Səttar Bəhlulzadə silsilə tədbirlərlə anıldı

 

Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuşSənətin Məcnunuadlı yaradıcılıq gecəsi keçirilib.

 

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Səttar Bəhlulzadənin həyat yaradıcılığından, eləcə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən söhbət açılıb.

 

Bildirilib ki, adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi daxil olan Səttar Bəhlulzadə təkcə öz sənətinin deyil, ölkəmizin əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun adət-ənənələrinin ən gözəl bilicilərindən olub. S.Bəhlulzadənin əsərləri doğma torpağa sevgi rəmzi, eləcə xalq yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır.

 

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Jurnalistlər Birliyinin üzvü Təranə CəbiyevanınSəttar yadigarıkitabının təqdimatı keçirilib. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi müəllifi olduğu şeirlər toplanıb.

 

Musiqili proqramla davam edən tədbirdə görkəmli fırça ustasının adını daşıyan sarayda fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

 

Səttar Bəhlulzadənin ev-muzeyində isə muzeyin veb-saytının (bahlulzade.az) təqdimatı gənc rəssam Emin AslanovunSəttar dünyasıportretlər silsiləsinin açılışı keçirilib.

 

Tədbirdə muzeyin direktoru İradə Abdinova Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Səttar Bəhlulzadənin həyat yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan təsviri sənət tarixində lirik mənzərənin yaradıcısı kimi məşhurlaşan rəssamın əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib, Praqa, London, İstanbul, Bonn digər şəhərlərdə fərdi sərgiləri keçirilib. O, əsərləri BMT-nin baş qərargahında nümayiş etdirilən Avropada fərdi sərgisi olmuş ilk Azərbaycan rəssamıdır.

 

Mədəniyyət Turizm Nazirliyi mədəniyyət müəssisələri xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxışında S.Bəhlulzadənin xatirəsinin anılması məqsədilə nazirlik onun strukturlarının müxtəlif xarakterli tədbirlər keçirdiyini qeyd edib, gənc rəssam E.Aslanovun sərgisinin məhz belə tədbirlərdən olduğunu bildirib. F.Babayev nazirliyin informasiya texnologiyalarının muzeylərdə tətbiqinə xüsusi diqqət yetirdiyini, bu baxımdan S.Bəhlulzadənin ev-muzeyinin veb-saytının yenilənməsinin vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev çıxışında S.Bəhlulzadənin yaradıcılığından söz açıb.

 

Xalq rəssamı Arif Hüseynov S.Bəhlulzadə obrazının bir çox rəssam heykəltəraşlar tərəfindən təsvir olunmasından danışıb. Bu baxımdan gənc rəssam E.AslanovunSəttar dünyasısilsiləsini yaratmasının heç təsadüfi olmadığını, kompüter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan verdiyini söyləyib.

 

Rəsmlərin təqdimatından sonra ev-muzeyinin direktoru İ.Abdinova E.Aslanova təşəkkürnamə hədiyyə təqdim edib.

 

Sonda muzeyin saytı təqdim olunub.

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.12.