IV Bakı Teatr Konfransı beynəlxalq mətbuatda

 

Ölkəmizdə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub. Material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) üzv olduğu beynəlxalq ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “IV Baku İnternational Theater Conference” başlıqlı yazıdaTeatr multikulturalizmmövzusunda paytaxtımızda keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ADGTT- baş tutmuş beynəlxalq ASSİTEJ prezidentləri nümayəndələrinin iclası yer alıb.

Yazıda göstərilir ki, iclasda ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezidenti Leo Vukeliç, Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ-İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak edərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunublar. Yazıda, həmçinin bildirilib ki, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimiteatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, beynəlxalq teatr qurumlarının prezidentləri iştirak ediblər. Konfrans çərçivəsində həyata keçirilmiş görüşlə yanaşı, plenar iclaslar, treninq seminarlar haqqında da məlumat verilib.

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.7.