“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Qəbul
olunan layiheyi-qanuniyyə budur:
1- Azərbaycan Məclisi-Məbusanının mühafizəsi
üçün 200 nəfərdən mütəşəkkil
bir qorucu bölügü təşkil olunur.
2- Qorucu
bölügü Məclisi-Məbusan Divani-Rəyasəti təhti-idarəsində
bulunacaqdır.
3- Qorucu
bölügünə komandanlar və nəfərlər dəvəti
rəyasət ixtiyarındadır.
4- Qorucu
bölügünün məsarifi üçün bu layihəyə
əlavə olunan məsarif surəti üzrə sənədə
2 milyon 200 min manat dövlət xəzinəsindən
buraxılıyor.
Sədr - Növbədəki məsələ parlaman
mülkünün məxaric smetasıdır. Söz
büdcə-maliyyə komisyonu sədri Əbuzər bəy
Rzayevindir.
Əbuzər bəy - (Oxuyur).
1- Məclisi-Məbusan
nəzarətçisi (1) ayda 1000 manat
Nəzarətçi
müavini (1) 800
Qapıçı
(3) 550
Xidmətçi
(4) 550
Sil-süpürücü
- 550
Dalandar
(2) 550
2- 1919-cu il müddətinə lazım olan yanacaq:
5 ay
müddətinə 34 soba üçün:
Neft -
90946 manat
Karanka
Kayronka
(bağlı) 520
3- Mənzillərin
işığı - 13000 manat
4- Zənglərin
tərkibi - 4800
5- 8
telefon və 5 əlavəsi - 6500
6- Təmirati-cariyyə
- 6000 manat
7- su yolu və qapı, pəncərə və
sairənin təmizlənməsi - 18000 manat
8- Dəftərxanə
üçün qənd-çay ildə - 8000 manat
9- Sandalya
və sair ləvazim - 100.000 manat
10-
Xüsusi ittifaqlarda müavinəti nəqdiyyə - 12000 manat
Maliyyə komisyonu bu layihəyə baxaraq bəzi yerlərini
təshih etmişdir. İştə protokol:
Məclisi-Məbusana
ləvazim heyəti tərəfindən parlaman
mülkünün və onun xədəmə və məmurlarının
məxarici həqqində təqdim olunan smeta müzakirə
edilərək atidəki, təshih ilə qəbul olunur:
1- Birinci
maddə 4-cü fəsil: dörd xidmətçi əvəzinə
2 olmalıdır.
2-
Üçüncü maddədəki işıq xərci -
3000 manat olmalıdır.
3-
Beşinci maddə telefon xərci - 3000 olmalıdır.
4-
Altıncı maddədə göstərilən xərc - 3000
manat olmalıdır.
5- Yeddinci
maddədəki xərc - 1000 manat olmalıdır.
6- Səkkizinci
maddədən qənd çıxarılmalı və xərc
6000 manat olmalıdır.
7- Onuncu
maddədəki xərc - 253216 manat olmalıdır.
Sədr - Bu barədə danışmaq istəyən
varsa buyursun. Parlaman etiraz etmiyorsa səsə qoyuram (Ruscaya tərcümə
edilir). Parlaman binasının məxarici
1918 dekabr ayı ilə bərabər 13 ay müddətinə
maliyyə komisyonu tərəfindən 253216 manat qəbul
olunur. Təfsilatı eşitdiniz, hər kəs
bunu qəbul ediyorsa əlini qaldırsın (Əllər
qalxıyor). Demək müttəhidülrəy
qəbul olunur.
“Azərbaycan”,
21 fevral 1919, ¹119
Xassə
- qvardiya
Mayəhtac
- insana gərəkli şeylər
Mütəbaqi
- artıq qalanı
İblağ
- çatdırmaq
Təəyyüş
- yaşama
Təsmiyyə
- adlandırma
Fövc -
dəstə
Azərbaycan
Məclisi-Məbusanında
(keçən nömrədən mabəd)
Dəmiryol
təarifəsi
Sədr - Növbədəki məsələ dəmiryol
təariflərinin təzayüdi həqqindəki layihədir. Söz maliyyə-büdcə
komissiyası sədri Əbuzər bəy Rzayevindir.
Rzayev - Məlumdur ki, axır zamanlar dəmiryol xidmətçi
və zəhmətkeşlərinin məvacibi
artırılmışdır. Ondan bəri dövlət
hər ay dəmiryolundan 8 milyon manat zərər çəkir.
Bu zərəri azaltmaq qəsdilə təriq və
məabir nəzarəti təariflərin artması həqqində
bir layihə hazırlayıb təqdim etmişdir. Büdcə komissiyası məzkur qanun layihəsini
müzakirə və bir qədər təshihdən sonra
parlamana təqdim ediyor.
