Halın içindəki hal
Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.
Kitabı Türkiyə türkcəsindən
Azərbaycan dilinə
gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.
Kitabda yer alan
esselərdən nümunələri
oxucularımıza təqdim
edirik.
Halın içində gizlənən
halın və sənin mübtəlan oldum.
Sürur
Çiçəyim, Məhşərim,
Hər şeyim...
Çöldə əsən küləyin
qoxusunu qalu-bəladan alan; elə
bir sərxoşam ki eşqinlə illərdir tam yuxuya keçə bilmədi gözlərim; səninlə
həmdəm olan könlüm əllərini,
barmaqlarını, alnını,
ovuc içlərini, üzünü, gözünü,
xülasə, səni
tanıdı tanıyandan
özündə deyil
Hüma quşum.
Rəbbimə şükrüm, Ona təslimiyyətim sonsuz; sənə eşqim o qədər böyük ki, dünya deyilən cahan eşqimin yağışlarıyla
sulanmaqda və könlümdən düşən
eşq toxumlarıyla səhralar, vadilər və bağçalar çiçək açmaqda. Meyvələr, ağaclar, bir sözlə bütün təbiət qoxusunu və dadını eşqimizdən almaqda.
Mübaliğə etmirəm, könlüm sənə səslənərkən
səsi gözəl olan bütün quşlar, dənizlərdəki
balıqlar və mərcanlar bu səslənişdəki səmimiyyəti
və eşqin özündən gələn
o gözəl bəstəni
qısqanır.
Ruhum sənə hər xitabında eşqimi yenidən təzələyir
və sükut deyilən o əfsun səssizliyinə, qısqanclıqdan
və həsədindən
bir az
daha sükut qatıb, bilinməyən bir diyara gizlənir.
Məndəki hər şey sənə dair; lakin eşqini könlümə qoyan və böyütməyimə
icazə verən Rəbbimi unutmağım mümkün deyil.
Harada olduğumu, nə
söylədiyimi bilməsəm
də; ağlım könlümə məğlub
olsa da, Xüdaya şükrümü
və Ona təvəkkül etməyi
unutmaram, yar.
Halın içində halı yaşayarkən Rəbbimin
izni ilə kəşf edilməmiş
dünyaları kəşf
edir; içimdəki eşq cücərtilərini
oralara səpir və sənə olan eşqimi ölümsüz etməyə
çalışıram.
Mövlanın yaratdığı hər
cahan səni tanıyır, Sevgili. Mənimlə eşqə dair danışan hər kəsə özümdən
asılı olmayan bir halda “məhşərinə
sevdamdan” bəhs edirəm fərqində olmadan.
Səndən xəbərdar olan mələklər belə
gözəlliyini qısqanır;
bilirəm ki, hər məxluqat aşiq olan məni heyran-heyran izləyir; sənlə dolu olan ürəyimin
atışları saatımın
tik-takları yerinə
keçir.
Gecənin zülməti sənin nurunla ziyasına qovuşur. Şəfəq sənin işığın
olmasa, doğamayacaq.
Günəş sən olmasan
və eşqimiz olmasa, bütün sirrini və istiliyini itirəcək sanki.
Təvazökarlıq səndə bir tac,
Sevgili. Əsl gözəl olan
sənsən; mən yalnız bir aynayam sənin gözəlliklərini göstərmə
şərəfinə çatan.
Amma mən də gözəlliyimi eşqlə
gördüm səndə.
Sən olmasan Şükür Çiçəyim,
mən gözəlliyimi
necə görəcəkdim. Hansı güzgü
mənə məni sənin kimi göstərdi ki, bu günə qədər.
Mən məni
səndə itirdim, amma mən məni
səndə, mən bütün gözəllikləri
sənin üzündə,
dilində, əlində
tapmadımmı?
Ovuclarından içdiyim xoşbəxtlik
və dinclik Rəbbimin bir lütfü, amma onlar sənə aid olduğu üçün
qiymətli.
Barmaqlarından daddığım şükür
şərbəti başqa
hansı çeşmədə
var ki? Xəyalına belə daldığımda
dünyanı qucaqlayan
könlüm elə bir pəhləvana çevrilir ki, nəfs deyilən və hər cür oyunu bilən hiyləgər rəqibimi hər dəfəsində dəqiq
hədəfə alır;
əvvəl Rəbbimdən,
sonra səndən aldığım o güc
deyilmi?
Dünyada eşqinlə nəfəs
almaq və bu eşqlə məhşərə getmək
bir nemət. İnanıram ki, Rəbbim eşqimizi hər dəm qoruyacaq və əbədi eyləyəcək. Ona şükrüm
sonsuzdur və təslimiyyətim hər keçən gün artır.
Bilirəm ki, könlüm sənə hər nəfəsdə yenidən
və təzələnərək
daha da çox
aşiq olur.
Səni sevdiyim gerçəyini həm dünyaya, həm də əbədiyyətə qışqıracağım
günü səbirlə,
təvəkküllə və
imanla; içimdə davamlı böyüyən
dinclik və xoşbəxtliyin mənə
verdiyi məhşəri
həvəslə gözləyirəm.
Ey sevgili! Halın içində gizlənən
halın və sənin mübtəlan oldum.
Bu halın məhşərə
qədər davam etməsini Rəbbimdən
hər nəfəsdə
diləyirəm. Mən səninlə oldum;
mən səninlə doldum yar.
Gülüstana varınca şad
olur kələbəklər,
Rəbbinə sığınınca huzur
bulur ürəklər.
Dünyada gülmək də
var; ağlamaq da, sevgili
İncinən qəlblər isə təmir
olmağı bəklər.
Mehmet Nuri PARMAKSIZ
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.19.