Salatın
Milli Qəhrəman Salatın Əsgərovanın unudulmaz
xatırəsinə
Fədakarlıq dastanıdır qeyrətin,
Dönə-dönə oxudum mən, Salatın!
Daim gözün önündədir
surətin,
Özün xəyal olan gündən, Salatın!
Doğuldun qız, öldün
fəqət kişi
tək,
Məzarını qucaqlayıb gül-çiçək;
Neçə fəsil, neçə
nəsil keçəcək
Tunc özüllü söz körpündən, Salatın!
Ağı deyir Turşsu, Tərtər, Həkəri...
Bulud örtüb çöhrəsini
səhərin;
Pozulsa da, Laçına son səfərin,
Səsin
gəlir yenə öndən, Salatın!
Məsəl kimi şölələn
bu dünyada,
Qərənfilə, laləyə dön
baharda;
Dəyanətdə, mətanətdə, vüqarda
Natəvana, Həcərə tən
Salatın!
Qismətində yoxmuş sakit, dinc həyat,
Aya dəyər
ömründəki hər
saat.
Əsirgəməz sevgisini el heç
vaxt
Oğlun
Ceyhun kimi gəncdə, Salatın!
Yaşın qədəm qoyacaqdı
o buza,
Silah satan silah
verdi quduza;
Bənzərin var qəfil sönən ulduza,
Heyif Səndən, heyif Səndən, Salatın!
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2016.- 15 dekabr.- S.8.