Layihədə
birinci klas qiymətinin 1918-ci il qiymətlərinə
nisbətən 10 dəfə artırılması təsəvvür
olunmuyordu. Biz isək 15 dəfə artırıyoruz.
İkinci klas nəzarət layihəsində 8 dəfə
artırılmışdır. Biz 12 qat
artırıyoruz. Üçüncü
klas 6 dəfə artırılmışdı, biz 10 dəfə
artırdıq. Bir də klasları nəzərə
alaraq 4-cü klas vaqon buraxılıyor, bunun bileti 3-cü
klasın yarı qiymətində olacaqdır.
Müəllimlər bileti qiyməti əvvəlki qərar
üzrə qalır.
Bakı-Sabunci-Suraxana yolunda vaqonlar əksərən fəhlə
üçün olduqlarından qiymətləri
artırılmıyor. Hər bir yük vaqonu konduqtorunun məvacibi
10 qat artırılmışdır. Baqaj və
sərnişin surətilə aparılan yüklərin kirayəsi
köhnə qiymətə qarşı 24 və seym rəqəmlərinə
nisbətən iki qat artırılıyor. Böyük və kiçik surətlə göndərilən
mallara 16 (seymə nisbətən 2 qat) artırılıyor.
Malların mühafizəsi üçün
alınan 5/1 qəpik vergi şimdi 5 qəpi-yədək
artırılıyor. Komisyon vergiləri 5
qat artırılıyor. Rayon komitəsi məsarifi
üçün neft vaqonları da daxil olaraq hər vaqondan
alınan vergi 5 manat artırılıyor. Əskəri
və xüsusi yüngül şəraitli təarifə ləğv
ediliyor. Stansiyon məxarici 6 qat
artırı-lıyor. Malı yükləmək
və vaqondan düşürmək xərci 9 qat
artırılıyor. Qapan xərci 9 dəfə
artıyor. Mövqüflərdə
yükləri saxlamaq üçün alınan vergi 25 qat
artırılıyor.
Bu layihə
üzrə artırılmış təarifə müvafiqən
daxildə tətbiq ediləcəkdir: beynəlmiləl nəqliyyat
xəttində Gürcüstan ilə Azərbaycan arasında əqd
edilmiş olan tranzit müqavilənaməsinin 10-cu maddəsi
mövcibincə bu təariflərin beynəlmiləl bir
miqyasda tətbiqi üçün Gürcüstan hökumətilə
saziş husuli lazımdır. Bu barədə
müzakirat dəvam ediyor. Maliyyə-büdcə
komisyonu bu təarifə layihəsinin qəbulunu təklif
ediyor.
Sədr - Söz təriq və məabir naziri Xudad bəy
Məlikaslanovundur.
Məlikaslanov
- Hökumətin layihəsilə büdcə komisyonu layihəsi
arasında bir qədər təfavüt var. Məsələn,
biz birinci və ikinci klas biletini 12 dəfə
artırmışdıq, komissiyə 15 dəfə
artırmışdır. Fəqət hökumət
tərəfindən bu təshihlərə məmaniət
yoxdur. Burada bir iş var ki, Gürcüstan hökumətilə
bizim aramızda olan tranzit müqavilənaməsinin 10-cu maddəsi
mövcibincə Azərbaycan ilə Gürcüstan arasında
biri-birinə göndərilən yüklər təarifəsinin
artırılması hər iki tərəfin rizasilə olmalıdır.
Ona görə də layihənin axırında
bu xüsusi qeyd edilmişdir. Əgər
gürcülər bu layihəyi tamamilə qəbul etməsələr,
yenidən müzakirat başlamalı olacaqdır. Fəqət təariflərdən bir neçəsi
var ki, Gürcüstan qəbul etmişdir. Və
bu barədə danışığa məhəl yoxdur.
Biz isək müvəqqəti layihəsi tamamilə
qəbul edib daxildə tamamilə də tətbiq edə bilərik.
Amma beynəlmiləl münasibətdə
onlarsız qəbul etmək olmaz.
