdə olanları
ilə izlədikdən
sonra doğurdan da "öz ideyaları və yeni yanaşma tərzi ilə fikir arenası"na çıxdığının
şahidi oluruq. Elə "Azərbaycan ədəbiyyatı: münasibətlər,
həqiqətlər" kitabı
da məhz həmin düşüncənin
hadisəsi kimi özünü göstərməkdədir.
"Azərbaycan ədəbiyyatının
bəzi məsələləri
mübahisə müstəvisində",
"Bədii həqiqət
nəsr, poeziya və tənqid müstəvisində" bölmələrində
toplanan ciddi təhlillər bizə təkcə çağdaş
mənzərənin ümimi dinamikasını,
problematikasının istiqamətlərini
göstərməklə kifayətlənmir,
həm də həlli yollarını düşünməyə şərait
yaradır. Məsələn, "Bir daha
Mirzə Fətəli
Axundovun Füzuliyə
münasibəti haqqında"
məqaləsi bu gün də müxtəlif fərqli münasibət və baxışları aktuallaşdıran
problemin dövriyyədə
olmasını düşünməyə
əsas verir. T.Salamoğlu
bir böyük şairə (M.Füzuliyə)
bir böyük tənqidçinin (M.F.Axundovun)
yanaşmasının sxemlərini,
mahiyyətində boy göstərən
məzmunu ortaya qoyur. M.F.Axundzadənin "məqbul nəzm",
"kəsalət artırıcı
nəzm" mülahizələrinin
altındakı informasiya
çağdaş elmi
- nəzəri düşüncə
kontekstində açılır.
Doğurdan da "şeir əlahiddə bir bəxşi ilahidir ki və
maddeyi-qabiliyyəti-şair xudadadədir və təhsil və tərbiyət o maddənin
ancaq inbisatına və əşarın artıq zinətinə bais olar" qənaətinin vaxtaşırı
müxtəlifyönlü təhlillərə
rəvac verməsi təbiidir. T.Salamoğlunun da bir tənqidçi kimi düşüncəsini məşğul
etməsi və olanları əlavələrlə
arenaya gətirməsi
diqqəti cəlb edəndir. Çünki
T.Salamoğlu ədəbi-nəzəri fikir tarixinə, eləcə də müasir ədəbi prosesə ciddi tənqidçi mövqeyi nümayiş etdirən və bu mövqedə sabit çıxış
edən az-az tənqidçilərdəndir. Tənqidçi alimin "Sabirşünaslıq
monopoliyadırmı? ("Sabirşünaslığa töhfə"
müəllifinə cavab)"
məqaləsi yeni baxışın və yazılanlara bir növ mövqe nümayişinin hadisəsidir.
Hadisə sözünü təsadüfi işlətmədim.
M.Ə.Sabir iyirminci yüzillikdə
yaranan ədəbiyyatımızın
ən istedadlı nümayəndələrindəndir və ədəbi arenaya qədəm qoyduğu gündən indiyə qədər xüsusi diqqət mərkəzində olmuşdur.
Heç
şübhəsiz, yüz
illər bundan sonra da eyni
səviyyədə, bəlkə
də daha artan istiqamətdə diqqət mərkəzində
olacaqdır. T.Salamoğlunun isə görkəmli şairimizi öz baxış prizmasında təhlildən keçirib
yeni əlavələrlə
təqdim etməsi bir sıra mövcud
şablonların dağıdılmasıdır.
Tənqidçi böyük şairin
şeirlərindəki mətn
informasiyasını, poetik
məzmunun işarələdiyi
faktları daha geniş kentekstdə açmaq yolunu tutur. Bir növ son dövrlərdə
boy göstərən monopoliya
təsəvvürlərini alt-üst edir.
Müasir ədəbi-mədəni mühitdə
T.Salamoğlu daha çox roman tədqiqatçısı
kimi vurğulanır. Ancaq mən
belə deməzdim, onun yaradıcılığını
sistemli şəkildə
izləyənlərdən biri
və daha yaxından tanıyan kimi demək istərdim ki, roman janrının, daha doğrusu, Azərbaycan romanının tədqiqi araşdırmalarında mühüm
bir hissədir və bəlkə də ağırlıq mərkəzinin düşdüyü
yerdir. "Tənqiddən
bədii mətn həqiqətlərinə, eposdan
romana doğru",
"Romanı inkardan nihilizmə qədər",
"Romanın, yoxsa tənqidi mühakimənin
yoxsulluğu", "Qarlı
Aşırım" və
tənqid, yaxud estetik düşüncənin
dinamikliyi, tənqidi düşüncənin statikliyi",
"Ovlaq keçidindən
boylanan həqiqətlər",
"Döyüşən qüvvələr"in
Bəxtiyarı, yaxud milli istiqlal tariximizin poetik salnaməsi" başlıqları
altında verilən təhlillər fundamental yanaşmanın,
ədəbiyyatın gərəkli
məsələlərinin həlli
baxımından aktual
olanlardı.
Onu da əlavə edək ki, son dövrlərdə roman, bütünlükdə
Azərbaycan romanı
bəlkə də təbilikdən bir qədər uzaq bir sıra müzakirələrin,
bilərəkdən və
bilməyərəkdən qeyri
konstruktiv yanaşmaların
faktına çevrilmişdir.
Bunu özlüyümdə müxtəlif tendensiyaların, bədii düşüncənin daha dərin qatlarına bələd olmadan yürüdülən mühakimələrin nəticəsi kimi başa düşürəm. Ancaq məsələ burasındadır ki, zəngin Azərbaycan romanı kontekstində belə yanaşmalara biganə qalmağın mümkünsüzlüyü də var. Məhz T. Salamoğlunun apardığı mücadilə, fəal tənqidçi mövqeyi başa düşüləndi. Bir növ tənqidçi məsuliyyətidir. Ona görə də milli mənlik, təəssübkeşlik, vətəndaşlıq mövqeyi T.Salamoğlunun araşdırmalarında, bütün yaradıcılığında biri digərini tamamlayan məsələlərdəndir.
Onun tənqidinin mahiyyətində sənətin müqəddəsliyi, ədəbiyyatın keşiyini təəssübkeşliklə çəkmək duyğusu dayanır. Belə olan yerdə isə tənqidçi səmimiyyəti, sözün böyüklüyünə şərəflə xidmət etmək boy göstərir.
Onun "Dəli Kür", "Məhşər", "Qarlı aşırım", "Geriyə baxma, qoca" və s. romanları haqqında mülahizələri öz qaynağını epos təfəkküründə olan sxemlərin hərəkətindən, milli mənsubluğun oyanışından, etnosun davranış və əxlaq kodlarının yeni sferaya daxil olmasından alır. Çünki T.Salamoğlu tənqidinin qaynağı bədii mətnin ehtiva etdiyi məzmuna, onun daha alt qatlarındakının açımına hesablanmışdır. İ.Şıxlının "Dəli Kür" romanı timsalında dediyi fikri burda bir daha vurğulayıram.
"Dəli Kür" vaxtilə mövcud olan milli varlığı estetik düşüncənin predmetinə çevirir vəəslində onu yaddaşa köçürüb ictimai düşüncəyə ötürür". T.Salamoğlu tənqidi sağlam düşüncəyə, milli yaddaşa bağlananlara, verbal sistemin qoruyub müqəddəs olan kimi saxlamağa çalışdıqlarına hesablanır. Belə olan tərzdə isə tənqid və tənqidçi, bütünlükdə ədəbiyyat qazanır.
Mahmud ALLAHMANLI
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2016.- 14 dekabr.- S.8.