Sədr -
Söz Mustafa Mahmudovundur. (Danışmaq istəmiyor)
İbrahim Əbilov:
İbrahim Əbilov - (Sosialist) Dəmiryol
qulluqçularının məvacibi artırılarkən təariflərin
də artırılması barəsində danışıq
olmuşdu. Biz demişdik ki, kirayələrin artırılmasilə
ərzaq şeyləri də bahalanacaqdır. Biz o vəqt dedik ki, kirayə artırılmasın,
çünki burası fəhlələrin yeni tələbatına
bais olar. Ona görə ərzaq şeylərinin
ucuzlaşması üçün tədbir
görülsün. Lakin görüyorsunuz
ki, fəhlələrə verilən məvacib onları təmin
etmədigi bir halda kirayələrin artırılmasilə
şeylər daha da bahalanacaqdır. Biz
keçən dəfə də dedik ki, kirayə bir manat
artırılsa, alış-verişçilər bir manat əvəzinə
əşyanın üstünə 5-10 manat gələcəklərdir.
Malların qiymətini bahalandıracaqlar əleyhinə
hökumət heç bir tədbir görmüyor. Möhtəkirlərin iştəhasına bir səd
çəkmiyor bu layihəyi qəbul etməklə onların
iştəhasını daha da artırmış oluruz. Layiheyi-maliyyə, büdcə komisyonunda müzakirə
edilərkən bizim fraksiyamızın nümayəndəsi
iştirak edib, səs verməmişdir. Bir
də məzkur layihə heç fraksiyalarda müzakirə
edilməmişdir. Neçə dəfə
burada danışılmışdır ki, parlamana təqdim
olunan layihələr əvvəlcə fraksiyalara göndərilsin.
Tainki hər fraksiya öz rəyini deyə
bilsin. Bir dəfə burada oxumaqla işdən
xəbərdar olmaq mümkün olmadığından
fraksiyamız tərəfindən təklif ediyoram həm bu
layihə, həm də bundan sonra idxal olunacaq ümum layihələr
surəti əvvəlcə fraksiyalara göndərilsin. Bizim fraksiyamız əsasən təariflərin
artırılmasına ziddir.
Sədr - Söz hökumət üzvü Məlikaslanovundur.
Məlikaslanov - Biz bu qanuni hələ çox ləngə salmışıq. Səbəbi də ki, budur ki, Gürcüstan ilə bağladığımız şərtnaməyə görə biz gərək dəmiryolu təarifəsi həqqindəki tədbirlərimizi biri-birimizin rizası ilə görək. Bu cür bir qanun çoxdan gərək qəbul edlilmiş olaydı. Çünki siz biliyorsunuz ki, hər bir şey bahalanmışdır. Məvaciblər artırılmışdır. Hətta dəmiryoluna lazım olan şeylər 100-200 dəfə bahalanmışdır. Halbuki, biz təarifəyi 6-7-8 qat artırmışıq. Dəmiryol əmələsi və xidmətçilərinin məvacibini artırarkən biz fikir etmişdik ki, təarifəyi də artıraq. Lakin Gürcüstan ilə bağladığımız şərtnamə dolayısı ilə bu vəqtədək gecikmişdir. Bu gecikməyə görə gündə bizim 60, 70, 80 min manata qədər zərərimiz oluyor. Ona görə də bu qanunu müstəsna tutaraq təcili surətdə qəbul etməniz təvəqqe olunur. Əgər imdi bu qanunu qəbul etməsəniz, zərərimiz get-gedə artar, zənnimizcə bu məsələyi fraksiyalara versəniz də, heç bir şey dəyişə bilməz. Çünki büdcə-maliyyə komissiyasında bütün firqələrin nümayəndələri olduğu halda qəbul olunmuşdur. Bən xahiş edirəm bu gün məsələyə baxıb qurtarasınız ki, xəzinəyə zərər dəgməsin. Mötərəm məbuslar! Siz biliyorsunuz ki, Azərbaycanın mədaxil mənbəi ancaq neft ilə dəmiryoludur. Hal-hazırda vətənimizdən istədigmiz qədər neft ixrac edəmmiyoruz. Dəmiryollarımız da bu halda bunca zərər veriliyor. Vəhalon ki, Rusiyanın ən mədaxilli yollarından biri də Qafqasiya dəmiryolu idi. Əgər işlər böylə gedərsə, xəzinə əlbəttə çox zərər çəkər. Tək kağız pul kəsməklə bir nəticə əldə ediləməz. Kağız pul nə qədər artıq çıxsa, qiyməti o qədər əksilər. Və hər şey o nisbətdə bahalaşar. Bunun müqabilinə öylə tədbir görməlidir ki, əhalidən bir şey çıxarıb zərərimizi onunla bir qədər yüngülləşdirək.
Sədr - Daha söz istəyən yoxdur ki? Söz doktor Rəfiyevindir.
Rəfiyev - Əbilov cənablarının söylədikləri doğrudur. Hər bir qanun parlamanın ümumi iclasında müzakirə edilmədən əvvəl fraksiyalara göndərilməlidir ki, fraksiyalar onunla aşina olsunlar ki, qanuni səsə qoyanda nəyə səs verdiklərini bilsinlər. Amma bu layihə təcilidir. Təriq və məabir naziri söylədi ki, Qafqasiya dəmiryolu həmişə xəzinəyə mənfəət gətirən bir yoldur. Şimdi siz bu yolun mədaxilinə baxsanız görərsiniz ki, dekabr ayında 5 milyon mədaxil vermişdir, yanvarda da bu miqdardan artıq olmamışdır. Amma yanvardan bəri məvaciblər artırılmış olduğundan məxaric 13 milyona qalxmışdır. Görüyorsunuz ki, bu surətlə ayda 8 milyon manat zərər hasil oluyor. Şimdi əgər bu təariflər artırılmasa, o halda dəmiryolu həmişə mənfəət gətirmiş olduğu halda imdi hər ay 8 milyon olmaq üzrə ildə 96, bəlkə 100 milyon manat zərər verəcəkdir. Azərbaycanın cəmi məxarici ayda 600 milyondur. Bunun da beşdən bir hissəsi dəmiryoluna düşür. Heç bir xəzinə buna dayanamaz. Öylə isə tədbir görməlidir ki, barı bu vəqtədək əsasən mənfəət verməkdə olan müəssisələr heç olmasa mənfəət gətirməsə də zərər də verməsinlər. Binaənileyh bən təklif edərdim təriq və məabir nəzarətinin bu layihəsi qəbul edilsin ki, tezlik ilə tətbiq oluna bilsin.
Sədr - Söz İbrahim Əbilovundur.
Əbilov - Bən məsələnin əsası üstündə danışmaq istədim. Yalnız dedim ki, layihə fraksiyalara verilmiş olsaydı, bəlkə dəmiryolu mədaxilinin artması barəsində ayrı yollar tapmaq olar. Bu surətlə də xəzinənin zərəri qapadılardı. Şimdi biz dəmiryolunun sair mədaxillərini bilmiyoruz ki, fikrimizi bəyan edək. Doktor Rəfiyev layihənin fraksiyalara verilməsi əleyhinə olaraq diyor ki, qanun təcilidir.
Möhtərəm məbuslar! Xatirinizdə varmı ki, keçən iclasın birində də yenə bir qanun layihəsi təqdim olunduqda təcilidir deyə təsdiq etdirildi. Hər dəfə də böylə ola bilər. Ona görə biz təklif ediyoruq qanun layihələri bir həftə qabaq fraksiyalara göndərilsin ki, fraksiyalar qabaqca öz arasında müzakirə edib parlamanda da məsələyə baxıldıqda nəyə səs verdiklərini bilsinlər. Bir də dedilər qanun fraksiyaya verilsə gecikəcəkdir. Bir qanun nə qədər təcili olursa bir həftə təxir ilə keç olmaz. Halbuki tədqiq olunmadan qəbul edilsə, nəticəsi yaxşı çıxmaz. Deyirlər dəmiryolu zərər veriyor. Bəli veriyor. Lakin gərək sair mədaxil yollarını da düşünək. Məsələn bilet məsələsindən başqa qeyri işləri dəgişdirmək vaqonları artırmaq və daha nə kibi yolları varsa ətraflıca düşünərək tapmaq ilə işi dəxi də yaxşı düzəltmək olar. Heç düşünmüyoruz ki, bilet qiymətlərini artırmaqdan hasil olan kardan daha böyük zərər qaçaq surətilə biletsiz gedənlərdən hasil olar. Bu qiymətlərin artırılmasilə bəlkə bir paraların mədaxili daha da artacaqdır. Ğeyri-bir çox şeylər də var ki, onlardan mədaxili artırmaq olar nəinki, yalnız malların təarifəsini artırmaqla. Bununla zərər qapanmaz. Tutalım ki, biz təarifəyi artırdıq, haman dəm alış-verişçilər bundan istifadə edib siz bir manat artıranda onlar 5-10 manat artıracaqlar ki, fəhlə bahalıqdan dolayı məvaciblərinin artırılmasını tələb edəcəkdir. Sonra da biz yığışıb deyəcəgiz bu fəhlələrə baxın dünən məvacibini artırmışıq, bu gün genə tələb edirlər, bu insafsızlıqdır - deyəcəgiz. Layihəyə keçərək diyoruz ki, nə dəmiryolundan xəbərimiz var, nə də qanundan. Ona görə təklif ediyoruz qanunlar qabaqca fraksiyalara verilsinlər, sonra parlaman müzakirəsinə qoyulsunlar. Nə qədər təcili olsa da fraksiyaya göndərmək lazımdır.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.21.